Məhkəmə qərarları › İş №3(3-6)-1243/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1243/2026

04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1243/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X3, “xxxx” MMC-ninnümayəndələri X1 və X4 iştirakları ilə, müəyyən e t d i m: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC barəsində ## ###### 2026-cı il tarixli EP M ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş həmin Protokola əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən 100000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın CGZ4.3.1.3-CÜ yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 50437.22 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bildiririk ki, qeyd edilən Protokol üzrə bizim heç bir izahatımız alınmamış, həmin Protokol ilə yalnız birinci instansiya məhkəməsində icraat gedərkən tanış olmuşuq. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclası zamanı onların nümayəndələri X2 verdiyi izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 100000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən «xxxx» ASC-də olan hesabından ## ###### 2024-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və həmin məbləğdə mallar idxal edilmişdir. Bunu məhkəməyə təqdim edilmiş gömrük bəyannamələri və digər sənədlər təsdiq edir. Lakin idxal zamanı texniki səhv baş verib, ödənişin avans invoysu (ödəniş tapşırığı) gömrük orqanına təqdim edilmədiyindən, idxal kodu "100" deyil "120" təyinatı ilə olmuşdur. Həmçinin həmin bəyannamələri və digər sənədləri bank qəbul etməmişdir. Nəticədə iki ilin sonunda bank gömrük bəyannaməsini bağlamadığı üçün protokol tərtib edilmişdir. Iş materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, köçürmə haqqında ərizənin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «xxxx» ASCdə olan hesabından 100000,00 ABŞ dolları xarici valyutada olan vəsait müvafiq xarici şirkətin bank hesabına köçürülmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən edildi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 100000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti avans yolu ilə ## ###### 2024-cü il tarixdə «xxxx» ASC vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və ödənişin aparıldığı gündən iki ildən artıq müddətin keçməsinə baxmayaraq 50437,22 ABŞ dolları məbləğində vəsaitin müqabilində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Nəticədə Məhkəmə qərara almışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 50437,22 ABŞ dolları məbləğinin 20 faizi miqdarında, yəni 10087 ABŞ dolları, 44 sent məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Hesab etmişdirlər ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar tamamilə əsassız və qanunaziddir. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki halları düzgün hüquqi nəticəyə bağlamamış, nəticə etibarilə işin faktiki vəziyyəti ilə çıxarılan hüquqi nəticə arasında ciddi uyğunsuzluq yaranmışdır. Belə ki, məhkəmə qabaqcadan ödənilmiş valyuta vəsaiti müqabilində malların ölkəyə idxal olunmaması nəticəsinə gəlmişdir. Lakin iş materiallarında mövcud olan gömrük bəyannamələri və digər təsdiqedici sənədlər, o cümlədən tərəfin izahatı və təqdim edilən maliyyə sənədləri bunun əksini göstərir və malların faktiki olaraq idxal edildiyini təsdiq edir. Bu halda məhkəmənin "idxal olunmayıb" nəticəsi faktiki sübutlarla ziddiyyət təşkil edir. Məhkəmənin nəticəsinin əsaslandırılmasında bank tərəfindən gömrük bəyannamələrinin qəbul edilməməsi və formal uçot uyğunsuzluqları həlledici əsas kimi götürülmüşdür. Halbuki bu hal iqtisadi əməliyyatın mahiyyətini dəyişmir və malların faktiki idxal olunub-olunmaması ilə birbaşa əlaqəli deyil. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndələri apellyasiya şikayətinin dəlilərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclaslasında iştirak etmiş Mərkəzi Bankın nümayəndəsi iş materialları ilə inizbati xətanın törədilməsi təsdiq edildiyindən tərtib edilmiş protokolu müdafiə edərək şikayətin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlər: -Mərkəzi Bank tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli EP ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 100000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti avans yolu ilə ## ###### 2024-cü il tarixdə «xxxx» ASC vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və ödənişin aparıldığı gündən iki ildən artıq müddətin keçməsinə baxmayaraq 50437,22 ABŞ dolları məbləğində vəsaitin müqabilində müvafiq malların ölkəyə idxalını və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -«xxxx» ASC tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, köçürmə haqqında ərizənin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «xxxx» ASC-də olan hesabından 100000,00 ABŞ dolları xarici valyutada olan vəsait müvafiq xarici şirkətin bank hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətində dəlilərində malların idxalına dair məhkəməyə təqdim edilmiş gömrük bəyannamələri müvafiq bank tərəfindən təsdiq olunmadığından, həmin bəyannamələr malların ölkəyə idxal edilməsini təsdiq etmədiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi toplanmış materialların məcmusu ilə tam təsdiq edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası Mərkəzi X5 ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir”. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd edilən inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. Inzibati tənbeh məsələsinə gəldikdə isə birinci instansiya məhkəməsi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati təhbeh təyin edərkən qanuni və ədalətli inzibati təhbeh təyin etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar