Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1241/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Əli Irfan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1, 332.1, və 329.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında ##.##.2025-ci il tarixli, IXP seriyalı ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinə geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1, 333.1 və 329.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında ##.##.2025-ci il tarixli, IXP seriyalı ******* nömrəli protokol ##.##.2026-cı il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1, 332.1, və 329.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında ##.##.2025-ci il tarixli, IXP seriyalı ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinə geri qaytarılması qərara alınmışdır. Həmin qərardan Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-102)- ****/**** nömrəli qərardadının ləğv edilməsini, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1, 333.1 və 329.3- cü maddələrinə əsasən vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş materialı nəzərdən keçirib hesab edir ki, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət Azərbaycan Respublikası IXM-nin 130-cu maddəsinin tələblərinə əməl edilməsi üçün material ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 130.1-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Iş materialından görünür ki, mübahisələndirilən birinci instansiya məhkəməsinin qərardadı ##.##.2026-ci il tarixdə qəbul edilmiş, ##.##.2026-cı il tarixli xəbərnaməli poçtla Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinə göndərilmiş və sonuncunun nümayəndəsi tərəfindən ##.##.2026cı il tarixli xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından şikayət isə ##.##.2026-cı il tarixdə həm Bakı Apellyasiya Məhkəməsinə, həm də Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarından apellyasiya qaydasında şikayət verilməsi müddəti buraxılmış və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilməmişdir. Azərbaycan Respublikası IXM-nin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 130-cu maddəsini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1, 332.1, və 329.3-cümaddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında ##.##.2025-ci il tarixli, IXP seriyalı ******* nömrəli protokolun və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinə geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası IXM-nin 130-cu maddəsinin tələblərinin yerinə yetirilməsi üçün material ilə birlikdə həmin Məhkəməyə qaytarılsın. Hakim Əli Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1241/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1241/2026
28.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver