Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1257/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili nümayəndə2 (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 192.1-ci maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X3) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. X2 Xidmətinin hüquq idarəsi həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və səlahiyyətli orqanın tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, şahid3 səlahiyyətli orqana verdiyi müraciətində işlədiyi vaxt ayağını laqonda ilə kəsdiyini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən xəstəxanaya aparıldığını, xərclərinin ödənildiyini, ayağından əməliyyat olduqdan sonra şirkətin sürücüsünün onu yaşadı evə apardığını göstərmişdir. Əmək və Məşğulluq Altsisteminə baxış keçirilən zaman şahid3 ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, tərəflər arasında yaranan əmək münasibətlərinin rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. Bununla da, şahid3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, işəgötürən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən əmək münasibətlərinə cəlb edildiyi sübut olunmuşdur. Beləliklə, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmiş inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən törədilməsi iş materialları ilə sübuta yetirilsə də, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün qiymətləndirilməmişdir. Buna görə də iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Apellyasiya məhkəməsi iclasında müdafiəçi şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə şikayətin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş üzrə səlahiyyətli orqan tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərmişdir ki, şahid3 ## #### 2025-ci il tarixdə işlərin görülməsi zamanı xəsarət alması barədə daxil olmuş məlumat əsasında aparılmış araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə1 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sənədlərə və izahatlara əsaslanaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən, haqlı olaraq ona əsaslanmışdır ki, şahid3 ilə faktiki əmək münasibətləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə deyil, “Coşqun İnşaat” MMC arasında yaranmışdır. Ona görə ki, ## #### 2025-ci il tarixli podrat müqaviləsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC sifarişçi qismində çıxış etmiş, faktiki tikinti-təmir işlərinin icrası podratçı kimi “Coşqun İnşaat” MMC-yə həvalə edilmişdir. Müqavilə şərtlərinə əsasən işlərin yerinə yetirilməsi, işçilərin cəlb olunması, eləcə də əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına görə məsuliyyət birbaşa podratçı “Coşqun İnşaat” MMC-nin üzərinə düşmüşdür. Belə olan halda, iş üzrə şahid3 xəsarət almasından ibarət olan hadisə ilə bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti yoxdur. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, səlahiyyətli orqanın verdiyi şikayət isə əsassızdır. Bu səbəbdən səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1257/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1257/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver