Məhkəmə qərarları › İş №3(3-6)-1240/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1240/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1240/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Bakı Şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinin rəis Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər X1 İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilməsi haqqında ##.##.2026-cı il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə şikayət təmin edilmiş, Bakı Şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinin rəis Rəşid Piriyev apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Bakı şəhəri BPİ DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, İşin faktiki halları ondan ibarət olmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixində, saat 09:53-radələrində Bakı şəhəri S.Sani Axundov 40 ünvanında idarə etdiyi “CHANGAN QİYUAN A05 PLUG-İN HİBRİD” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Bu vaxt ərazidə xidmət aparan Bakı Şəhəri Baş Polis İdarəsi X1 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru Pərviz Yusifov tərəfindən sürücü saxlanılmış xətanın mahiyyəti izah edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Şikayətlə əlaqədar materialı araşdıraraq, hesab edirəm ki, iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinin rəis Rəşid Piriyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı, Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinin rəis Rəşid Piriyevə ötürülmüş prosessual müddətin bərpası barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Belə ki, inzibati işin materiallarından görünür ki, hazırkı iş üzrə mübahisələndirilən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı inzibati xəta haqqında iş üzrə tərəfə poçt vasitəsi ilə göndərilmiş və qərardan Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinin rəis Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti ## ##### 2026-cı il tarixində tərtib edilmiş, həmin şikayət isə ## ##### 2026-cı il tarixində Bakı Apellyasiya Məhkəməsinin və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin dəftərxanasına təqdim edilməklə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından şikayət 10 günlük müddət ötürülməklə, yəni ## ##### 2026cı il tarixdə məhkəməyə təqdim edilməklə verildiyindən və müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət edilmədiyindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-***/**** saylı inzibati xəta haqqında qərarı üzrə toplanmış material birinci instansiya məhkəməsinə qaytarılmalı və Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinin rəis Rəşid Piriyevə mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq qərara alıram: Bakı Şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinin rəis Rəşid Piriyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən, inzibati xəta haqqında material həmin məhkəməyə göndərilsin. Bakı şəhəri Baş Polis İdarəsinin X1 İdarəsinin rəis Rəşid Piriyevə buraxılmış prosessual müddətin bərpası barədə ərizə (vəsatət) ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar