Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1244/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nümayəndə İkram qızı (bundan sonra – Nümayəndə İkram qızı), onun müdafiəçisi - “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Əlili İsrafil Muğan oğlu (bundan sonra – müdafiəçi) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X3 iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Nümayəndə İkram qızı və onun müdafiəçisinin birlikdə verdikləri şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan Nümayəndə İkram qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 598.7-ci maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X4) Nümayəndə İkram qızı Azərbaycan Respublikası İXM-in 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 800,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Nümayəndə İkram qızı və onun müdafiəçisi həmin məhkəmə qərarından birlikdə verdikləri şikayətdə onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyət növünün 8299007 kodlu, “Digər qruplara daxil edilməyən biznesin idarə edilməsinə yönəldilmiş sair əlavə fəaliyyət” adlı olmasına, beləliklə də mühasibatlıq fəaliyyəti ilə məşğul olan müəssisə hesab edilməməsinə görə Nümayəndə İkram qızının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda mühasibatlıq fəaliyyəti ilə məşğul olan müəssisələr üçün nəzərdə tutulmuş, ƏLTMM daxili nəzarət proqramının tətbiq edilməsi, məsul şəxsin təyin edilməsi və s.-dən ibarət tələbləri yerinə yetirmək öhdəliyi olmamışdır. Buna görə də iş üzrə Nümayəndə Azərbaycan Respublikası İXM-in 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti ola bilməz. Əgər həmin Cəmiyyətin mühasibatlıq fəaliyyəti ilə məşğul olmasının qəbul edilməsi nəticəsində Nümayəndə həmin inzibati xətanın subyekti hesab olunarsa, bu halda iş üzrə qanunla müəyyən edilmiş bir illik inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Apellyasiya məhkəməsi iclasında Nümayəndə İkram qızı və onun müdafiəçisi şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmiş, izahatlarında əlavə olaraq göstərmişlər ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyət növü “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsində göstərilmiş hallara aid olmadığına görə Nümayəndə İkram qızı iş üzrə səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilmiş tədbirləri haqlı olaraq icra etməmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında əlavə olaraq göstərmişdir ki, iş üzrə onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib etdiyi “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” ## ###### 2026-cı il tarixli, **************** nömrəli aktda həmin Cəmiyyətin ## ###### 2022-ci il tarixdən ## ###### 2025-ci il tarixədək olan dövr üzrə apardığı səyyar yoxlamanın nəticələri əks olunsa da, həmin Cəmiyyətin ## #### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək vergi orqanında qeydiyyata alınmış fəaliyyət növü 6920102 kodlu, “Mühasibat uçotu üzrə məsləhətlər” adlı olduğuna görə o, Nümayəndə İkram qızı barəsində inzibati xəta haqqında protokolu həmin Cəmiyyətin ## #### 2024-cü il tarixdən ## ###### 2025ci il tarixədək “Mühasibat uçotu üzrə məsləhətlər” adlı fəaliyyət növü ilə məşğul olduğu halda, yalnız həmin dövr ərzində ƏLTMM daxili nəzarət proqramının tam tətbiq edilməməsi, məsul şəxsin təyin edilməməsi, bu barədə MMX-yə və DVX-yə məlumat verilməməsi və DVX tərəfindən göndərilmiş sorğulara cavab verilməməsinə görə tərtib etmişdir. Beləliklə, iş üzrə Nümayəndə onun tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilmiş, Azərbaycan Respublikası İXM-in 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı ## #### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək törətmişdir. Belə olan halda, Nümayəndə törətdiyi həmin inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsinə hüquqi qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxır. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 598.7-ci maddəsinə əsasən bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə vəzifəli şəxslərə səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərə səkkiz min manatdan on beş min manatadək məbləğdə inzibati cərimə tətbiq edilir. - 598.1.2-ci maddəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1.2-ci maddəsinə əsasən bu Qanunun tələbləri mühasibat və vergi məsləhəti xidmətləri göstərən qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə tətbiq edilir. - 10.1-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: 10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; 10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi; Apellyasiya instansiyası məhkəməsi vergi orqanı tərəfindən verilmiş, Nümayəndə İkram qızı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş çıxarış əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ## #### 2024-cü il tarixdən ## ###### 2025ci il tarixədək vergi orqanında qeydiyyata alınmış fəaliyyət növünün 6920102 kodlu, “Mühasibat uçotu üzrə məsləhətlər” adlı olmasını müəyyən etdiyinə görə hesab edir ki, Nümayəndə ## #### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən 10.1.1 və 10.1.2-ci maddələrinin tələblərinə zidd olaraq, iş üzrə səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilmiş hərəkətləri etməməsi əməlində Azərbaycan Respublikası İXMin 598.1.2-ci maddəsinə münasibətdə 598.7-ci maddəsinin tərkib əlamətini yaratmışdır. Buna görə də bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, verilmiş şikayətin dəlili isə əsassızdır. Azərbaycan Respublikası İXM-in: - 38.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. - 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə Nümayəndə İkram qızının Azərbaycan Respublikası İXM-in 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı ## #### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək olan dövr ərzində törətdiyi müəyyən edildiyinə, beləliklə də göstərilən inzibati xətaya görə həmin Məcəllənin 38.1-ci maddəsində müəyyən edilmiş bir illik inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə və birinci instansiya məhkəməsi bu halı nəzərə almadığına, beləliklə də bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız, verilmiş şikayətin dəlili isə əsaslı olduğuna görə Nümayəndə və onun müdafiəçisinin birlikdə verdikləri şikayət təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, səlahiyyətli orqanın Nümayəndə barəsində Azərbaycan Respublikası İXM-in 598.7-ci maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməli və sonuncu Azərbaycan Respublikası İXM-in 598.7-ci maddəsi üzrə inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 53.1.6, 133, 134.1.3, 135.1.5-1 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Nümayəndə İkram qızı və onun müdafiəçisi Əlili İsrafil Muğan oğlunun birlikdə verdikləri şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinın Nümayəndə İkram qızı barəsində həmin Məcəllənin 598.7-ci maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə görə xitam verilsin. Nümayəndə İkram qızı Azərbaycan Respublikası İXM-in 598.7-ci maddəsi üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1244/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1244/2026
12.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver