Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1249/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə başlamış inzibat xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Təqdim olunmuş materialdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, R X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib edilmiş ## ###### 2025-ci il tarixli, *****-*****/** nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə başlamış inzibat xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslnadırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-**)-****/**** nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, habelə Dövlət Gömrük Komitəsinin Kollegiyasının ***/**/*** nömrəli, ## #### 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”nda “depeş sənədi” anlayışından istifadə edilməmişdir. Lakin sözügedən Qaydalarda “müşayiət qaiməsi” və “depeş yarlıqları” ifadəsindən istifadə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 289.2-ci maddəsinə əsasən beynəlxalq poçt göndərişləri (bundan sonra- BPG) Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmalıdır. Dövlət Gömrük Komitəsinin Kollegiyasının ***/**/*** nömrəli, ## #### 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”na əsasən yerüstü nəqliyyatla ölkələr arasında birbaşa (BPMMnə daxil olmadan) daşınan BPG-nə gömrük nəzarəti gömrük sərhəd buraxılış məntəqələrində həyata keçirilməklə, BPG-nin yerləşdirildiyi yük bölmələrində, kisələrdə gömrük təminatlarının mövcudluğu, bütövlüyü və müşayiət qaimələri yoxlanılır, BPG-nə dair müvafiq məlumatlar gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində qeydə alınaraq, nəqliyyat vasitəsinin BPMY-nə gömrük nəzarəti altında çatdırılmasına icazə verilir. Depeşlər məktub korrespondensiyası (LC/AO), poçt bağlamaları (CP), sürətli poçt göndərişləri (EMS) və geri qaytarılan boş kisə (SV) kimi növlərə bölünür və onların üzərində müvafiq qaimələr və depeş yarlıqları olur. Gömrük nəzarəti zamanı gömrük orqanının vəzifəli şəxsi beynəlxalq poçt mübadiləsi məntəqəsinə daxil olan BPG-ni daşıyıcıdan adbaad yoxlayaraq təhvil alır. Poçt göndərişinə vizual baxış keçirilərək, onların bütövlüyü və salamatlığı yoxlanıldıqdan sonra, kisələr bir-bir tərəzidə çəkilir. Faktiki çəki və digər məlumatlar müşayiət qaimələrində (CN-37 - yerüstü poçt, CN-38 - aviapoçt, CN- 41 - S.A.L. poçtu, CN-47 - boş kisələr) və depeş yarlıqlarında (CN-34, CN-35, CN-36 - LC/AO depeşlərində, CN35-EMS depeşlərində, CP-83, CP-84, CP- 85 - bağlama CP depeşlərində) göstərilənlərlə eyniləşdirilir. Yuxarıda göstərilən hüquqi normaların təhlilindən müəyyən olunur ki, “depeş sənədi” ifadəsi ilə “müşayiət qaiməsi” və ya “depeş yarlığı” ifadələri eynimənalı anlayışlar olmaqla, beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi zamanı istifadə olunan və poçt kisələrinin tərkibini, növünü, çəkisini və digər məlumatları əks etdirən xüsusi sənəddir. “Depeş sənədi” və ya “müşayiət qaiməsi” gömrük nəzarətinin və poçt göndərişlərinin düzgün qeydiyyatının aparılması üçün əsas sənədlərdən biridir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən *********** nömrəli aviaqaimə ilə Azərbaycan Respublikasına gətirilən VDI6451182 və VDI6452411 izləmə kodlu poçt bağlamalarının daşınması zamanı “depeş sənədi” və ya “müşayiət qaiməsi”nin gömrük orqanına təqdim edilməməsi risk təhlilinin aparılmasına maneə olmuş, gömrük nəzarətinin düzgün həyata keçirilməməsinə səbəb olmuşdur. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi yuxarıda qeyd olunan normativ hüquqi aktlarla öz təsdiqini tapmışdır. Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə onların iştirakları olmdan işə baxılmasını mümkün hesab etmişdir. Verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmkədə təqsirli bilinərək cərimə edilməldiir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan raporta əsasən müəyyən edilmişdir ki, *********** nömrəli aviagaimə ilə beynəlxalg poçtdaşıma lisenziyasına malik olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC vasitəsilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına "VDI6451182” nömrəli izləmə kodu ilə Zəhra Ağayeva və "VDI64524H" izləmə kodu ilə Solmaz Məhərrəmova adına ölkə ərazisinə gətirilən iki sayda poçt bağlamasındakı qida əlavələri olan mallar sistemə daxil edilmədən daşınmışdır. Belə ki, həmin bağlamalar adlarına göndərilən hər iki şəxsin izahatı alınaraq toplanan materiala əlavə edilmişdir. Solmaz Məhərrəmova izahatında şəxsi istifadəsi üçün kimyəvi tərkibli yağları və sair malları kosmetik vasitələr düzəltmək üçün Türkiyə Respublikasında fəaliyyət göstərən “Tatlı Dilimler” adlı internet səhifəsindən onlayn alış-veriş formasında "Hindistan cəvizi yağı, e vitamini" və sair udula bilən gida əlavələrini alıb kosmetik vasitələr hazırlamaq istədiyini, həmin mallar üçün 233,46 ABŞ dolları məbləğində pul xərclədiyini, həmin malları ##.##.2025-ci il tarixdə ************* nömrəli bəyannamə üzrə "smart customs” mobil tətbiqi vasitəsilə bəyan etdiyini lakin sonradan poçt xidməti ilə maraqlandığı zaman malların gömrük orqanı tərəfindən araşdırma məqsədilə saxladığını öyrəndiyini bildirmişdir. Sonuncu izahatına apardığı gömrük rəsmiləşdirilməsini təsdig edən bəyannamə üzrə məlumatları izahatına əlavə etmişdir. Zəhra Ağayeva isə izahatında idmanla məşğul olduğu üçün onun adına gələn poçt bağlamasındakı qida əlavələri olan malları "protein ocean” adlı onlayn alış-veriş saytından aldığını, həmin mallara 138,41 ABŞ dolları məbləğində pul ödədiyini, malları ************* nömrəli gömrük bəyannaməsi üzrə bəyan etdiyini, lakin sonradan bağlama ilə əlagədar poçt xidməti ilə əlagə saxladıqda bağlamanın araşdırılma məgsədilə gömrük organı tərəfindən saxladığını öyrənmişdir. Zəhra Ağayeva izahatına bəyannamə üzrə, eləcə də mallar və etdiyi ödənişləri təsdig edən məlumatları əlavə etmişdir. Araşdırma zamanı bağlamalarda aparılan gömrük yoxlamasında iştirak edən, ‘‘xxxx" MMC-də broker vəzifəsində işləyən X1 izahatı alınmışdır. Sonuncu izahatında geyd edilən fakt aşkar edildiyi zaman bu barədə hügugi şəxsin direktor müavini Sarızadə Mirkamal Rasim oğluna məlumat verdiyini, sonuncunun hazırkı məsələdən məlumatlı olduğunu, həmin bağlamaların “depeş” sənədi olmadan göndərildiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də direktor müavini vəzifəsində işləyən X3 izahatında həmin bağlamaların ölkə ərazisinə poçt daşınmasını həyata keçirən şirkət tərəfindən gömrük orqanına təqdim edilməli olan "Depeş” sənədi olmadan, ölkə ərazisinə gətirildiyini, həmin sənədin verilməməsinin texniki səhv olarag "smart customs” sisteminə məlumatlar işləndiyi zaman hüquqi şəxsin proqram təminatında kod xətası baş vermiş, daha sonra həmin xətanı düzəltməyə cəhd etsələr də bu baş tutmamışdır. Protokola əsasən poçtdaşıma xidmətini həyata keçirən "xxxx" MMC *********** nömrəli aviaqaimə ilə Azərbaycan Respublikasına gətirilən “VDI6451182” nömrəli və “VDI6452411” nömrəli izləmə kodlu poçt bağlamalarının daşınması zamanı öncədən beynəlxalq yük daşımalarında malların ölkə ərazisini gətirilməsini təmin edən və poçtdaşıma şirkəti tərəfindən təqdim edilməli olan “Depeş” sənədini gömrük orqanın təqdim etməmiş, bununla da hüquqi şəxs tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraata xitam verərəkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi üzrə inzibati xəta tərkibinin yaranması üçün ilkin şərt gömrük orqanına təqdim edilməli məlumatların Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilməsidir. Hazırki inzibati xəta haqqında protokol "xxxx" MMC tərəfindən gömrük orqanına “Depeş” sənədinin təqdim edilməməsi ilə əsaslandırıldığından, ilk öncə həmin sənədin Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən təqdim edilməli olubolmaması aydınlaşdırılmalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində “depeş sənədi” anlayışından ümumiyyətlə istifadə olunmamışdır. Həmin Məcəllənin 291.1-ci maddəsinə isə göstərilir ki, Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi bu Məcəlləyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının birlikdə müəyyən etdiyi qaydada həyata keçirilir. Sözügedən maddəyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin Kollegiyasının ***/**/*** nömrəli, ## #### 2014-cü il tarixli qərarı ilə “Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydalarda “depeş ifadəsinə beynəlxalq poçtun istiqamət planına uyğun olaraq eyni vaxtda, eyni ölkənin, eyni mübadilə yerindən digər ölkənin müvafiq mübadilə yerinə göndərilən poçt kimi anlayış verilmiş, “depeş sənədi” anlayışından isə istifadə olunmamışdır. Halbuki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsinin iş materiallarına əsasən qanuni və doğru olduğunu söyləmək mümkün deyildir. Belə ki, mübahisələndirilən qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, habelə Dövlət Gömrük Komitəsinin Kollegiyasının ***/**/*** nömrəli, ## #### 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”nda “depeş sənədi” anlayışından istifadə edilməmişdir. Lakin sözügedən Qaydalarda “müşayiət qaiməsi” və “depeş yarlıqları” ifadəsindən istifadə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 289.2-ci maddəsinə əsasən beynəlxalq poçt göndərişləri Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmalıdır. Dövlət Gömrük Komitəsinin Kollegiyasının ***/**/*** nömrəli, ## #### 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ümumdünya Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi Qaydaları”na əsasən yerüstü nəqliyyatla ölkələr arasında birbaşa (BPMM-nə daxil olmadan) daşınan beynəlxalq poçt göndərişlərinə gömrük nəzarəti gömrük sərhəd buraxılış məntəqələrində həyata keçirilməklə, beynəlxalq poçt göndərişlərinin yerləşdirildiyi yük bölmələrində, kisələrdə gömrük təminatlarının mövcudluğu, bütövlüyü və müşayiət qaimələri yoxlanılır, beynəlxalq poçt göndərişlərinə dair müvafiq məlumatlar gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində qeydə alınaraq, nəqliyyat vasitəsinin BPMY-nə gömrük nəzarəti altında çatdırılmasına icazə verilir. Depeşlər məktub korrespondensiyası (LC/AO), poçt bağlamaları (CP), sürətli poçt göndərişləri (EMS) və geri qaytarılan boş kisə (SV) kimi növlərə bölünür və onların üzərində müvafiq qaimələr və depeş yarlıqları olur. Gömrük nəzarəti zamanı gömrük orqanının vəzifəli şəxsi beynəlxalq poçt mübadiləsi məntəqəsinə daxil olan beynəlxalq poçt göndərişlərini daşıyıcıdan adbaad yoxlayaraq təhvil alır. Poçt göndərişinə vizual baxış keçirilərək, onların bütövlüyü və salamatlığı yoxlanıldıqdan sonra, kisələr bir-bir tərəzidə çəkilir. Faktiki çəki və digər məlumatlar müşayiət qaimələrində (CN-37 - yerüstü poçt, CN-38 - aviapoçt, CN-41 - S.A.L. poçtu, CN- 47 - boş kisələr) və depeş yarlıqlarında (CN-34, CN-35, CN-36 - LC/AO depeşlərində, CN35-EMS depeşlərində, CP-83, CP-84, CP- 85 - bağlama CP depeşlərində) göstərilənlərlə eyniləşdirilir. Yuxarıda göstərilən hüquqi normaların təhlilindən müəyyən olunur ki, “depeş sənədi” ifadəsi ilə “müşayiət qaiməsi” və ya “depeş yarlığı” ifadələri eynimənalı anlayışlar olmaqla, beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi zamanı istifadə olunan və poçt kisələrinin tərkibini, növünü, çəkisini və digər məlumatları əks etdirən xüsusi sənəddir. “Depeş sənədi” və ya “müşayiət qaiməsi” gömrük nəzarətinin və poçt göndərişlərinin düzgün qeydiyyatının aparılması üçün əsas sənədlərdən biridir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən *********** nömrəli aviaqaimə ilə Azərbaycan Respublikasına gətirilən VDI6451182 və VDI6452411 izləmə kodlu poçt bağlamalarının daşınması zamanı “depeş sənədi” və ya “müşayiət qaiməsi”nin gömrük orqanına təqdim edilməməsi risk təhlilinin aparılmasına maneə olmuş, gömrük nəzarətinin düzgün həyata keçirilməməsinə səbəb olmuşdur. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi yuxarıda qeyd olunan normativ hüquqi aktlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən təqdim olunan sübutları tam və hərtərəfli yoxlamamış və qiymətləndirməmiş, inzibati xəta törətməsi kifayət qədər təsdiq olunan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətini əsassız olaraq məsuliyyətdən azad etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin sanksiyasına əsasən fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-cü maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunanları əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-cü maddəsini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə başlamış inzibat xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2025-ci il tarixli, *****-*****/** nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulan inziabti xətanı törətmkədə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Məhkəmənin qərarı qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1249/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1249/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver