Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1255/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclas katibi X2, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs Həsənağa qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ** saylı şəhər poliklinikasının baş həkimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qızının iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından icra sənədi üzrə tələbkarlar Zərərçəkmiş şəxs Həsənağa qızı və Baqvanov Tamerlan İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** saylı icra sənədinin icrası ilə bağlı borclu ** saylı şəhər poliklinikasının baş həkimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *- *(***)-***/**** saylı icra sənədinə əsasən iddiaçılar Zərərçəkmiş şəxs və Baqvanov Tamerlan İsmayıl oğlu barəsində 88 formalı göndərişin verilməsi öhdəliyi cavabdeh ** saylı şəhər poliklinikasının üzərinə qoyulmuşdur. Bununla da ** saylı şəhər poliklinikasının baş həkimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokola əlavədən görünür ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən iddiaçılar Zərərçəkmiş şəxs və Baqvanov Tamerlan İsmayıl oğlu barəsində 88 formalı göndərişin verilməsi öhdəliyi cavabdeh ** saylı Şəhər Poliklinikasının üzərinə qoyulmalıdır. Qeyd olunan icra sənədinin icrasına ##.##.2023-cü il tarixli qərarla başlanılmış və icra olunması üçün borclu quruma müraciət olunmuşdur. Bununla bağlı cavabdeh tərəfindən ##.##.2023cü il tarixli məktubla şöbəyə müraciət olunmuş və iş üzrə tələbkar Ş.Boqvanovanın müəyyən tibbi sənədləri təqdim etmədiyini və poliklinikaya yaxınlaşmaqdan imtina etməsi səbəbi ilə icra sənədinin tələbinin təmin olunmasının mümkün olmadığı qeyd olunmuşdur. Bundan sonra ** nömrəli Şəhər Poliklinikasının baş həkimi icra şöbəsinə ##.##.2024-cü il tarixli məktubla müraciət edərək poliklinikada olan mövcud sənədlər əsasında Forma 088 tərtib ediləcəyini bildirmişdir. Lakin müəyyən olunmuşdur ki, tərtib olunmuş Forma 088 tibb müəssəsinə geri qaytarılmışdır. Bununla bağlı tərəfimdən ##.##.2024-cü il tarixdə ** nömrəli Şəhər Poliklinikasında baş həkim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə görüş keçirilmiş və bildirilmişdir ki, iş üzrə tələbkarın müəyyən tibbi sənədləri təqdim etməkdən və müayinə keçməkdən imtina etməsi səbəbi ilə Forma 088-in düzgün doldurulması mümkün olmamışdır. Bundan sonra ##.##.2024-cü il tarixli məktubla iş üzrə tələbkara müraciət olunaraq tələb olunan sənədləri təqdim edilməsi xahiş olunmuşdur. Daha sonra icra sənədinin icrası ilə bağlı ##.##.2024-cü il tarixdə icra məmurunun, iş üzrə tələbkarın və həkim məsləhət komissiyasının üzvlərinin iştrakı ilə ** saylı Poliklinikada görüş keçirilmişdir. Görüş zamanı bildirilmişdir ki, poliklinikada mövcud olan tibbi sənədlər əsasında Forma 088 doldurularaq aidiyyəti üzrə göndərilmiş, lakin natamam doldurulması səbəbi ilə geri qaytarılmışdır. Buna səbəb tələbkar Ş.Boqvanovanın tələb olunan tibbi sənədləri təqdim etməməsidir. Görüş zamanı ona izah olunmuşdur ki, qanun ilə müəyyən olunmuş qaydalara əsasən stasionar müalicə almalı, tibbi rəylər, epikrezlər təqdim etməlidir. Əks təqdirdə Forma 088 doldurulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, *** saylı qərarına uyğun olmayacaq. Bütün bunlara baxmayaraq iş üzrə tələbkar tələb olunan sənədləri təqdim etmədən Forma 088 tərtib edilməsini israrla tələb etdi. Bundan sonra iş üzrə borclu tərəfindən Forma 088 tərtib olunaraq aidiyyəti üzrə göndərilməsini nəzərə alaraq iş üzrə icraata ##.##.2024-cü il tarixli qərar ilə xitam verilmişdir. Bununla bağlı iş üzrə tələbkar ilə əlaqə saxlanılmış, icraata xitam verilməsi barədə məlumat verilmişdir. Sözügedən qərardan iş üzrə tələbkarlar şikayət vermiş və Bakı İnzibati Məhkəməsinin ##.##.2025ci il tarixli, *-*(***)-**/**** saylı qərardadına əsasən şikayət təmin olunaraq, icra məmurunun ##.##.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilmiş və icra vərəqəsi icraatın davam etdirilməsi üçün icra şöbəsinə qaytarılmışdır. Sözügedən icra sənədi ##.##.2025-ci il tarixdə təkrarən icraata qəbul olunmuşdur. Bununla bağlı borclu quruma müraciət olunmuş və alınmış ##.##.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Xəstə, forma 088 yazmaq üçün tələb olunan tibbi sənədləri təqdim etməkdən imtina etsə də, Məhkəmənin qərarına əsasən 2022-ci ilin tibbi sənədləri ilə ##.##.2024-cü il tarixində Forma 088 yazılaraq Tibbi Sosial Ekspert Komissiyasına göndərilib. TSEK-nın imtinası: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan və lillik təyinatına əsas verən ağırlaşmalar dəqiqləşdirilsin, ətraflı qeyd olunsun. Qeyd olunan diaqnoz və ağırlaşmalar əlillik təyin vermir. Natamam doldurmanın səbəbi 2024-cü ilin tibbi sənədləri təqdim etməməsi. Xəstə, forma 088 yazmaq üçün tələb olunan tibbi sənədləri təqdim etməkdən imtina etsə də,Məhkəmənin qərarına əsasən 2022-ci ilin tibbi sənədləri ilə ##.##.2024-cü il tarixində Forma 088 yazılaraq Tibbi Sosial Ekspert Komissiyasına göndərilib. TSEKnın imtinası: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan və lillik təyinatına əsas verən ağırlaşmalar dəqiqləşdirilsin, ətraflı qeyd olunsun. Qeyd olunan diaqnoz və ağırlaşmalar əlillik təyin vermir. Natamam doldurmanın səbəbi 2024-cü ilin tibbi sənədləri təqdim etməməsi. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ilə Bakı şəhəri Yasamal rayonu ** saylı şəhər poliklinikasının baş həkimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan icra sənədi üzrə tələbkarlar Zərərçəkmiş şəxs Həsənağa qızı və Baqvanov Tamerlan İsmayıl oğlu apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və ** saylı şəhər poliklinikasının baş həkimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ** saylı şəhər poliklinikasının Baqvanov Tamerlan üçün * saylı poliklinikanın HMK-sı tərəfindən məhkəməyə heç bir imtina məktubu təqdim etməməyinə baxmayaraq hakim qərar qəbul edərkən bunu nəzərə almamışdır. Baş həkim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əsassız bəhanələrinin sübutu kimi ##.##.2024-cü il tarixində ** saylı poliklinika tərəfindən həm Zərərçəkmiş şəxs, həm Baqvanov Tamerlanla bağlı 88 formalı göndərişin verilməsi Tibbi Sosial Ekspert Komissiyasının qərarında da qeyd edildiyi kimi natamam doldurulduğu üçün geri qaytarılmışdır. Həmin göndərişdə hər ikisinə aid olan forma 88-də xəstəliyin ağırlıq dərəcəsi qrafasında orta-ağır göstərildiyi halda, xəstəliyin gedişi ilə bağlı qrafalarda düzgün olmayaraq yüngül, orta və ağırlaşmalarsız kimi qeyd edilmişdir. Zərərçəkmiş şəxs aid bəzi əsas və yanaşı xəstəliklər forma 88-də demək olar ki, heç qeyd edilməmişdir. Ürək qan damar sitemi hipertenziya 2-ci dərəcə qeyd edilməmişdir. Qan təzyiqi 160-2022 arası, bəzən daha yuxarı olduğu halda 130/190 göstərilmişdir. Halbuki, qan təzyiqi 140/190-dan yuxarı olduqda 2-ci dərəcəli hipertenziya sayılır. Bu diaqnoz şəkər və başqa xəstəliklərin fəsadları nəticəsində əmələ gəlir. Nevroloji xəstəliklər, karpal tunel sindromu, ürək-qan damar sistemi xəstəlikləri ilə əlaqədar kordiologiya institutunda olan müayinə və müalicələr, diabet xəstəliyinin fəsadları nəticəsində sinir sisteminin zədələnməsi və bunun da nəticəsində baş verən ağrılar, qalxanvarı vəzi, zəhərli zob, qamonal pozqunluqlar, neyroxirurgiya xəstəxanasında olan müayinə və müalicələr, spinal kanalın sirkulyar daralması diqanozları qeyd edilməyib. Fəsadların olduğu halda fəsadlaşmalar qeyd edilməyib. Şəkər xəstəliyinin nəticəsində polineyropatiya-sinir sisteminin pozulması, çoxsaylı periferik sinirlərin zədələnməsi və polinevropatiya nəticəsində ayaqlarda, əllərdə hissiyatın pozulması da qeyd edilməyib. Bütün bu xəstəliklərlə yanaşı xəstəliklər qrafasında da qeyd edilməyib. Sümük-əzələ sistemi ilə bağlı ciddi hərəkət pozgunluqu,sümük əriməsi, ayaqlarda gücsüzlük və s. olduğu halda, hərəkətlər düzgün olmayaraq nisbətən məhdud qeyd edilmişdir. EXO və EXQ müayinələri qeyd edilməyib. Analiz müayinələri tam və düzgün qeyd edilməyib. Tamerlan Baqvanova aid forma 88 -də əsas xəstəliklərindən olan anadangəlmə postravmatik ensafalapatiya və anadan gəlmə hər iki gözdə assiqmatizm diaqnozları qeyd edilməyib.Postravmatik ensafalapatiya yanaşı xəstəlik kimi göstərilib . Ürək qan-damar sistemi ilə bağlı miokardiodistrafiya diaqnozu qeyd edilməyib.Analiz müayinələri çox aşağı göstərilib. Hədəf orqanların ağırlaşmaları orta ağır olduğu halda yüngül və agırlaşmalarsız göstərilmişdir. Həzm sistemi, damar tıxanıqlığı, polineyropatıya, polinevropatiya, nevropoji kabinetdə qeydiyyatda olması, əl əsmələri, ayaq və əl ağrıları, qara ciyər, mədə və mədəaltı vəzi xəstəliləri qeyd edilməmişdir. Baqvanov Tamerlanın ## ### 2025-ci il tarixində açıq ürək əməliyyatı keçirməsi ilə bağlı məhkəməyə şəxsən təqdim etdiyimiz epiqrizin, müxtəlif xəstəxanalardan verilən ambulator və stasionar diaqnozların, Səhiyyə Nazirliyinin tabeliyində olan Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin PHŞ-nın T **/**** saylı ekspert rəylərində hər ikimizlə bağlı göstərilən diaqnozların Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarında da öz əksini tapmasına baxmayaraq ** saylı poliklinikanın baş həkiminin bizim diaqnozların dəqiqləşdirilməmiş kimi göstərməsinin sübutu olaraq Yasamal R%ayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarında da dəqiqləşdirilməmiş kimi bəyan etməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetininnll nömrəli ## ###### 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2 bəndinin tələbinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədi ilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi -Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları-(TSEK) tərəfindən həyata keçirilir. Başqa sözlə əlilliyin qiymətləndirilməsi tibbi-sosial ekspert komissiyalarının müstəsna səlahiyyətinə aiddir yəni, poliklinikanın Həkim Məsləhət Komissiyasının səlahiyyətinə aid deyildir. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ### 2023-cü il tarixli, *-*(***)-***/**** saylı qərarının icra olunmasına hər hansı bir “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Publik hüquqi şəxsin tabeliyində olan və məhkəmə qərarında nə cavabdeh, nə də 3-cü tərəf qismində tanınmayan * saylı poliklinikanın Həkim Məsləhət Komissiyasının 88 formalı göndərişin verilməsinə imtina aktı (xəstəlik kodlarının belə düzgün qeyd edilmədiyi) əsas kimi qəbul edilə bilməz. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs Həsənağa qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər zərərçəkmiş şəxs, həmçinin icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iclasda iştirak edən şəxsləri dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X1 izahatında bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs və Baqvanov Tamerlan İsmayıl oğlu barəsində 88 formalı göndərişin verilməsi öhdəliyi cavabdeh ** saylı Şəhər Poliklinikasının üzərinə qoyulmuşdur. İcra sənədi üzrə icraata ##.##.2023-cü il tarixdə başlanılmış və cavabdehə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Hazırda cavabdeh icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. O hazırda baxılan protokolu tərtib etmişdir, ondan ötrü ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qətnaməni icra etmir. Göstərilənlərə əsasən cavabdeh ** saylı şəhər poliklinikasının baş həkimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ** saylı şəhər poliklinikasının baş həkimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, əlilliyin təyin olunması məqsədi ilə müraciət edən vətəndaşların sənədləri mərhələli şəkildə qiymətləndirilir. Vətəndaş tərəfindən ilkin olaraq ixtisaslaşmış tibb müəssisəsindən təqdim edilən epikrizlər, həkim rəylərinə müvafiq instrumental-laborator müayinələrin nəticələri əsasında ** nömrəli Şəhər Poliklinikanın Həkim məsləhət komissiyası tərəfindən ətraflı araşdırılır. Təqdim olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı əmrinə uyğun meyarlara cavab verdiyi halda, vətəndaş Yasamal Rayonu üzrə Mərkəzləşdirilmiş HMK kimi fəaliyyət göstərən * saylı Şəhər Poliklinikasına yönləndirilir. * saylı ŞP-sı tərəfindən sənədlərə baxış keçirilir və xəstənin bilavasitə müayinəsindən sonra “Forma 088” tərtib edilərək TSEK-na əlilliyin qiymətləndirilməsi məqsədilə göndərilir. Zərərçəkmiş şəxs və Baqvanov Tamerlan İsmayıl oğlu tələb olunan əlavə müayinələr və stasionar müalicənin vacibliyinin bildirilməsinə baxmayaraq xəstə həkim müayinələrdən keçməkdən yazılı ərizə ilə imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarına əsasən iddiaçılar Zərərçəkmiş şəxs və Baqvanov Tamerlan İsmayıl oğlu tələbi təmin edilərək “Forma 088” göndərişinin hazırlanmasına dair qərar verilmişdir. Həmin qərara əsasən sənədlər natamam olmasına baxmayaraq, poliklinika tərəfindən pasiyentin sənədləri * nömrəli Şəhər Poliklinikasına (Mərkəzləşmiş HMK) yönləndirilib və forma 088 tərtib olunub. Lakin təqdim olunmuş sənədlər natamam doldurulduğuna görə TSEK tərəfindən imtina cavabı gəlmişdir. Bundan əlavə xəstə Baqvanov Tamerlan İsmayıl oğlu dəfələrlə poliklinikaya dəvət olunsa da müarciət etməmiş və müayinələrdən keçməmişdir. ##.##.2026-cı il tarixində həkim endokrinoloq tərəfindən telefon əlaqəsi saxlanılmışdır və Forma 088-in yenidən TSEK-a göndərilməsi üçün poliklinikaya dəvət olunmuşdur. Lakin xəstə tələb olunan müayinələrdən keçməkdən yenidən imtina etmişdir. ##.##.2026-cı il tarixində * nömrəli Şəhər Poliklinikasının HMK-sı tərəfindən aparılan təkrar qiymətləndirmə zamanı müəyyən edilmişdir ki, qeyd olunan diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il 187 və *** nömrəli qərarları ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında” nəzərdə tutulan tibbi göstəricilər siayhısına uyğun gəlmir. Bu səbəbdən Forma 088 doldurulmasından imtina edilmişdir. Göstərilənlərin nəzərə alınaraq hərəkətlərində inzibati xəta tərkibinin olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində tələbkar Zərərçəkmiş şəxs izahatında Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** saylı icra vərəqəsini tam şəkildə icra olunmasını tələb etdiyini bildirmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi öz qərarında 88 formalı göndərişin verilməsi öhdəliyi cavabdeh ** saylı Şəhər Poliklinikasının üzərinə qoymuş və stasionar formada müalicə ilə bağlı hər hansı bir məsələ qeyd edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli icra vərəqəsindən görünür ki, iddiaçılar Zərərçəkmiş şəxs və Baqvanov Tamerlan İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ləğv edilmişdir. İddia tələbi təmin edilmişdir. İddiaçılar Zərərçəkmiş şəxs və Baqvanov Tamerlan İsmayıl oğlu barəsində 88 formalı göndərişin verilməsi öhdəliyi cavabdeh ** saylı Şəhər Poliklinikasının üzərinə qoyulmuşdur. İcra sənədi üzrə icraata ## ###### 2023-cü il tarixdə başlanılmış və həmin tarixdə borclu ** saylı şəhər poliklinikasının baş həkimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası haqqında bildirişin təqdim edilərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Bakı Şəhəri Yasamal rayonu ** nömrəli şəhər poliklinikasının ##.##.2024-cü il tarixli aktından görünür ki, 2019-cu ildən təxminən 5-6 il ərzində Baqvanova Tamerlan İsmayıl oğlu poliklinikaya dəvət etsək də gəlmir və tələb olunan müayinələrdən imtina edir. Anası Zərərçəkmiş şəxs əlilllik yazılmasını tələb etsə də tələb olunan müayinələri keçməkdən və stasionar müalicədən imtina edir. Bakı Şəhəri Yasamal rayonu ** nömrəli şəhər poliklinikasının ##.##.2023-cü il tarixli aktından görünür ki, Zərərçəkmiş şəxs dəfələrlə müayinələrdən keçməsindən imtina edir və stasionar müalicə olmadan əlillik yazılmasını tələb edir. Bakı Şəhəri * nömrəli poliklinikanın ##.##.2026-cı il tarixli Həkim Məsləhət Komissiyası X13 X10 İmtina Aktından görünür ki, Yasamal rayonunda yerləşən M.Hüseynov adına * nömrəli Şəhər Poliklinikası nəzdində fəaliyyət göstərən Həkim Məsləhət Komissiyası (Mərkəzləşdirilmiş HMK-sı) üzvləri tərəfindən akt tərtib edilir və imzalarla təsdiqlənir ondan ötrü ki, ##.##.2026-ci il tarixdə saat 14.00-də Mərkəzləşdirilmiş HMK-sının növbəti iclasında ** nömrəli Şəhər Poliklinikası HMK üzvü və həkim-endokrinoloq tərəfindən növbəti təkrər əlilliyin təyini üçün xəstə təqdim olundu. İclas zamanı, ** nömrəli Şəhər Poliklinikası HMK-nin xəstəsi Zərərçəkmiş şəxs barəsində tərtib etdiyi "Forma 088" sənədində qeyd edilən diaqnozun "Əsas: E11.8lnsulindən asılı olmayan şəkərli diabet tip2, dəqiqləşdirilməmiş ağırlaşmalarla. Ağırlaşma: G63.2- Diabetik polineyropatiya. R33- Diabetik sidik kisəsi, sidik ləngiməsi. İ79.2 Diabetik angiopatiya. Yanaşı: M42- Bel osteoxondrozu. M48.0- L1-S1 səviyyəsində spinal stenoz. M51.1-Bel fəqərəarası disklərin (L4-L5 və L5-S1 f/a disklərin yırtığı) radikulopatiya ilə zədələnməsi. R45-Emosional labil pozuntu. F45.2- Ipoxondrik pozuntu. H25-Başlangıc katarakta. İ11- Hipertoniya xəstəliyi II mərhələ.İ79.2 Diabetik angiopatiya” diaqnozlarının olması dinlənildi. Bununla bağlı xəstənin müvafiq tibbi sənədlərinə və yazılan "Forma 088" sənədinə baxış keçirildi. Xəstə Zərərçəkmiş şəxs tibbi sənədlərinə baxış zamanı ##.##.2015-ci il tarixdə Respublika Endokrinoloji Mərkəzində “E11.8- Insulindən asılı olmayan şəkərli diabet tip2, dəqiqləşdirilməmiş ağırlaşmalarla" diaqnozu ilə; ##.##.2020-ci il tarixdə X7 və Ortopediya Inistutunda “M51.1- Bel fəqərəarası disklərin (L4-L5 və L5-S1 f/a disklərin yırtığı) radikulopatiya ilə zədələnməsi” diaqnozu ilə; ##.##.2019-cu il tarixdə və ##.##.2021-ci il tarixdə Respublika Kliniki Xəstəxanasinda “E11.8- Insulindən asılı olmayan şəkərli diabet tip2, ağırlaşmalarsız” diaqnozu ilə ambulator müayinədə, ##.##.2021-##.##.2021-ci il tarixədək Respublika Neyrocərrahiyə Xəstəxanasinda “M42-Bel osteoxondrozu” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Xəstənin tibbi sənədlərinə baxış zamanı məlum olmuşdurki, o 2015-ci il tarixindən əsas xəstəliyi : E11.8- Insulindən asılı olmayan şəkərli diabet tip2, dəqiqləşdirilməmiş ağırlaşmalarla diaqnozu ilə xəstədir,lakin bu diaqnozla 10 il ərzində 2026-ci ilə qədər heç bir stasionar müalicəsi olmamışdır. Hal-hazirda E11.8-lnsulindən asılı olmayan şəkərli diabet tip2, dəqiqləşdirilməmiş ağırlaşmalarla .aparilan qan analizində qlükoza(aclıq) 10.07,Qlikohemoqlobin (Hb A 1C)-6.5. Ağırlaşma kimi qeyd edilən G63.2- Diabetik polineyropatiya diaqnozu ilə Tibbi rəy yoxdur, lakin Kompüter EMQ müayinəsi təsdiq edir. Xəstə Şəkərli diabetin tip 2 digər agirlaşmaları olan diaqnozlar İ79.2 Diabetik angiopatiya.Doppler USM aşağı ətraflar aparilmişdir Nəticə Sag aşağı ətraflarda stenoz 19-30% qədər qeyd edilmişdir. R33- Diabetik sidik kisəsi, sidik ləngiməsi.Uroloji USM Nəticə Böyrəklərdə duz kristarlar qeyd edilmişdir,Sidik ümumi analizi aparilmişdir müayinələr aparilmişdir, lakin tibbi rəy yoxdur.Yanaşı diaqnozlarlar : M42- Bel osteoxondrozu. M48.0- L1-S1 səviyyəsində spinal stenoz. M51.1- Bel fəqərəarası disklərin (L4-L5 və L5-S1 f/a disklərin yırtığı) radikulopatiya ilə zədələnməsi. R45- Emosional labil pozuntu. F45.2- Ipoxondrik pozuntu. H25- Başlangıc katarakta.Tibbi rəylər yoxdur. Yuxari qeyd olulanlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli 187 və *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında” qeyd olunmuş tibbi göstərişlər siyahısında olmadığı müəyyən edilmişdir və “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarına əsasən Zərərçəkmiş şəxs əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. Vətəndaşa ixtisaslaşmış müayinə və müalicə məsləhət görülmüşdür. Bakı şəhəri üzrə TSEK-a göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısına əsasən Yasamal rayonu üzrə M.Hüseynov adına * nömrəli Şəhər Poliklinikası və ** nömrəli Uşaq Poliklinikası müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ** saylı şəhər poliklinikasının baş həkimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, mövcud qaydalara əsasən göndərişin forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2021-ci il tarixli ** nömrəli, Həkim Məsləhət Komissiyası X13 X10 imtina aktının verilməsinə dair forması müəyyən edilmişdir. "Forma-88" yüklənilməsi üçün əsaslar olmalıdır. Bu məsələ də Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi barədə Nazirlər Kabinetinin 2020-ci il tarixli, ** nömrəli qərarı ilə tənzimlənir. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır:
1. şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması.
2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu xəstəliklərdə 6 ay və ya son 12 ay müddət gözlənilmədən verilir).
3. əlillik müddətinin bitməsindən sonra şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması və şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması bu qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi.
4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi.
5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Bakı şəhər Yasamal rayon ** saylı şəhər poliklinikasının baş həkimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində protokol tərtib edilmişdir ondan ötrü ki, o Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** saylı icra sənədini üzürsüz səbəbdən icra etmir. Bakı şəhəri üzrə TSEK-a göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısına əsasən Yasamal rayonu üzrə “Forma 88” M.Hüseynov adına * nömrəli Şəhər Poliklinikası və ** nömrəli Uşaq Poliklinikası tərədinən verilə bilər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ** saylı şəhər poliklinikasının baş həkimidir. Zərərçəkmiş şəxs və Baqvanov Tamerlan İsmayıl oğluna 88 formalı göndəriş Yasarmal rayonu üzrə M.Hüseynov adına * nömrəli Şəhər Poliklinikası və ** nömrəli Uşaq Poliklinikasına verilə bilər.Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Yasamal rayonu üzrə TSEK-a göndəriş vermək hüququ olan M.Hüseynov adına * nömrəli Şəhər Poliklinikasına müraciət etmiş lakin bundan imtina edilmişdir. Bakı Şəhəri Yasamal rayonu ** nömrəli şəhər poliklinikasının aktından görünür ki, Zərərçəkmiş şəxs və Baqvanov Tamerlan İsmayıl oğlu dəfələrlə müayinələrdən keçməkdən imtina edir və stasionar müalicə olmadan əlillik yazılamasını tələb edir. Bütün qeyd edilənlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ** saylı şəhər poliklinikasının baş həkimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Birinci instansiya məhkəməsi, borclu ** saylı şəhər poliklinikasının baş həkimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlmiş və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarı işin faktiki hallarına uyğun, qanuni və əsaslı olduğundan, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.