Məhkəmə qərarları › İş №3(3-6)-1264/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1264/2026

29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1264/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DIN-in BDYPI tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayət təmin olunmuş, Qərardan şikayət verən orqan (şəxs) barəsində DINin BDYPI-nin ##.##.2025-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Bakı şəhəri Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdim olunmuş materialları nəzərdən keçirib, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsi tərəfindən şikayət vermə müddəti buraxıldığından, inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı və şikayət verən şəxsə mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, IXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Inzibati işin materiallarından göründüyü kimi, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsinin əməkdaşı Ə.Bədəlov tərəfindən ## ##### 2026-cı il tarixli xəbərnaməyə imza edilməklə alınmışdır. Lakin apellyasiya qaydasında şikayət Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsi tərəfindən ## ##### 2026-cı il tarixli məktubla birlikdə, yəni qərardan qanunla nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülməklə ## ##### 2026-cı il tarixdə birbaşa Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş, elə həmin tarixdə də məhkəmənin dəftərxanasında qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya qaydasında şikayət ## ##### 2026-cı il tarixdə Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsi tərəfindən qərardan şikayət vermə müddəti ötürülməklə məhkəməyə təqdim edildiyindən, eləcə də müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət olunmadığından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli inzibati xəta haqqında iş üzrə toplanmış material birinci instansiya məhkəməsinə qaytarılmalı, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsinə mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və IXM-nin 130 və 133-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən, inzibati xəta haqqında material həmin məhkəməyə göndərilsin. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsinə buraxılmış prosessual müddətin bərpası barədə ərizə (vəsatət) ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar