Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1253/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materiallardan görünür ki, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 198.1.5-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayətlə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsi və səlahiyyətli orqanın qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsi inzbiati xəta haqqında iş üzrə qərar qəbul edərkən prossesual hüquq normalarını pozmuş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şamaxı Dairy X5 Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) ilə vətəndaş X1 arasında bağlanmış əmək müqaviləsində işçinin iş vaxtı saat 21:00-dan 06:00-a kimi, nahar vaxtı 00:00-dan 01:00-dək müəyyən edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən göndərilmiş materiallarla müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsinin iştirakçıları olmuş şəxslər izahatlarında hadisənin 00:30 radələrində baş verdiyini bildirmişlər. Bundan əlavə X1 ilə "142" çağrı mərkəzi vasitəsilə əlaqə saxlanıldıqda işəgötürəni məsuliyyətdən yayındırmaq məqsədilə hadisənin 01:10 radələrində əmək funksiyasının icrası zamanı baş verdiyini bildirmişdir. Nəzərinizə çatdırırıq ki, məhkəmə prosessi zamanı şahid X1 zahatında saat 24 radələrində nahar etdiyini, nahar fasiləsinin bitməsini gözləmədən yola çıxdığını, 00:30-a hadisənin baş verdiyini bildirmiş və inzibati xəta hadisəsinin baş verməsini etiraf etmişdir. Beləliklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə Şamaxı Dairy X5 Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən irəli sürülmüş mülahizələrə əsaslanaraq inzibati xeta hadisəsinin olmaması barədə əsassız nəticəyə gəlmişdir. İş materiallarında olan sənədlərə əsasən Şamaxı Dairy X5 Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İnzibati Xətalar Məcllləsinin 198.1.5-ci maddəsinin tələblərinin pozulması faktı və X3 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 məhkəmə iclasında şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Şamaxı Dairy X5 Cəmiyyətinin direktoru Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətini iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ##.##.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, “xxxx” MMC ilə X1 arasında əmək müqaviləsi bağlanmış, sonuncu sürücü (növbətçi) vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsinə əsasən işçinin iş vaxtı saat 21:00-da başlanır, 06:00-da qurtarır, nahar vaxtı 00:00dan 01:00-dəkdir. ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC-nin işçisi X1 Cəmiyyətə məxsus nəqliyyat vasitəsi ilə qəza törətməsi nəticəsində xəsarət alması ilə nəticələnmiş ##.##.2026-ci il tarixli hadisə zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinin nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən barəsində 500 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi proses iştirakçılarını dinləyib, şikayəti iş materialları ilə birlikdə əhatəli şəkildə araşdıraraq belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “xxxx” MMC-də sürücü vəzifəsində işləyən X1 ##.##.2025-ci il tarixdə nahar fasiləsi zamanı əmək funksiyasını öz mülahizəsinə əsasən icra etmiş, istirahət vaxtında işçiyə əmək funksiyasını icra etməsi ilə işəgötürən tərəfindən hər hansı tapşırıq verilməmiş, işçi iş vaxtından artıq işlərin görülməsinə cəlb edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən halda X1 tərəfindən iş vaxtında artıq işlərin görülməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulmadığından həmin müəssisənin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5ci maddəsinə əsasən təqsirli olması müəyyən edilməmişdir. Bundan əlavə Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda sonuncu tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilsə də, həmin maddənin işin mahiyyətinə heç bir aidiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222-ci maddəsi işəgötürən tərəfindən işçi üçün sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi ilə bağlı müddəaları özündə əks etdirir. Birinci instansiya məhkəməsinə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətdə hər hansı inzibati xətanın törədilmədiyi qeyd edilsə də, iş materialları şikayətin dəlilləri və inzibati orqanın nümayəndəsinin izahatı ilə birgə əlaqəli araşdırıldıqda müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamamışdır. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin ##.##.2025-ci il tarixli bildirişində ##.##.2025ci il tarixli, MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında işə baxılmasının ##.##.2025ci il tarixində saat 12:00 təyin edildiyi qeyd edilmiş, qeyd edilən tarixdə onun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində dəvət edilməsi qeyd edilmişdir. Həmçinin Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin ## ###### 2026-cı il tarixli bildirişdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsi tərəfindən X4 Xidmətinin Mərkəzi Aran reional şöbəsinə daxil olmuş ##.##.2025-ci il tarixli 3-13-181 *-****** nömrəli məlumatına tərəflərindən yenidən baxıldığı, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsi tərəfindən Regional Şöbəyə təqdim edilmiş sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Məcəllənin 222-ci maddəsinin (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) tələbləri pozulduğu, bu səbəbdən də, Regional şöbə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə uyğun olaraq vəzifəli şəxs qismində barəsində ##.##.2025-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında iş üzrə icraat başlandığı bildirilmiş, lakin Qərardan şikayət verən orqan (şəxs) nə X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinə gedərək, nə də video konfrans vasitəsi ilə qoşularaq qeyd edilən halların araşdırılmasına heç bir fikir bildirməmiş və həmin məsələ ilə bağlı müvafiq sənədləri səlahiyyətli orqana təqdim etməmişdir. Belə olduğu halda, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXMnin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair AR ƏƏSMN yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əhəmiyyət vermədən, işin hallarını tam araşdırmadan səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etməklə yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-in İXM-in 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. İXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. İXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən İXM-nin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Qeyd olunan əsasda İXM-nin 134.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 198.1.5-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və İXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) İXM-in 198.1.5-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1253/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1253/2026
04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver