Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1254/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X4, Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Yasamal rayon prokuroru vəzifəsini icra edən, R Ramin Şirəliyev tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Protokol tərtib edən orqanlar tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində ##.##.2026-cı il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar tərtib edilərək material ilə birlikdə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Rəşad Cavadzadə) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Yasamal rayon prokuroru vəzifəsini icra edən, R Ramin Şirəliyev apellyasiya protesti verərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri və tərəflərin izahatları: Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, X2 2025-ci ilin sentyabr ayından 2025-ci ilin dekabr ayınadək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək müqaviləsi bağlanmadan faktiki olaraq işlərə cəlb edilmişdir. Bu hal həm iş üzrə toplanmış sənədlər, həm də tərəflərin izahatları ilə təsdiq olunur. Vüsalə Məmmədovanın fəaliyyətinin xarakteri və davamlılığı aşağıdakı hallarla təsdiq olunur. Həkimin qəbuluna yönləndirmə və təşkilati koordinasiya funksiyalarını yerinə yetirmiş; həkimin iş telefonuna daxil olan zəngləri cavablandırmış və xəstələrə məlumat vermiş; klinika daxilində ödənişlərin qəbul edilməsi və kassaya yönləndirilməsi prosesində iştirak etmişdir. Bundan əlavə, 2025-ci ilin dekabr ayında həmin şəxslə rəsmi əmək müqaviləsinin bağlanması faktı da tərəflər arasında faktiki əmək münasibətlərinin əvvəlcədən mövcud olduğunu bir daha təsdiq edir. Lakin məhkəmə birtərəfli faktları qiymətləndirərək iş üzrə sübutları tam və hərtərəfli qiymətləndirməmiş, yalnız formal izahatlara əsaslanaraq nəticəyə gəlmişdir. Halbuki Azərbaycan Respublikası İXM-in ümumi prinsiplərinə əsasən inzibati xəta haqqında işlər obyektiv, tam və hərtərəfli araşdırılmalıdır. Belə ki, ##.##.2026-ci il tarixdə rayon məhkəməsində keçirilən iclasda X2 Protokol tərtib edən orqanlar nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, o, həkim Şahid telefonuna gələn xəstə zənglərinə cavab vermiş, fəaliyyətini sistemli şəkildə həyata keçirmiş, həmçinin ##.##.2025-ci il tarixdə onunla əmək müqaviləsi bağlandıqdan sonra da eyni funksiyaları yerinə yetirmiş, onun iş fəaliyyətində hər hansı dəyişiklik olmamış, əmək haqqı isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ödənilmişdir. Lakin bu hallar nə məhkəmə qərarında, nə də iclas protokolunda prokurorluğun nümayəndəsi tərəfindən verilən qeydlərə baxmayaraq öz əksini tapmamışdır. Halbuki, bu izahatlar iş üzrə mühüm sübut əhəmiyyətinə malikdir və onların nəzərə alınmaması prosessual pozuntu hesab olunmalıdır. Bundan başqa X2 ilə əmək müqaviləsinin yalnız 2025-ci ilin dekabr ayında bağlanması onun əvvəlki dövrdə əmək münasibətlərində olmadığını deyil, əksinə həmin münasibətlərin sonradan rəsmiləşdirildiyini göstərir, faktiki əmək münasibətlərinin olmasını təsdiq edir. Hüquqi təcrübədə bu cür hallar “faktiki əmək münasibətlərinin gizlədilməsi və sonradan rəsmiləşdirilməsi” kimi qiymətləndirilir. Eyni zamanda iş materiallarından görünür ki, klinikaya daxil olan ödənişlərdən biri (Aynurə Süleymanova tərəfindən edilən ödəniş) X2 tərəfindən qəbul edilərək klinikanın xəzinəsinə ötürülmüşdür. Aynurə Süleymanovanın əməliyyat üçün ödədiyi pul vəsaitinin Məmmədova Vüsalə tərəfindən qəbul edilərək klinikanın kassasına ödənilməsi faktı onun klinikanın fəaliyyətinə birbaşa cəlb olunduğunu göstərir. “Şəxsi köməkçi” kimi təqdim olunan şəxsin klinikada pul qəbul etməsi, maliyyə əməliyyatlarında iştirak etməsi obyektiv olaraq mümkün deyil və bu hal onun məhz klinikanın maraqlarına xidmət etdiyini sübut edir. Yasamal Rayon Məhkəməsinin qərarında “əmək funksiyalarının müəyyən edilməməsi” barədə nəticəsi iş materiallarına ziddir. Belə ki, Vüsalə Məmmədovanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə arasında bağlanan əmək müqaviləsində həmin vəzifəyə aid funksiyalar müəyyən olunmuş, faktiki yerinə yetirilən işlər həmin funksiyalarla üst-üstə düşmüşdür. Eyni zamanda məhkəmə öz qərarında həkim “assistenti”ni əsassız olaraq yalnız tibbi təhsilli şəxs kimi qiymətləndirərək Vüsalə Məmmədovanı pasiyentlərlə hər hansı tibbi təmasda olması, tibbi proseduralarda iştirakı və ya tibbi qərarların icrasında rolunun müəyyən edilməməsini bildirmişdir. Lakin iş materiallarından görünür ki, Vüsalə Məmmədova istənilən halda tibbi müdaxilə xarakterli deyil, əsasən texniki və təşkilati işləri yerinə yetirmiş, o cümlədən həkimin iş telefonuna daxil olan zənglərə cavab vermiş, xəstələrin yönləndirilməsi və kommunikasiya prosesində iştirak etmişdir. Bu səbəbdən Vüsalə Məmmədovanın tibbi təhsilə malik olmaması onunla “həkim köməkçisi” və ya analoji vəzifə üzrə əmək müqaviləsinin bağlanmasına maneə təşkil etmir. Ona görə ki, iş materialları ilə də təsdiq olunur ki, V.Məmmədova ilə hüquqi şəxsin arasında “həkim köməkçisi” vəzifəsi üzrə əmək müqaviləsi bağlanmış və o, faktiki olaraq həmin vəzifəyə aid olan texniki xarakterli funksiyaları icra etmişdir. Bu baxımdan məhkəmənin gəldiyi nəticə düzgün hüquqi və faktiki qiymətləndirməyə əsaslanmamışdır. Bundan əlavə ##.##.2026-ci il tarixdə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə yanaşı, hüquqi şəxsin direktoru X5 barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş və əmək münasibətləri sahəsində işəgötürənlərlə işçilər arasındakı münasibətlərin tənzimlənməsi (müqavilənin bağlanması, dəyişdirilməsi, xitamı və s.) ilə bağlı ixtisaslaşdırılmış qurum olan Nazirliyin yanında X7 Xidməti tərəfindən Bəxtiyar Babazadənin barəsində İXM-in 192.1-ci maddəsinə əsasən ##.##.2026-ci il tarixli, MN ******* saylı qərarla vəzifəli şəxs qismində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, X7 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Lakin eyni faktiki hallar üzrə məhkəmə hüquqi şəxs barəsində inzibati xəta tərkibinin mövcud olmaması qənaətinə gələrək icraata xitam verməsi inzibati orqanın müəyyən etdiyi pozuntu faktı ilə məhkəmənin hüquqi qiymətləndirməsi arasında zidiyyətin yaranmasına və obyektivlik prinsipinin pozulmasına gətirir, eyni zamanda qəbul edilmiş qərarın əsaslılığını şübhə altına alır. Beləliklə, iş materiallarının məcmu təhlili göstərir ki, X2 faktiki fəaliyyəti birbaşa klinikanın fəaliyyətinin təşkili və maraqlarının təmin olunmasına yönəlmişdir. Belə ki, o, həkimin xəstələrdən daxil olan zənglərinə cavab vermiş, pasiyentlərin yönləndirilməsini həyata keçirmiş, eləcə də klinikaya daxil olan ödənişlərin qəbul edilərək kassaya ötürülməsində iştirak etmişdir. Eyni zamanda onunla əmək müqaviləsinin bağlanması və müqavilə bağlandıqdan sonra da eyni xarakterli funksiyaları yerinə yetirməsi göstərir ki, həmin fəaliyyət təsadüfi və ya şəxsi xarakter daşımamış, klinikanın daxili iş prosesinin ayrılmaz hissəsi olmuşdur. Bu səbəbdən onun fəaliyyəti obyektiv olaraq hüquqi şəxsin, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin maraqlarına xidmət edən sistemli əmək fəaliyyəti kimi qiymətləndirilməlidir. Göründüyü kimi, məhkəmə inzibati xəta haqqında işə baxan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, iş üçün əhəmiyyətli olan halları sübuta yetirmədən, inzibati məsuliyyəti müəyyən edən qanunun normasını düzgün tətbiq etmədən əsassız olaraq iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi Nümayəndə apellyasiya protestini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X4 apellyasiya protestinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş apellyasiya protesti üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə mübahisəli məsələ ilə bağlı işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisəli məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad etməklə, işin müəyyən olunmuş həqiqi hallarına uyğun əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı tərəflərin nümayəndələrinin izahatı dinlənilmiş, şahid dindirilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sənədləri və məlumatları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə, işin müəyyən olunmuş həqiqi hallarına və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Bununla belə apellyasiya protestinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bir sıra hallara diqqət yetirilməklə öz münasibətini bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyasına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunverici burada inzibati xəta tərkibinin yaranması üçün əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsindən ibarət aktiv hərəkətlərin törədilməsini nəzərdə tutur və bu məsuliyyəti istənilən fiziki, vəzifəli və hüquqi şəxsin üzərinə deyil, məhz işə götürənin üzərinə qoyur. Qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində aşağıdakı şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törətdikləri inzibati xətalara görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini nəzərdə tutmuşdur: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Lakin göründüyü kimi istənilən vəzifəli şəxsin törətdiyi inzibati xəta hüquqi şəxsin də inzibati xətaya görə məsuliyyətə cəlb edilməsi ilə nəticələnə bilməz, burada həlledici amil şəxsin İnzibati Xətalar Məcəlləsinin 18.2.1-18.2.4-cü maddələrlə müəyyən edilmiş kriteriyalara cavab verməsi olmuşdur. Apellyasiya instansiya məhkəməsində dindirilən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də həkim işləyən Şahid bildirmişdir ki, X2 15 ilə yaxındır ki, tanıyır və onunla rəfiqədirlər. Vüsalə Məmmədova onun övladlarının baxçaya və məktəbə aparılması, ev işləri ilə bağlı ona köməklik etmiş, həmçinin işinin çox olması və ya tibb əməliyyatlarında olarkən zənglərə cavab verə bilmədiyindən Vüsalə Məmmədova zənglərə və ismarışlara cavab vermiş, bu kimi digər işlərdə ona köməklik göstərmişdir. Digər klinikalarada da fəaliyyət göstərdiyindən həmin klinikalara getdikdə belə Vüsalə Məmmədova onu müşayiət etmişdir. İşin faktiki hallarından da görünür ki, X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də həkim kimi fəaliyyət göstərib vəzifə daşısa da o, hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs olmamışdır. Həkim Şahid tərəfindən şəxsi köməkçi kimi cəlb edilmiş Vüsalə Məmmədova müstəsna olaraq Gunay Əhmədovanın xeyrinə qeyri-tibbi işlərin görülməsi, ona evində və işində köməklik göstərilməsi (telefonlarına cavab verilməsi, ismarışlar yazılması və s.) klinikanın xeyrinə görülən işlər kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi o halda yarana bilərdi ki, Vüsalə Məmmədova işə götürməyə səlahiyyəti olan və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinin tələblərinə cavab verən vəzifəli şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bütövlükdə tibb müəssisəsinin və bütün həkimlərin yararlana biləcək işlərinə (reqistraturada sənədlərlə və zənglərlə bağlı işlərə cəlb olunması, yeməkxana, maddi-texniki təminat və s. işlərlə məşğul olması) cəlb edilmiş olardı, o, iş vaxtına və ya tibb müəssisəsi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq digər işçilər kimi işə gedib-gələrdi və ona verilən qeyri-rəsmi məvacib, görülən işlərə görə aylıq pul məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin adından və onun büdcəsindən verilmiş olardı. Hazırki iş üzrə görünən mənzərə isə tam fərqlidir. Vüsalə Məmmədova iş vaxtına və ya tibb müəssisəsi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq digər işçilər kimi işə gedibgəlməmiş və onun tibb müəssisəsinə gəlməsi həkim Şahid işə gəlməsi ilə əlagəli olmuşdur. Vüsalə Məmmədova bütöv tibb müəssisəsinin xeyrinə deyil məhz həkim Vüsalə Məmmədovanın şəxsi işlərinə, o cümlədən telefon zənglərinə cavab verilməsi kimi işlərinə cəlb edilmişdir. Bundan başqa, tibb müəssisinin işə götürməyə səlahiyyəti olan və ya tibb müəssisəsini büdcəsindən Vüsalə Məmmədova qeyri-rəsmi əməkhaqqı, aylıq pul təminatının verilməsi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, sübut etmə yükü inzibati xətanın baş verməsini iddia edən səlahiyyətli orqanın üzərinə düşdüyündən inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutların toplanılması və məhkəməyə protokol ilə təqdim etmək vəzifəsi də səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə onu da diqqətdən qaçıra bilmir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi əmək hüquqlarının qorunmasına yönəlmiş bir maddə olmaqla insan və vətəndaşın hüquq və azadlıqları əleyhinə olan inzibati xətalar fəslinə aiddir. Hüquqlarının pozulması ehtimal edilən Vüsalə Məmmədovanın əmək hüquqlarının pozulması ilə bağlı şəxsən hər hansı bir şikayəti olmamış və bu hal müstəsna olaraq prokurorluğun həkim Şahid həkimlik fəaliyyəti ilə əlaqədar düzgün əməliyyat icra edilməməsi ilə bağlı aparılan cinayət təqibi üzrə müəyyən edilmiş, həkim Şahid barəsində cinayət işinin başlanılması rədd edildikdən sonra onun fəaliyyət göstərdiyi klinika barəsində inzibati xətanın törədilməsinə dair icraat başlanılmışdır. Bütövlükdə şərh edilən xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. İnzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati xəta haqqında icraat başlanılması haqqında qərar kifayət qədər əsaslandırılmamış, məhkəmədə tədqiq edilmiş sənədlərlə və yoxlanılmış məlumatlarla müqayisədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Apellyasiya protestinin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, sadalanan qanunların tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, verilmiş protest təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Yasamal rayon prokuroru vəzifəsini icra edən, R Ramin Şirəliyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1254/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1254/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver