Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1269/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi – Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ###### 2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2.000 (iki min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında X1 Əli oğlunun sənədlərin son haqq hesabın hesablanması və ödənilməsini təsdiq sənədin X3 Xidmətinin Bakı şəhər idarəsinə təqdim etmədikləri qeyd olunsa da əslində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərilmiş ##.##.2026-cı il tarixli *-**-*/*-****/** nömrəli sorğu məktubunda qeyd edilən sənədlərin son haqq hesabın hesablanması və ödənilməsini təsdiq sənədin surəti tərəflərindən Xidmətə vaxtında təqdim edilmiş, həmçinin X1 Əli oğlu Xidmətə müraciət edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qarşı hər hansı şikayətinin olmadığını bildirmişdir. Xidmətə təqdim etdikləri sənədlərin bir nüsxəsi də məhkəməyə təqdim edilmişdir. Lakin onlara məlum olmayan səbəblərdən məhkəmə həmin sənədləri nəzərə almamışdır. Bundan başqa tərəflərindən Xidmətə müraciət olunaraq sənədlərin təqdim edilməsi ilə bağlı məhkəməyə arayış verilməsini xahiş etmişlər. Lakin Xidmət həmin arayışı təqdim etməyərək, şifahi olaraq onlara bildirmişdir ki, əgər məhkəmə tərəfindən onlara sorğu göndərilərsə həmin sorğunu cavablandıra bilərlər. Üstəlik də ki, Xidmət eyni məsələ ilə bağlı direktor olaraq barəsində “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarda qəbul etmişdi. Həmin qərarın ləğvi ilə bağlı Xidmətə müraciət edən zaman da tələb olunan bütün sənədlər təqdim olunmuşdur. X1 Əli oğlunun Əmək qanunvericiliyinə uyğun bütün hüquqlarının təmin olunması, həmçinin tələb olunan sənədlərin tərəfimizdən Xidmətə təqdim olunması MMC-nin əməlində qəsd yaranmaması səbəbindən Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin İş № *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X2 verilmiş apellyasiya şikayətinə münasibət bildirərək qeyd etdi ki, apellyasiya şikayətini qəbul etmirlər, formal mülahizələrə əsaslanaraq məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Vətəndaş şikayəti əsasında araşdırmaya başlamışlar və MMC-yə lazımi sənədlərin təqdim edilməsi üçün sorğu göndərmişlər. Lakin MMC tərəfindən sənədlər natamam təqdim edilmişdir. Belə ki, son haqq-hesabın ödənilməsi və hesablanması barədə rəsmi sənədlər təqdim edilməmişdir Hesab edirlər ki, birinci instansiya məhkəməsi kifayət qədər işi araşdıraraq sübutlara qiymət vermişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçısının çıxışını dinləyib hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli məktublardan görünür ki, vətəndaş “xxxx" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı müraciətə müvafiq orqan tərəfindən baxılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanladığı ## ###### 2026-cı il tarixli məktubdan görünür ki, X1 Əli oğlunun əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığı müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsi iiə müəyyən olunmuş hailarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Usubov Oqtay Əli oğlunun müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X3 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan; AZ1114 Bakı şəhəri Svetlana Məmmədova küçəsi 107) təqdim edilməsi xahiş olunur. Tələb olunan sənədlərin siyahısı: 1. Son haqqı hesabın hesablanması cədvəlinin surəti 2. Son haqq hesabın ödənilməsini təsdiq edən sənədlərin surəti (bank çıxarışı və bank arayışı və s.) 3. Vətəndaşın müraciəti ilə əlaqədar ətraflı cavab məktubu. İş materiallarına əlavə edilmiş “Azerexpresspost”-dan əldə edilmiş göndəriş sənədindən görünür ki, ss********az saylı göndəriş ## ###### 2026-cı il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə çatdırılıbdır. İş materiallarına əlavə edilmiş inzibatixəta haqqında protokoldan görünür ki, X1 Əli oğlunun müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16.2-ci maddəsinə əsasən ünvan 2 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2026-cı il tarixli *-**-*/*-****/** nömrəli sorğu məktubunda qeyd edilən sənədlərin son haqq hesabın hesablanması və ödənilməsini təsdiq sənədin surəti 7 iş günü ərzində DƏMX-in BŞİ-yə təqdim edilməsi tələb olunmuş, məktub ##.##.2026-cı il tarixində çatdırılmasına baxmayaraq, ##.##.2026-cı il tarixinədək təqdim edilməmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən. əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, müfəttişliyin tələb etdiyi “zəruri məlumatlar”ın yalnız forma etibarilə deyil, məzmunca da təqdim olunmasını tələb edən Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələbləri MMC tərəfindən icra edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən vətəndaş şikayəti əsasında araşdırılma aparılması üçün X3 Xidmətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ## ###### 2026-cı il tarixli məktubu ilə tələb olunan sənədləri 7 iş günü ərzində tam şəkildə təqdim etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələblərini pozmuşdur. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tənbeh etmişdir. Həmçinin qeyd olunur ki, əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə həmçinin inzibati qaydada tənbeh olunmuş hüquqi şəxsin irəli sürüyü dəlillərə münasibətdə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-i inzibati xəta barədə icraata xitam verilməsi ilə əlaqədar nə apellyasiya şikayətində, nə də məhkəmə iclasında məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. İrəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşimaqla özünümüdafiə üsulu kimi qiymətləndirilir. Odur ki, apellyasiya instansiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş hüquqi şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC MMC barəsində inzibati tənbeh tədbiri seçərkən sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş tənbeh növü olan cəriməni ən aşağı həddə tətbiq etmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1 -ci maddəsini rəhbər tutaraq qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfındən apellyasiya qaydasında verilmiş şikayəti təmin edilməsin. "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1269/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1269/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver