Məhkəmə qərarları › İş №3(3-6)-1261/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1261/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1261/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və nümayəndəsi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*- **)-***/**** saylı qərarından müdafiəçi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Qaradağ RPI-nin DYPŞ tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə, saat 11:49 radələrində ünvan 1 ünvanda "Hyundai Tucson minik" markalı ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğuna və eyni zamanda IXM-nin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1,333-1.1., 342.7, 343.1, 343-1.1 və 346.2-346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Qərardan şikayət verən orqan (şəxs), barəsində Bakı şəhəri Qaradağ RPI-nin DYPŞ tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli IXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.K.Mürsəlov) ## ##### 2026-cı il tarixli qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Qərardan, müdafiəçi Vəkil apellyasiya qaydasında şikayət verərək, Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri Qaradağ RPI-nin DYPŞ tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın və iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs), idarə etdiyi "Hyundai Tucson minik" markalı ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, ## #### 2026-cı il tarixdə, saat 11:49 radələrində ünvan 1 ünvanda yolayrıcını keçmə qaydalarını pozmamışdır. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) və nümayəndəsi Vəkil ayrı-ayrılıqda şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instaniyası məhkəməsi inzibati iş üzrə verilmiş şikayəti toplanmış iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməli, mübahisələndirilən Bakı şəhəri Qaradağ RPI-nin DYPŞ-nin ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı və inzibati iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv olunaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı saymır və aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını iş materialları ilə əlaqəli yoxlayaraq qeyd edir ki, məhkəmə tərəfindən işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayəti və mübahisə olunan yol hərəkəti qaydasına dair videogörüntü əlaqəli şəkildə təhlil olunarkən, işin həqiqi halları ilə müqayisədə, inzibati xəta hadisəsinin törədilməsi faktı müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə mövqeyini əsaslandırarkən qeyd etmişdir:“...Məhkəmə baxışı zamanı hadisənin görüntüsünü əks etdirən videogörüntüdən də aydın olur ki, Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Belə ki, videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, "Hyundai Tucson minik" markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Qazax yolunun Salyan şossesi adlanan hissəsində dairədən sola dönərək Lökbatan dairəsi istiqamətində hərəkət edərkən sağdan düzünə hərəkət edən ağ rəngli “Mitsubishi L-200” markalı avtomobilin hərəkətinə maneə törədərək həmin avtomobilin qəfil əyləcdən istifadə edərək sürətini azaltmasına səbəb olaraq yolayrıcını keçmə qaydalarını pozmuşdur...”. Halbuki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi "Hyundai Tucson minik" markalı ** MY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, ## #### 2026-cı il tarixdə saat 11:49 radələrində ünvan 1 ünvanda, yolayrıcını keçmə qaydalarını pozduğuna dair təqdim olunan videogörüntü təhlil olunarkən, "Hyundai Tucson minik" markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı-Qazax yolunun Salyan şossesi adlanan hissəsindəki dairədən sola dönərək Lökbatan dairəsi istiqamətində hərəkət edərkən, sağdan düzünə hərəkət edən ağ rəngli “Mitsubishi L-200” markalı avtomobilin hərəkətinə maneə törətməsi və həmin avtomobilin qəfil əyləcdən istifadə edərək sürətini azaltması faktı müşahidə olunmamışdır. Belə ki, videogörüntüdən aydın olur ki, “Hyundai Tucson minik” markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobil, Bakı-Qazax yolunun Salyan şossesi adlanan hissəsindəki dairədən sola dönərək Lökbatan dairəsi istiqamətində hərəkət edərkən, sağdan düzünə hərəkət edən ağ rəngli “Mitsubishi L-200” markalı avtomobil, əyləcədən istifadə nəticəsində sürətin azaldığını əks etdirən arxa stop işıqları işə düşmədən, hərəkətini davam etdirir, həmçinin “Hyundai Tucson minik” markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobil, Bakı-Qazax yolunun Salyan şossesi adlanan hissəsindəki dairədən sola dönərək Lökbatan dairəsi istiqamətində sol, “Mitsubishi L-200” markalı avtomobil isə orta zolaqla hərəkət edirdi. Daha bir mübahisəli məqam ondan ibarətdir ki, birinci və apellyasiya instansiyası məhkəməsinə verilmiş şikayətlərdə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törədilməsinə dair, Bakı şəhəri Qaradağ RPI-nin DYPŞ tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan qeyd olunan saat 11:49-da, idarə etdiyi "Hyundai Tucson minik" markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı-Qazax yolunun Salyan şossesi adlanan hissəsindəki dairədən sola dönərək Lökbatan dairəsi istiqamətində hərəkətdə olmadığı və həmin gün saat 9:00dan etibarən işdə olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Apellyasiya baxışının nəticlərinə əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmamış və məhkəmədə tədqiq edilmiş sübutlarla müqayisədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd olunan xüsusatlara və X3 tələbinə əsasən, Qərardan şikayət verən orqan (şəxs), idarə etdiyi "Hyundai Tucson minik" markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə, Bakı-Qazax yolunun Salyan şossesi adlanan hissəsindəki dairədən sola dönərək Lökbatan dairəsi istiqamətində hərəkət edərkən yolayrıcını keçmə qaydalarını pozmamış və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə inzibati məsuliyyətə əsassız olaraq cəlb olunaraq tənbeh edimişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci madəsinin tələbinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, apellyasiya instaniyası məhkəməsi, iş üzrə toplanmış icraat materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Apellyasiya şikayət təmin edilməli, inzibati iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərar ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ RPI-nin DYPŞ-nin ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53, 128, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya Instaniyası məhkəməsi QƏRARA A L D İ: Apellyasiya şikayət təmin edilsin. Inzibati iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərar ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ RPI-nin DYPŞ-nin ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar