Məhkəmə qərarları › İş №3(3-6)-1267/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1267/2026

05.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1267/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X2 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin Yol patrul xidməti inspektoru İbrahimov Ceyhun Vahid oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il saat 07:07 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində “Mercedes-Benz E220 CDI” minik markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi ilk olaraq qərarını onunla əsaslandırmışdır ki, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* №-li protokoldan görünür ki, ##.##.2026cı il saat 07:07-də vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, İN91012 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında həkimə getməyə ehtiyac olmadığını, “0,58” olan göstərici ilə tanış olduğunu, bununla razılaşdığını bildirmiş, spirtli içki olan pivə qəbul etdiyini səmimi olaraq etiraf etmişdir. ##.##.2026-cı il tarixli, */***** nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin nəticəsinə dair ##.##.2026-cı il tarixli (saat 07:05:41) sənəddən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqolun qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti (0,588 %) müəyyən olunmuşdur. Sənəddəki fotoşəkildən müayinə olunan şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu müəyyən edilir. Bununla bağlı məhkəmənin nəzərinə çatdırır ki, həmin vaxtda o, sükan arxasında olarkən yanında həyat yoldaşı da olmuş və həmin gün avtomobili idarə edərkən tərəfindən hər hansı bir yol-hərəkəti qaydalarının pozuntusu olmamışdır. Həmçinin avtomobili sərxoş vəziyyətdə idarə etməyini sübut edəcək hər hansı bir video görüntü və ya sübut yoxdur. Digər tərəfdən yol polisi əməkdaşları tərəfindən saxlanılan zaman sərxoşluq vəziyyətini təyin edilməsi üçün istifadə olunan xüsusi texniki vasitənin işlək olub-olmaması məlum olmamışdır. Eləcə də spirtli içki olan pivə qəbuluna gəlincə qeyd etmək istəyir ki, pivənin tərkibindəki alkoqol faizləri (ABV) nəzərə alsa bu müəyyən olunmuş sərxoşluq dərəcəsi ilə uyğunluq təşkil edib-etməməyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin aparilan alkotest nəticəsi ona hadisə yerində və ya sonra təqdim edilməmiş, eləcə də barəsində tərtib edilmiş protokolda əks olunmamışdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, “Sərxoşluq halarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında ##.##.2026-cı il tarixli, */***** nömrəli protokolu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini istisna edən dəlil kimi qəbul etməyərək qeyd etməyi zəruri hesab edir ki, protokola əsasən şəxsin sərxoşluq vəziyyətinin müayinəsi inzibati xətanın törədildiyi ##.##.2026-cı il saat 07:07 radələrində deyil, bundan təqribən 3 saat sonra aparılmışdır. Hadisədən tam olaraq 3 saat vaxt keçməmişdir. 3 saat tamam olsa belə əgər sərxoş vəziyyətdə olsaydı həmin zaman alkoqolun qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyətinin 0,00 % müəyyən olunması qeyri mümkündür. Polis əməkdaşlarının psixoloji təzyiqi və yaratdığı stres nəticəsində olduqca gərgin və əsəbi vəziyyətdə olduğu üçün izahatında pivə qəbul etdiyini bildirmişdir. Lakin bu izahat real vəziyyəti əks etdirməmişdir və təzyiq altında verilmişdir. Həmçinin əsassız olaraq ona məxsus nəqliyyat vasitəsini cərimə meydançasına aparmışdır. Yol polisi tərəfindən aparılan alkotestin texniki vəziyyəti, kalibrlənməsi və sertifikatlaşdırılması barədə heç bir sənəd təqdim olunmayıb. Hətta ona təkrar müayinə hüququndan istifadə etmək imkanı belə verilməyib. Lakin ona həkim tərəfindən təqdim edilən rəsmi tibbi müayinənin nəticəsində onun tam ayıq olduğu qanuni əsasla təsdiq edilmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilmişdir ki, şəxs barəsində ilkin olaraq texniki vasitə (alkotest) ilə 0.58 promil spirt göstəricisi qeydə alındığı iddia edilmiş, lakin təxminən 3 saat sonra aparılmış tibbi müayinə zamanı qanda spirt miqdarı 0.00 promil olaraq müəyyən olunmuşdur. Lakin birinci instansiya məhkəməsi bu ziddiyəti aradan qaldırmaq üçün buna hüquqi imkanları işin obyektiv və hərtərəfli araşdırmasını təmin etməmişdir. Qeyd etmək istəyir ki, son illərdə aparılan elmi-tibbi əsaslandırmalara və müasir tibbi və toksikoloji araşdırmalara əsasən, etil spirtinin (etanolun) insan orqanizmindən xaric olma sürəti orta hesabla saatda 0.10-0.15 promil təşkil edir. Bu göstərici fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişsə də, kəskin fərqlənmə halları nadir xarakter daşıyır. Bu baxımdan iddia edilən 0.58 promil səviyyəsində alkoqolun tam metabolizə olunaraq 0.00 promilə düşməsi üçün ən azından təxminən 4-6 saat vaxt tələb olunur. Digər bir araşdırmaya əsasən qeyd etmək istəyir ki, əgər mövcud vəziyyət yol polisi əməkdaşının psixoloji təzyiqi və yaratdığı stres nəticəsində ona yazdırdığı izahatda qeyd edildiyi kimi olsaydı belə 1 butulka pivədə (330 ml) mövcud olan spirtin faiz dərəcəsi 4-5% təşkil edir bu isə insan orqanizminə 0.2 - 0.4 promil aralığında təsir edir. Lakin iddia olunan sərxoşluq vəziyyəti 0,588 % təşkil edir. Bu hal isə artıq yol-polisi əməkdaşının ilkin müayinə ilə bağlı iddia etdiyi göstəricinin nə dərəcədə doğru olmasına əsaslı şübhələr yaradır. Digər tərəfdən əgər bu hal doğru nəticə hesab edilmişdirsə alkotestin nəticəsi həmçinin bu barədə tərtib edilən protokolun nə üçün hadisə yerində çap olunub və ya yazılı şəkildə ona təqdim edilməyib??? Lakin məhkəmə qeyd olunan bütün bu qanunsuzluqlara göz yumaraq ümumiyyətlə heç bir araşdırma aparmadan yalnız saxta göstərici əsasında yekun qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin ediməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə həmin inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* №-li protokoldan görünür ki, ##.##.2026-cı il saat 07:07-də vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, İN91012 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında həkimə getməyə ehtiyac olmadığını, “0,58” olan göstərici ilə tanış olduğunu, bununla razılaşdığını bildirmiş, spirtli içki olan pivə qəbul etdiyini səmimi olaraq etiraf etmişdir. ##.##.2026-cı il tarixli, */***** nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin nəticəsinə dair ##.##.2026-cı il tarixli (saat 07:05:41) sənəddən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqolun qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti (0,588 %) müəyyən olunmuşdur. Sənəddəki fotoşəkildən müayinə olunan şəxsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduğu müəyyən edilir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında */***** nömrəli ##.##.2026-cı il tarixli protokoldan görünür ki, müayinə həmin gün saat 09:45-də aparılmış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqolun qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti (0,00 %) müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, ##.##.2026-cı il saat 07:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində “Mercedes-Benz E220 CDI” minik markalı, 99-CT821 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmış, daha sonra inspektor sərxoşluq vəziyyətinin müayinəsini təklif etmiş, o, razılaşaraq alkotesteri üfürmüş, həmin vaxt cihazda 0,58 yazısını görmüşdür. Bundan sonra nəqliyyat vasitəsi müvəqqəti duracağa aparılmışdır. O, həkim müayinəsindən keçirilməmiş, spirtli içki qəbul etmədiyi və cihazın göstəricisi ilə razı olmadığı üçün özü Respublika Narkoloji Mərkəzinə gedərək həmin gün saat 09:45-də müayinədən keçmişdir. Həmin müayinənin nəticəsində sərxoş olmadığı müəyyən edilmişdir. Qeyd olunan sənədi məhkəməyə təqdim edir. Verilmiş suallara cavabında qeyd etmişdir ki, polis əməkdaşı tərəfindən cihazla müayinə edilərkən müvafiq müayinənin nəticəsinə dair sənəddə olan göstərici ilə tanış edilmiş, bundan sonra bu barədə protokol tərtib edilmişdir. O sənədlərdə olan imza və xətt ona məxsusdur. Həmin vaxt polislərin təzyiq və təhdidi ilə həkimə getməyə ehtiyac olmaması, “0,58” olan göstərici ilə tanış olması, bununla razılaşması, spirtli içki olan pivə qəbul etməsi barədə izahat yazmışdır. Hazırkı izahatı düzgündür. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi, iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan inzibati xətanı törətməsi işdə olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* №-li protokol və ona əlavə edilmiş, ##.##.2026cı il tarixli, */***** nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitənin nəticəsinə dair ##.##.2026-cı il tarixli (saat 07:05:41) sənədlə təsdiq olunur. Həmin sübutlarla müəyyən edilmişdir ki, ##.##.2026-cı il saat 07:07-də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, İN91012 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilərkən onda alkoqolun qəbulu nəticəsində yaranan sərxoşluq vəziyyəti (0,588 %) aşkar edilmiş, şəxs özü izahatı ilə cihazın nəticəsini mübahisələndirməmiş, əksinə razılığını ifadə etməklə və həkim müayinəsindən imtina etməklə spirtli içki qəbul etməsini etiraf etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını inzibati qaydada məsuliyyətə cəlb edilməməsi üçün özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirərək, qeyd etmişdir ki, bu izahat iş materiallarında olan və sübut kimi qəbul edilən yuxarıda göstərilən sənədlər, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqana verdiyi izahatı ilə təkzib edilir. Habelə, məhkəmə “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında */***** nömrəli ##.##.2026-cı il tarixli protokolu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini istisna edən dəlil kimi qəbul etməyərək qeyd etməyi zəruri hesab edir ki, protokola əsasən şəxsin sərxoşluq vəziyyətinin müayinəsi inzibati xətanın törədildiyi ##.##.2026-cı il saat 07:00 radələrində deyil, bundan təqribən 3 saat sonra aparılmışdır. Bu səbəbdən məhkəməyə təqdim edilən sözügedən protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitəsini idarə etdiyi vaxtda, yəni ##.##.2026-cı il saat 07:00 radələrində alkoqol sərxoşluğu vəziyyətində olmadığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş inzibati xəta haqqında və “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokollarla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqana verdiyi izahatı, habelə inzibati xəta haqqında iş üzrə materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il saat 07:07 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində “Mercedes-Benz E220 CDI” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etməklə Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar