Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1263/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıqova Ləman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Şahbazov Mehman Məhəmməd oğlunun iştirakı ilə, “X4-Sənaye Kompleksi” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qərarından «X4-Sənaye Kompleksi” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 İdarəsi Cənub regional X6 idarəsi tərəfindən hüquqi şəxs “X4-Sənaye Kompleksi” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Astara şəhəri, R.Məmmədov küçəsində yerləşən toyuq məhsullarının satışı mağazasında keçirilmiş planlı YTM zamanı həmin obyektdə YT qayda, norma və standartlarının pozulması və yerinə yetirilməməsi aşkar olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə “X4-Sənaye Kompleksi” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilməsi, “X4-Sənaye Kompleksi” MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 1 (bir) ay müddət müəyyən edilməsi, həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilməsi qərara alınmışdır. Həmin qərardan hüquqi şəxs «X4-Sənaye Kompleksi” MMC-nin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, səlahiyyətli orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Cənub Regional DYN İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında iş üzrə materiallarda İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi barədə “X4-Sənaye Kompleksi” MMC-nə aid heç bir mötəbər sübut olmadığı halda və yalnız səlahiyyətli orqanın təmsilçiləri tərəfindən subyektiv mülahizələrə və yanaşmaya əsaslanan hallara məhkəmə heç bir tam və hərtərəfli hüquqi və faktiki əsaslarla araşdırma aparmadan qiymət vermişdir, qərar qəbul etmişdir. İnzibati xəta haqqında iş materialına aid “X2-Sənaye Kompleksi” MMC tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etiraz ərizəsində göstərilən dəlillərin heç biri obyektiv, mötəbər sübutlar əsasında araşdırılmamışdır. İnzibati xəta üzrə tərtib edilmiş nə aktda, nə protokolda heç bir obyektiv təsdiqləyici sübut yoxdur. Belə ki, xətanın “X2-Sənaye Kompleksi” MMC tərəfindən və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən törədilməsi heç bir rəsmi sübuta söykənmir. Xətanın törədilmiş olduğu ticarət obyektinin sahibi, mülkiyyətçisi Astara sakini olan Ağarəhimli Barat adlı şəxsdir. Həmin obyektdə satıcı kimi işləyən və aktda, protokolda adı çəkilən Kərimova Müşərrəfin “Giləzi Quçuluq-X5” MMC-nin səlahiyyətli nümayəndəsi olduğuna aid heç bir rəsmi, yazılı sənəd olmadığı halda həmin fiziki şəxsin hərəkətləri və ya hərəkətsizliyi əsasında MMC-nə aid münasibət formalaşdırılmışdır. Həm məhkəmənin, həm də səlahiyyətli orqanın əsas kimi qəbul etdikləri obyektin MMC-nə aid olduğu məlumat var. Ancaq bu əsaslanma ona görə etibarlı, mötəbər hesab edilə bilməz ki, sahibkarlıq fəaliyyəti, o cümlədən sahibkarlıq ünvanı barədə məlumatlar Ədliyyə Nazirliyinin deyil, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında olur. MMC ilə obyektin mülkiyyətçisi arasında vaxtı ilə mövcud olmuş münasibətlər isə müddəti 2025-ci ilin oktyabrında bitmiş icarə müqaviləsi olmuşdur. Məhkəmə öz qərarında bu “xxxx” onunla doldurmuşdur ki, MMC-nin nümayəndəsi həmin obyektin onlara məxsus olmasını inkar etməmişdir. Səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş materiallarının İXM-nin 101.2 və 103.1-ci maddələrinin tələblərini kobud şəkildə pozmaqla 48 və ya 96 saat müddətində deyil, 1176 saat müddətində məhkəməyə təqdim edilməsi və bu pozuntunun nəticələrinin araşdırılması barədə MMC nümayəndəsinin iradına məhkəmə obyektiv yanaşmamış, hətta iş materiallarında (Sabunçu RM-nin sədri Rəşad Məmmədova ünvanlanmış 3-18-76/2- **/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubun üzərində olan məhkəməyə daxil olma barədə ##.##.2026-cı il qeydiyyatı) olan mötəbər məlumata düzgün qiymət verilməmişdir. Məhkəmə öz qərarını əsaslandırmaq üçün “Yanğın təhlükəsizliyi haqqında” Qanuna istinad edərkən yanlışlığa yol vermişdir. Həmin hüquqi normalardan göründüyü kimi, tələb vətəndaşlara aiddir, hüquqi şəxslərə yox. Eyni zamanda bu normanın tələbinin təqsirli bilinmiş hüquqi şəxsə aidiyyətinə dəlalət edən hər hansı bir dəlil də iş materialında yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4-Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Şahbazov Mehman Məhəmməd oğlu apelyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış edib məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixlli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının inzibati orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materialını araşdırıb, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini müzakirə edib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 İdarəsi Cənub regional X6 idarəsinin ## ###### 2025-ci il tarixli *-**-**/q****/**** saylı planlı (növbəti) yoxlamanın aparılması haqqında qərarından görünür ki, Fövqəladə Hallar Nazirliyinin X6 İdarəsinin Cənub regional X6 idarəsi tərəfindən ##.##.2026-##.##.2026-cı il tarixlərində “X4-SƏNAYE KOMPLEKSİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin obyekti ünvan 1 ünvanında yerləşən ət və ət məhsullarının satışı mağazasında planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ## ###### 2026-cı il tarixli KY********* saylı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən Astara şəhəri, R.Məmmədov küçəsi 36-da yerləşən mağazanın “X4-Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin obyekti olaraq qeyddiyatdan keçirildiyi müəyyənləşdirilir; Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 İdarəsi ## ###### 2026-cı il tarixli, *-**-**/Q-****/**** nömrəli Yanğın-Texniki Müayinə aktından görünür ki, müayinə zamanı obyektin icbari qaydada sığorta olunması barədə müvafiq sənəd təqdim olunmamış, obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmamış, obyektin binadaxili elektrik xətlərinin izolyasiya qatının gərginliyə qarşı müqavimətinin ölçülməsinə dair sınaq protokolu olmamış, obyektdə ilkin odsöndürən balon olmamış, obyektdə yanğına qarşı cavabdeh şəxsin əmri təqdim olunmamışdır; Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin Cənub regional X6 idarəsinin X6 şöbəsinin böyük inspektoru, R X7, həmin şöbənin inspektoru, R X3 və həmin şöbənin inspektoru, R X1 tərəflərindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli Aktdan görünür ki, ## ###### 2026-cı il tarixdə Astara şəhəri, R.Məmmədov küçəsində yerləşən "X4-Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəyə götürdüyü toyuq məhsulları satışı mağazasında planlı yanğın-texniki müayinə zamanı aşkar olunmuş nöqsanlarla bağlı hüquqi şəxs "X4-Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və tərtib edilmiş inzibati xəta haqqında protokola "X4-Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi mağazanın satıcısı X10 imza etməkdən imtina etmişdir. “X4-Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sülh (Bakıxanov qəsəbəsi), ev 4, mənzil 69-dur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 İdarəsi Cənub regional X6 idarəsi tərəfindən hüquqi şəxs «X4-Sənaye Kompleksi” MMC barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Astara şəhəri, R.Məmmədov küçəsində yerləşən toyuq məhsullarının satışı mağazasında keçirilmiş planlı YTM zamanı həmin obyektdə YT qayda, norma və standartlarının pozulması və yerinə yetirilməməsi aşkar olunmuşdur. Nəticədə hüquqi şəxs «X4- Sənaye Kompleksi” MMC tərəfindən Azərbaycan Resublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “X4- Sənaye Kompleksi” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də «X4-Sənaye Kompleksi” MMC-nə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, apellyasiya şikayətində mübahisələndirilən məsələlər birinci instansiya məhkəməsi tərəfindən ətraflı şəkildə araşdırılmış, hər bir dəlilə münasibət bildirilməklə hüquqi qiymət verilmişdir. Məhkəmə qeyd edilən dəlillərə təkrarən münasibət bildirilməsinə zərurət görmür. Qeyd edilənlərə əsasən məhkəmə “X4-Sənaye Kompleksi” MMC tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin qanuni qərar qəbul etməsi qənaətinə gəlir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi “X4- Sənaye Kompleksi” MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tənbeh etmişdir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X4-Sənaye Kompleksi” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış “X4- Sənaye Kompleksi” MMC-nin apellyasiya şikayətində istinad etmiş olduğu dəlilləri hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, qərara aldı: “X4-Sənaye Kompleksi” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hüquqi şəxs “X4-Sənaye Kompleksi” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, şərti olaraq 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1263/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1263/2026
07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver