Məhkəmə qərarları › İş №3(3-6)-1265/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1265/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1265/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin barəsində Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-in 53.1.6-cı maddəsinə əsasən xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin əmək müfəttişi X4 tərəfindən ## ###### 2026-ci il tarixdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 539.3-cü maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə 3-17-5/2- *****/**** nömrəli ##.##.2025-ci il tarixli məktub göndərilərək məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilməsi tələb edilmişdir. Məktub çatdırılmasına baxmayaraq tələb olunan sənədlər ##.##.2026-cı il tarixədək təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kamal Babayev) ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası IXMin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-in 53.1.6-cı maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə2 şikayətin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məsələlər: Şikayətlə əlaqədar inzibati işin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış məktubundan görünür ki, X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinə daxil olmuş müraciətinə xidmət tərəfindən baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Tələblərinə müvafiq X3 müraciəti ilə bağlı münasibət bildirilməsini və ona aid aşağıda qeyd olunmuş sənədlərin surətinin 7 (yeddi) iş günü ərzində X5 Xidmətinin Bakı şəhər Idarəsinə (ünvan: AZ1114 ünvan 1) göndərməsininin təmin edilməsi xahiş edilmişdir. “xxxx” MMC-nin poçt göndərişlərinin izlənməsinə dair çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş reyesterdə (SS929812819AZ) ##.##.2025-ci il tarixli məktub hüquqi şəxsə çatdırılmışdır. ƏMAS sistemi çıxarışından görünür ki, sözügedən sorğu ##.##.2025-ci il tarixdə hüquqi şəxsin kabinetinə yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, MMC-nin Azərbaycan Republikasının Inzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi iş materialları ilə sübut olunsa da, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən MMC-nin barəsində Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-in 53.1.6-cı maddəsinə əsasən xitam verilməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Republikasının Inzibati Xətalar Məcəlləsinin ; 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## #### 2022-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. Inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (Inzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin II hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. MMC tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3 maddəsi ilə əhatə olunan hüquqazidd əməli Inzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aiddir və Məcəllənin 38.1-ci maddəsinə əsasən göstərilən maddə ilə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən 4 ay keçənədək verilə bilərdi. Hazırda müəyyən olunur ki, inzibati xətanın törədildiyi gündən dörd aydan artıq müddətin keçdiyi müəyyən olunur. Belə ki, məktubda göstərilən sənədlər ən gec ##.##.2025-ci il tarixədək təqdim edilməli idi. Əmas məlumatları əsasında isə ##.##.2026-cı il tarixədək təqdim edilməli idi. Lakin təqdim edilməsi tələb olunan sənədlər qeyd olunan müddət ərzində təqdim edilməmişdir. Həmin tarixdən inzibati xəta hadisəsi törədilmişdir. Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin qanunla dörd ay müəyyən olunmasını nəzərə aldıqda inzibati xətanın törədildiyi gündən, ##.##.2025-ci il tarixindən (Əmas məlumatları əsasında isə ##.##.2026-cı il tarixindən) dörd aydan artıq müddətin keçdiyi müəyyən olunur. Buna görə də MMC müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olduğu üçün o, Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, qanunvericiliyin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında icraata xitam verməkdə haqlı olmuşdur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin barəsində Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-in 53.1.6-cı maddəsinə əsasən xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar