Məhkəmə qərarları › İş №3(3-6)-1252/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1252/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1252/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, tələbkar Musayeva (Əliyeva) Xəyalə Zakir qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 9801 manat tələbkar X3 xeyrinə tutulmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** saylı icra sənədinə əsasən, ## ### 2016-cı il təvəllüdlü X4 və ## ### 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşa çatanadək saxlanmaları üçün ## #### 2022-ci il tarixdən başlayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. “Icraata başlamaq haqqında” ##.##.2022-ci il tarixli və ##.##.2023-cü il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli icra vərəqəsinin könüllü icrası haqqında borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məlumat verilmişdir. Bakı şəhəri Binəqədi rayon Icra Şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, tələbkar X5 5294 manat və tələbkar X3 8451 manat məbləğində vəsaiti ödəməmiş və bununla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim S.N.Nəsibov) ## #### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan, tələbkar Musayeva (Əliyeva) Xəyalə Zakir qızı apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay ödəməli olduğu aliment məbləğini ödəməməsi, 5680 məbləğində aliment borcunun yaranması və il ərzində bir neçə dəfə borcundan cuzi məbləğdə ödəniş etməsi məhz onun məhkəmə qərarının icrasından qərəzli olaraq yayındığını sübut edir. Əsas əhəmiyyətli olan hal uşaqların mənafeyidir ki, onların da saxlanılmasının və minimum yaşayış səviyyəsinin təmin edilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs valideynlik vəzifəsidir və bu əsasla da qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasının təmin olunmasıdır. Məhkəmə iclasında, tələbkar Musayeva (Əliyeva) Xəyalə Zakir qızı, şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, taksi fəaliyyəti ilə məşğul olduğunu və qazancının az olduğunu qeyd edərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli tam və obyektiv araşdırıb, tərəflərin çıxışlarını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməli, inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış sənədləri, aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, işdə olan məhkəmə və icra sənədlərindən görünür ki, tələbkar Musayeva (Əliyeva) Xəyalə Zakir qızının aliment tələbinə dair qəbul olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** saylı icra sənədi üzrə toplanmış 5294 manat məbləğində aliment ödənişi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ödənilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(***)-***/**** saylı icra sənədinə əsasən, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi ödənilməli olan 386 manat aliment ödənişinin bir ildən artıq müddətdə ödənilməməsi ilə əlaqədar 5294 manat məbləğin toplandığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində izahat vermiş borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, hər iki icra sənədinin icrasından yayınmadığını və maddi imkanı olduqca icra sənədləri üzrə ödənişlər edəcəyini və toplanmış bütün borcu tam şəkildə ödəyə bilmədiyini qeyd etməklə kifayətlənmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının mübahisəsi ilə bağlı tələbkarın şikayətinin dəlilləri, iş materialları və məhkəmədə tədqiq olunaraq araşdırılmış mümkün sübutların məcmusu ilə müqayisədə əsaslı olduğu üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment ödənişlərini vaxtında ödəməməsini, maddi imkanının olmaması ilə əlaqələndirməsi üzürlü hal hesab edilə bilməz. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra Beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (“Icra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Icra haqqında” Qanun) 2 və 3-cü maddələri). "Icra haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafıq məhkəməyə göndərir. Apellyasiya qaydasında araşdırılmış iş materialları ilə, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibinin olmaması haqqında iddialar təsdiqini tapmamış, iş üzrə inzibati məsuliyyəti və inzibati tənbehin tətbiqini qanunla istisna edən hallar müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət verməmiş, xətanın mövcudluğuna işarə edən işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini şərtləndirən konkret halları nəzərə almamışdır. Şikayətin dəlillərinə münasibətdə, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğuna və inzibati xəta faktını istisna edən halların iş materialları ilə müəyyən olunmadığına rəğmən, işin faktiki halları ilə müqayisədə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya instansiyası məhkəməsi şikayətə və inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli olduğunu nəzərə alaraq, Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən etmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən, törətdiyi xətanın xarakterini, əmlak vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi xətanı nəzərdə tutan Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş minimum həddə cərimə tənbeh tədbirini təyin etməklə tənbehin məqsədlərinə nail olmağı mümkün sayır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara və qanunvericiliyin tələblərinə əsasən, şikayət təmin edilməli, inzibati iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı və Bakı şəhəri Binəqədi rayon Icra Şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L İ R: Tələbkar Musayeva (Əliyeva) Xəyalə Zakir qızının şikayəti təmin edilsin. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunsun. Bakı şəhəri Binəqədi rayon Icra Şöbəsinin böyük icra məmuru X6 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar