Məhkəmə qərarları › İş №3(3-6)-1251/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1251/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1251/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, “İstifadəsində olan “BMW” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ## ###### 2026-cı ildə Cəfər Xəndan küçəsindən işıqforun yaşıl işığında sol tərəfə Azadlıq prospekti istiqamətində hərəkət edərkən yol ayrıcında dayanaraq qarşı tərəfdə hərəkətdə olan avtomobillərin olmadığına əmin olub sola dönmüşdür. Həmin vaxt yolayrıcında dayanan polis müfəttişi əsassız olaraq onu saxlayaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə pozuntunun nədən ibarət olmasını göstərmədən protokol tərtib etmişdir. Yol polisi müfətişinə qaydaları pozmadığını bildirsə də, əhəmiyyət vermədən qərarsız elektron protokolu ona təqdim etmişdir. Həmin yol polis müfəttişinin xəta törətmədiyi halda qanunsuz olaraq protokol tərtib etdiyinə görə həmin gün e-polis vasitəsi ilə Daxili İşlər Nazirinə şikayət etmişdir. Şikayəti qeydə alınsa da, şikayətə cavab verilmədən onun barəsində həmin qanunsuz və əsassız protokol üzrə ## #### 2026-cı il tarixdə qərar verildiyi barədə sms gəlmişdir və Asanpay elektron informasiya sistemində yaradılmış elektron kabinetdə olan inzibati xəta haqqında qərarı əldə etmişdir. Onu da qeyd edir ki, qərar tam qanunsuz tərtib edilmiş, qərar qanunvericiliyin tələblərinə uyğun olmamaqla yanaşı tam qərəzli və formal qaydada qəbul edilmişdir. Səlahiyyətli orqan tərəfindən qəbul edilən qərar ciddi hesabat sənədidir və onun doldurulmasına ciddi riayət olunmalıdır. Bu vəzifəli şəxsin vəzifəsidir və əməl etmək borcudur. Protokolun formasında olan bəndlərin inzibati işi obyektiv araşdırıldırıldığını və protokolla tanış olarkən inzibati işin təsəvvürü yaranmalıdır. Rnın tərtib etdiyi protokolda olan bəndlər tam yazılmadığından işin mahiyyətinin nədən ibarət olması başa düşülmür. Qərarda işə "baxılarkən müəyyən edilmiş hallar" hissəsini əsaslandırmaq əvəzinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi kopya edərək "yol ayrıcı qaydalarınmın pozulması" yazmaqla kifayətlənmişdir. Halbuki protokolda baş verən xətanın mahiyyəti aydın şəkildə yazılmalı, hansı yol işarəsinin tələblərini yerinə yetirmədiyi, qeyd olunmalı, hüquq və vəzifələri izah olunmalıdır, izahatı (etirazı) və vəsatəti barədə məlumat əlavə edilməlidir. Hesab edir ki, protokolun bəndlərində inzibati işin obyektivliyi üçün lazım olan bəndlər müəyyən edilmişdir və həmin tələb olunan bəndlər kiçik polis serjanıi tərəfindən doldurulmalıdır. Protokolun bəndləri boş saxlanılması və ümumi sözlərə tərtib edilməsi üçün müəyyən edilməmişdir. O, işarəyə riayət etməməklə mahiyyət etibarilə nə etdiyini bilmir və qəbul edilmiş qərarı əsassız, qeyri-obyektiv və qərəzli hesab edir, eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə özünü təqsirli bilmir. Qeyd olunanlara əsasən, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur.” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Zamiq Bağırov) Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinin təmin edilməməsi, həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ## ##### 2026cı il qərarını ləğv edərək, tərtib edilən protokol üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ## ###### 2026-cı il tarixdə istifadəsində olan “BMW” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsindən işıqforun yaşıl işığında sol istiqamətdə - Azadlıq prospekti istiqamətində hərəkət edərkən yol ayrıcında dayanarac qarşıdan gələn nəqliyyat vasitələrinin olmadığına əmin olduqdan sonra manevr etmişdir. Həmin vaxt yol polisi əməkdaşı tərəfindən əsassız olaraq saxlanılmış və pozuntunun konkret mahiyyəti izah edilmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. ## #### 2026-cı il tarixli qərar həmin protokol əsasında qəbul edilmiş, halbuki onun e-polis sistemi vasitəsilə təqdim etdiyi şikayət araşdırılmamışdır. Məhkəmə tərəfindən iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün mühüm sübut - Təhlükəsiz Şəhər sisteminin stasionar kameralarının görüntüləri tələb edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) və Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## ###### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ###### 2026-cı il tarixdə saat 17:57- də idarə etdiyi “BMW 530İ minik” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yolayrını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “AsanPay” ödəniş portalından çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə təqsirli bilinərək 100 (yüz) manat inzibati cərimə edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş video görüntüyə baxış zamanı müəyyən edildi ki, video-görüntü 24 saniyədən ibarətdir və patrul avtomobilinə quraşdırılmış kamera vasitəsi ilə inzibari xəta hadisəsi qeydə alınmışdır. Videoya baxıarkən “BMW 530İ minik” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qarşıdan gələn nəqliyyat vasitəsi düzünə hərəkət etdiyi, artıq yol ayrıcına daxil olduğu və şikayət vermiş şəxsin nəqliyyat vasitəsi ilə arasında çox qısa məsafə olduğu halda həmin nəqliyyat vasitəsinin keçməsini gözləmədən idarə etdiyi nəqliyyat vasitəsi ilə sol istiqamətə dönür və qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməyərək hərəkətini davam etdirir. Birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, ş üzrə sübutların Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində şikayət verən Qərardan şikayət verən orqan (şəxs) təqsiri tam sübuta yetirilmiş və mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsaslar mövcud deyildir. Belə ki, məhkəmə iclasında bilavasitə tədqiq olunmuş video-görüntüdən aydın şəkildə müəyyən olunur ki, patrul avtomobilinə quraşdırılmış texniki vasitə ilə qeydə alınmış 24 saniyəlik görüntüdə şikayətçinin idarə etdiyi “BMW 530İ minik” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi svetoforun icazəverici (yaşıl) işığında sola dönmə manevrini həyata keçirərkən qarşıdan düzünə hərəkət edən və artıq yolayrıcına daxil olmuş nəqliyyat vasitəsinə çox qısa məsafə qalmasına baxmayaraq həmin nəqliyyat vasitəsinin keçməsini gözləmədən hərəkətini davam etdirmiş, bununla da qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməmişdir. Bu hal “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin İ hissəsinin tələbinin pozulmasını və eyni zamanda həmin Qanunun 1-ci maddəsinin 41-ci bəndində təsbit edilmiş “yol vermək” anlayışının mahiyyət etibarilə pozulduğunu birbaşa təsdiq edir. Məhkəmə şikayətçinin qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkətinə maneə yaratmadığı, məsafənin kifayət qədər olduğu və yol vermə qaydasının pozulmadığı barədə dəlillərini əsassız hesab edir. Çünki video-görüntüdə nəqliyyat vasitələri arasında məsafənin çox qısa olması aydın şəkildə müşahidə olunur ki, bu da sürücünün üstünlük hüququ olan nəqliyyat vasitəsinə yol vermədiyini sübut edir. Eyni zamanda məhkəmə şikayətçinin protokolun natamam tərtib edilməsi, hadisənin mahiyyətinin kifayət qədər açıqlanmaması, hüquqlarının izah olunmaması və hadisə yerinin düzgün göstərilməməsi ilə bağlı arqumentlərinə münasibətdə qeyd edir ki, bu kimi hallar formalprosessual xarakter daşımaqla yalnız o halda hüquqi nəticə doğura bilər ki, onlar işin hallarının düzgün müəyyən edilməsinə mane olsun və ya şəxsin müdafiə hüququnun həyata keçirilməsini real şəkildə məhdudlaşdırsın. Hazırkı işdə isə şikayətçi həm inzibati qaydada, həm də məhkəmə iclasında öz mövqeyini sərbəst şəkildə ifadə etmiş, ona qarşı irəli sürülən ittihamın mahiyyətini başa düşmüş və müdafiə hüququndan tam istifadə etmişdir ki, göstərilənlərə əsasən iddia edilən prosessual nöqsanlar işin nəticəsinə təsir etmədiyini təsdiq edir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən xüsusi texniki vasitələrlə əldə olunmuş məlumatlar sübut kimi qəbul edilir və hazırkı halda videogörüntü inzibati xəta hadisəsinin mövcudluğunu təsdiq edən birbaşa sübut olmaqla digər sübutlarla uzlaşır. Şikayətçinin hadisə yerinin guya düzgün göstərilməməsi barədə dəlili də əsassızdır, çünki iş materiallarında olan digər məlumatlarla, o cümlədən hadisənin vaxtı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və video-görüntü ilə ziddiyyət müəyyən edilməmiş, şikayətçi də hadisənin baş verdiyini və həmin vaxt nəqliyyat vasitəsini idarə etdiyini inkar etməmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəmişdir ki, şikayət verən şəxs tərəfindən yolayrıcını keçmə qaydalarının pozulması faktı sübutların məcmusu ilə tam təsdiq olunur, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, inzibati tənbeh qanunvericiliyin tələblərinə uyğun tətbiq olunmuşdur. Şikayətdə göstərilən dəlillər isə tədqiq edilimiş sübutlarla təkzib olunur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsi öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin qərarı qanuni hesab edilir. “Yol hərəkəti haqqında” qanunun 76-cı madddəsinin İ bəndinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. “Yol hərəkəti haqqında” qanunun 1-ci maddəsinin 41-ci bəndinə əsasən yol vermək – sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürətli dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Belə ki, iş materiallarında olan videogörüntüdə həmin nəqliyyat vasitələri arasında məsafənin çox qısa olması açıq aşkar görünür. Qeyd edilir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəmə tərəfindən artıq araşdırılıb qiymətləndirilmiş və məhkəmə də bu nəticə ilə razılaşmışdır. Belə ki, görüntünün tədqiqi zamanı Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobillə yol ayrıcına daxil olduğu və şikayət vermiş şəxsin nəqliyyat vasitəsi ilə arasında çox qısa məsafə olduğu halda həmin nəqliyyat vasitəsinin keçməsini gözləmədən idarə etdiyi nəqliyyat vasitəsi ilə sol istiqamətə dönərək qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməməsi faktı təsdiqlənmiş, onun müdafiəsi üçün gətirdiyi dəlillər əsassız hesab olunmuşdur. Məhkəmə bu baxımdan qeyd edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətində Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta hadisəsi olmaması barədə dəlillər heç bir əsası olmayan, müdafiə xarakterli hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya şikayətində şikayətçi inzibati xəta haqqında qərarın əsaslılığını mübahisələndirsə də, məhkəmə bu dəlillə razılaşmır. Belə ki, təqdim edilən videogörüntü digər sübutlarla yanaşı, inzibati xətanı təsdiq edən sübut növüdür və onun əsaslılığını şübhə altına alan hər hansı dəlil mövcud olmamışdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətanın törədilməsi barədə qərar qəbul edərkən işi tam və hərtərəfli araşdırmış, işə əlavə olunmuş inzibati xəta haqqında qərara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə işin faktiki hallarına və şikayətin əsaslandığı dəlillərə qiymət verərək hesab edir ki, göstərilən hallar işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətməsi iş üzrə sübutlarla təsdiqlənir. Şikayətdə göstərilənlər işdə olan sübutlarla təkzib edildiyindən məhkəmə belə hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr əsasında verilib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, İXP seriyalı ******* saylı qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar