Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1258/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1, Müəyyən e t d i m: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Inizbati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətlə bağlı işin materiallarını araşdırıb hesab edirəm ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı nümayəndənin elektron kabineinə ## #### 2026-cı il tarixdə yerləşdirilsə də, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən apellyasiya şikayəti uzun müddət sonra, ## ##### 2026-cı il tarixdə tərtib edilərək göndərilmişdir. Göründüyü kimi, hazırki halda apellyasiya qaydasında verilmiş şikayət prosessual müddət başa çatandan sonra verilmiş, həmçinin müddətin bərpa olunması ilə bağlı məhkəməyə vəsatət də təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən, həmin şikayətə baxıla bilməz və bu halda material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə eyni zamanda izah edir ki, apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən keçiriblərsə, buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq qərara a l ı r a m: Qərardan şikayət verən orqan (şəxs) barəsində Inizbati Xətalar Məcəlləsinin 215.1ci maddəsi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-1258/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1258/2026
04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver