Məhkəmə qərarları › İş №3(3-6)-1246/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1246/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1246/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Sadıqova Ləman Şahmar qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola görə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** saylı icra sənədi üzrə tələb Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra edilməmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta üzrə iş aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra vərəqəsinin icra olunması məqsədilə tələbkara təklif etmidir ki, mülkiyyətində olan 1 ha torpaq sahəsi, şəxsi nəqliyyat vasitəsi və atasına məxsus Bakı şəhərində yerləşən torpaq sahəsini və 10.000 manat pul verir. Tələbkar həmin maddi nemətləri borc əvəzinə qəbul etməkdən imtina etmişdir. Bu hallar məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərdə təsdiq edilmişdir. Bunlara görə müəyyən olunur ki, barəsində protokol tərtib olunmuş şəxs tərəfindən məhkəmə qərarının qərəzli olaraq yerinə yetirilməməsi müəyyən olunmamışdır. Nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Buna görə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən yalnız üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halı mövcud olmadığından, sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinməsi istisna olunur. Birinci instansiya məhkəməsi toplanmış sübutları düzgün qiymətləndirməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırmamış və əsassız olaraq onu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-****/**** saylı icra vərəqəsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddiaçıya məxsus böyük bakal - 14 ədəd - 875 manat, boşqab 3 ölçüdə - 36 ədəd, boşqab 3 ölçüdə - 48 ədəd, qaşıq -12 ədəd, stəkan - 10 ədəd - 1250 manat, şam qabı (qızılı zərli) - 2 ədəd - 500 manat, saat (qara) - 1 ədəd - 600 manat, süfrələr - 3 ədəd, vaza güllü (Versace) - 2 ədəd - 2500 manat, buludlar (Versace) - 3 ədəd - 1900 manat, kül qabı (Versace) - 2 ədəd - 1800 manat, vaza qara (Versace) - 1 ədəd - 800 manat olan cehiz əşyaları alınaraq iddiaçı X3 verilməlidir. Ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun 40 (qırx) manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, qalan 35 (otuz beş) manat iddiaçıya aid edilməli, iddiaçıya məxsus 1 ədəd dəyəri 400 manat olan İtaliya istehsalı, Funditar 31 markalı kombi, 1 ədəd dəyəri 450 manat olan Yaponiya istehsalı, BTU, Mitsubishi markalı kondisioner, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, 1 ədəd dəyəri 200 manat olan Yaponiya istehsalı, Sony markalı musiqi mərkəzi, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, 2 ədəd hər birinin dəyiri 500 manat, cəmi dəyəri 1000 manat olan İtaliya istehsalı Ariston markalı soyuducu, 1 ədəd dəyəri 350 manat olan İtaliya istehsalı qaz peçi (PHQ4İMSTVGH), 1 ədəd dəyəri 200 manat olan aspirator (HKQVQK/HA), 1 ədəd dəyəri 850 manat olan Yaponiya istehsalı kondisioner (BTU), 1 ədəd dəyəri 300 manat olan İtaliya istehsalı qabyuyayn maşın (LFT-M-28), 1 ədəd dəyəri 100 manat olan İtaliya istehsalı mikrodalğalı soba (SMV242XA), 1 ədəd dəyəri 350 manat olan İtaliya istehsalı soba (duxovka), 1 ədəd dəyəri 100 manat olan Türkiyə istehsalı ütüaltı, 1 ədəd ğəyəri 60 manat olan İtaliya istehsalı, National markalı ətçəkən maşın, 1 ədəd dəyəri 400 manat olan Yaponiya istehsalı, Mitsubishi markalı kondisioner, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, həmin əşyalar olmadıqıda onların dəyərini təşkil edən 5.600 (beş min altı yüz) manat pul cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Həmçinin 1 ədəd Rusiya istehsalı soyuducu - 228,57 manat dəyərində, 1 ədəd Türkiyə istehsalı qaz peçi - 200 manat dəyərində, 1 ədəd Türkiyə istehsalı cam balkon - 685,71 manat dəyərində, 1 ədəd İtaliya istehsalı kamot – 3.428,57 manat dəyərində, 1 ədəd televizor altı – 2.285,71 manat dəyərində, 1 ədəd İtaliya istehsalı stol (masa) – 6.600 manat dəyərində, 6 ədəd stul və 2 ədəd stul kreslo – 4.200 manat dəyərində, 3 ədəd İtaliya istehsalı divan - 8.000 manat dəyərində, 1 ədəd İtaliya istehsalı kreslo- 2.671,43 manat dəyərində, 1 ədəd İtaliya istehsalı jurnal masası – 1.142,86 manat dəyərində, 2 ədəd İtaliya istehsalı tumboçka 132,00 manat dəyərində, 1 ədəd vitrin-kamot - 3.428,57 manat dəyərində, 1 ədəd Kofeyni istehsalı yan jurnal – 1.142,86 manat dəyərində, İtaliya istehsalı pərdələr – 3.714,29 manat dəyərində, 3 ədəd İtaliya istehsalı plafonlar qızılı - 400 manat dəyərində, 1 ədəd İtaliya istehsalı çil-çıraq – 12.571,43 manat dəyərində, 1 ədəd torşer 2.457,14 manat dəyərində, 1 ədəd Honkonq istehsalı – 1.428,57 manat dəyərində, İtaliya istehsalı jurnal üçün tumboçka - 771,43 manat dəyərində, İtaliya istehsalı pərdə - 1.257,14 manat dəyərində, Çin istehsalı stol (masa) - 428,57 manat dəyərində, 6 ədəd Çin istehsalı stul - 857,14 manat dəyərində, 1 ədəd İtaliya istehsalı təkərli araba - 1.057,14 manat dəyərində, pərdələr - 857,14 manat dəyərində, İtaliya istehsalı smistitel+moyka - 440 manat dəyərində, İtaliya istehsalı şifoner - 1.428,57 manat dəyərində, İtaliya istehsalı çarpayı – 2.000 manat dəyərində, İtaliya istehsalı ataman - 857,14 manat dəyərində, 2 ədəd İtaliya istehsalı tumboçka - 942,86 manat dəyərində, 1 ədəd İtaliya istehsalı turmo – 1.428,57 manat dəyərində, İtaliya istehsalı pərdə - 1.028,57 manat dəyərində, İtaliya istehsalı aksessuarlar - 457,14 manat dəyərində, İtaliya istehsalı tərəzi - 102,86 manat dəyərində, İtaliya istehsalı çilçıraq – 3.142,86 manat dəyərində, İtaliya istehsalı veşilka - 200 manat dəyərində, mebel - 4.285,71 manat dəyərində, yazı masası - 371,43 manat dəyərində, ataman 1.171,43 manat dəyərində, paltarlar, blok şkaf – 1.200,00 manat dəyərində, 1 ədəd İtaliya istehsalı çilçıraq - 542,86 manat dəyərində, Türkiyə istehsalı mebel şkaf – 1.428,57 manat dəyərində, aksessuarlar - 857,14 manat dəyərində, güzgü Türkiyə - 257,14 manat dəyərində, 1 ədəd İtaliya istehsalı paltar yuyan maşın - 62,86 manat dəyərində, 1 ədəd kamera UK – 1.028,57 manat dəyərində, tumbo - 342,86 manat dəyərində, Çin istehsalı çarpayı - 428,57 manat dəyərində, Çin istehsalı kamot - 191,43 manat dəyərində, Çin istehsalı masa - 125,71 manat dəyərində, Çin istehsalı stul - 44,57 manat dəyərində, Çin istehsalı çilçıraq - 94,86 manat dəyərində, Çin istehsalı pərdələr - 485,71 manat dəyərində, 1 ədəd Çin istehsalı azyaşlı uşaq çarpayısı - 628,57 manat dəyərində əşyalar, əşyalar olmadıqda isə onların dəyərini təşkil edən 83.522,69 (səksən üç min beş yüz iyirmi iki manat altmış doqquz qəpik) manat pul çavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. “İcraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(103)- ****/**** saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün bildirişlə birlikdə həmin tarixdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edilmişdir. “Borclunun əmlakının üzərinə həbs qoyulması haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus İsmayıllı rayon, Tircan kəndi ünvanında yerləşən (********* qeydiyyat nömrəli, ************ reyestr nömrəli və ********* qeydiyyat nömrəli, ************ reyestr nömrəli) mənzil üzərinə həbs qoyulmuşdur. “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/****-*** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində olan “FİAT 500 ABARTH” minik markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclunun gəlirindən tutulma ilə bağlı “X1” MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli müraciətdən görünür ki, icra sənədinin icrası ilə bağlı hər ay borclunun gəlirinin 50%-nin tutulması tələb olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun vəkilinin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra sənədinin icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində işin hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətinə münasibətdə məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin ##.##.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, borcluya (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) qanunla nəzərdə tutulmuş qaydada könüllü icra üçün müddət təyin edilmiş, bu barədə ona rəsmi bildiriş göndərilmişdir. İş materialında olan sübutlar borclunun icra sənədinin məzmunu və icra tələbi barədə məlumatlandırıldığını təsdiq edir. Lakin müəyyən edilmiş müddət ərzində borclu üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməmiş, icra sənədinin icrası təmin olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh təyin edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6, 9, 32, 33 və 34.2-ci maddələrinin tələblərinə əməl etməklə inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alıb düzgün olaraq, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli inzibati tənbeh təyin etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası İXMnin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, X2 şəxsiyyətini nəzərə alaraq, onun əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməyərək, İXM-nin 528.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin olunmamalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir,ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar