Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1242/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Şikayət vermiş şəxs Nəsirov Rövşən Əli oğlunun, Qərarından şikayət verilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin nümayəndəsi Ağalarov Mirdamət Hadi oğlunun ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından şikayətçi Nəsirov Rövşən Əli oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ##.##.2026cı il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. O, ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə razı deyil, həmin qərar qanunsuz və əsassızdır. O, hər hansı qanun pozuntusuna yol verməmiş, yol hərəkəti qaydalarını pozmamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq, ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) Əli oğlunun verdiyi şikayət təmin edilməmişdir. Qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iş materiallarını tam tədqiq etməmiş, qanunvericiliyin normalarını düzgün tətbiq etməmiş və nəticədə qəbul edilmiş qərar əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, sözügedən qərarda məhkəmə, iş materiallarında olan sübutlara istinad edərək inzibatı xətanın onun tərəfindən törədilməsinin müəyyən edildiyini qeyd etmişdir. Halbuki, Elektron Məhkəmə Sistemində tərəfindən baxılan iş üzrə materiallarda qayda pozuntusuna dair təsdiqedici sübutlar (foto və ya video material) mövcud olmamışdır və ya əlavə edilməmişdir, hətta Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi tərəfindən onun törətməkdə təqsirli bilindiyi inzibati xəta ilə bağlı heç bir video məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə tərəfindən iş materialların mövcud olmayan sübutlara istinad edərək qərar qəbul etməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə hazırkı “inzibati tənbeh vermə haqqında” qərar baxarkən, yuxarıda istinad olunan normalarla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin (İnzibati məsuliyyətin əsasları), 8-ci maddəsinin (təqsirsizlik prezumpsiyası prinsipi). 12-ci maddəsinin (inzibati xəta anlayışı). 53-cü maddəsinin (inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar). 75-ci maddəsinin (inzibatı xəta haqqında iş üzrə sübut edilməli olan hallar), 105-ci maddəsinin (inzibati xəta haqqında işin icraatına xitam verilməsi). 114.1.4-cü və 114.2-ci maddələrinin tələblərini nəzərə almaqla, mənim barəmdə başlanılmış icraata inzibati xəta hadisəsinin, inzibati xəta tərkibi olmaması, inzibatı xəta törədilməsinə aidiyyəti olmaması və təqsirliliyi sübuta yetirilməməsi əsasları ilə xitam verməli idi. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Nəsirov Rövşən Əli oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. ##.##.2026-cı il tarixdə idarə etdiyi nəqliyyat vasitəsində olan sərnişini Port Baku adlanan yerdə düşürməli idi. Zərifə Əliyeva prospekti ilə Kövkəb Səfərəliyeva kəsişməsində olan yol birtərəfli yoldur. O, idarə etdiyi avtomaşını ilə dönəndə yolun birinci zolağında maşınlar çox olduğu üçün sərnişini ikinci zolaqda düşürə bilməzdi. Ona görə də məcbur qalıb maşını arxaya vermişdir ki, səkiyə yaxın saxlayıb sərnişini düşürə bilsin. Bu zaman Yol patrul xidməti əməkdaşı yaxınlaşıb onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Lakin ona qeyd edilən qayda pozuntusuna dair təsdiqedici sübutlar (foto və ya video material) təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin nümayəndəsi Ağalarov Mirdamət Hadi oğlu apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi, şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Birinci instansiya məhkəməsi, qanunvericiliyin normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlmişdir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi Nəsirov Rövşən Əli oğlunun şikayəti təmin edilməməlidir. Qeyd etmək lazımdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Həmin Qanunun 52-ci maddəsinin IV-İ hissəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.1, 136-cı maddələri rəhbər tutaraq, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1242/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1242/2026
05.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver