Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1262/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Qaradağ Rayon İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi – həmin İdarənin əməkdaşı R X1 iştirakları ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 3(002)-2532/2025 qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Ələmov İbrahim Nazim oğlu üzrlü səbəb olmadan səlahiyyətli orqanın çağırışına gəlməməsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Ələmov İbrahim Nazim oğlu Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə verdiyi şikayətində həmin məhkəmə qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 3(002)-2532/2025 qərarı ilə (hakim X2) Ələmov İbrahim Nazim oğlunun verdiyi müvafiq şikayətin qismən təmin edilməsi, səlahiyyətli orqanın qəbul etdiyi, yuxarıda göstərilmiş qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraat materiallarının yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılması qərara alınmışdır. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və özünün qəbul etdiyi ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, 2022-ci ilin yanvar çağırışına hazırlıq zamanı çağırışçı Ələmov İbrahim Nazim oğlunun (bundan sonra - o) səlahiyyətli orqana təqdim etdiyi ## ###### 2021-ci il tarixli arayışa əsasən o, X3 Universitetinin bakalavr pilləsində əyani təhsil alır. Buna görə də rayon çağırış komissiyasının qərarı ilə ona ## ###### 2025-ci il tarixə qədər çağırışdan möhlət verilmişdir. O və valideynləri onun hər il təhsil alması barədə arayışın səlahiyyətli orqana təqdim edilməli və ali təhsilini bitirərsə, səlahiyyətli orqana gəlməli olmasına dair məlumatlandırılsalar da, o, səlahiyyətli orqana üzrlü səbəb olmadan 2025-ci ildə həmin təhsil müəssisəsində təhsil alması barədə arayışı təqdim etməmiş, həmin ilin IV rüb çağırış dövrü üzrə tibbi müayinə olunması və 2025-ci ilin oktyabr çağırışı üçün gəlməmişdir. Buna görə də səlahiyyətli orqan ## ####### 2025 və ## ###### 2025-ci il tarixlərdə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə onun təcili gətirilməsi barədə məktublar göndərmişdir. Buna görə də onun əməlində Azərbaycan Respublikası İXM-in 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti yaranmışdır. Göstərilənlərə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X1 həmin orqanın şikayətinin dəlillərinə uyğun izahat verib, onun təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq göstərmişdir ki, Ələmov İbrahim Nazim oğlunun səlahiyyətli orqana 2025-ci ildə ali təhsil aldığı müəssisədən bu barədə arayışı təqdim etməli, həmin ilin IV rüb çağırış dövrü üzrə tibbi müayinə olunması və 2025-ci ilin oktyabr çağırışı üçün gəlməli olduğu barədə özünə və valideynlərinə mobil telefon vasitəsilə deyilməklə məlumatlandırılmışdır. Lakin bunu təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim edə bilməyəcəkdir. Apellyasiya məhkəməsi iclasına Ələmov İbrahim Nazim oğlu vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə verilmiş şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 606.3-cü maddəsində çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilmiş qanunvericilik normalarına və iş materiallarına əsaslanaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi səlahiyyətli orqanın Ələmov İbrahim Nazim oğluna 2025-ci ilin IV rüb çağırış dövrü üzrə tibbi müayinə olunması və 2025-ci ilin oktyabr çağırışı üçün gəlməli olduğu barədə məlumatı göndərməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməməsinə əsaslanıb müvafiq nəticəyə gələrkən haqlı olmuşdur. Məhkəmə bu barədə nəticəyə gələrkən, həmçinin səlahiyyətli orqanın ## ####### 2025 və ## ###### 2025-ci il tarixlərdə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərdiyi məktublarında Ələmov İbrahim Nazim oğlunun təcili gətirilməsini xahiş etsə də, iş üzrə sonuncu barəsində inzibati xəta haqqında protokolu ## ###### 2025-ci il tarixdə tərtib etməsi nəzərə alınaraq, məhkəməyə həmin tarixədək polis orqanı tərəfindən İbrahim Ələmova müvafiq məzmunda xəbərdarlıq edilməsini də təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməməsini, iş üzrə sonuncu tərəfindən Azərbaycan Respublikası İXM-in 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin mahiyyətini barəsində tərtib etdiyi ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda “2025-ci il oktyabr çağırışına cəlb olunub. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təhsil alması barədə arayışı təqdim etməmişdir.”, qəbul etdiyi ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda isə “Üzrlü səbəb olmadan SHXŞDX-nın Qaradağ rayon idarəsinə gəlməmişdir.” məzmununda, beləliklə də ziddiyyətli qaydada, yəni Azərbaycan Respublikası İXM-in 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın dispozisiya şərtlərinə uyğun olmayan məzmununda müəyyən etməsini də nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi göstərilən hüquqi mövqeyin məntiqi davamı olaraq, belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və qeyd edilənlərə oxşar apardığı əsaslandırma, qəbul etdiyi qərar qanuni və əsaslıdır, səlahiyyətli orqanın verdiyi şikayətin dəlili əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 3(002)-2532/2025 qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Qaradağ Rayon İdarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 3(002)-2532/2025 qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1262/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1262/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver