Məhkəmə qərarları › İş №3(3-6)-1272/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1272/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1272/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək ## ###### 2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İXM-nin 579 cu maddəsi yalnız ictimai qaydanın və ya ictimai təhlükəsizliyin konkret və real pozuntu faktı oiduqda tətbiq edilə bilər. Bu maddə ümumi, abstrakt və ya ehtimal xarakterli davranışlara görə tətbiq edilmir, yalnız aşağıdakı hallara şamil edilir: real təhlükə yaradan, konkret hərəkət və ya hərəkətsizliklə sübut olunan, ictimai asayişi faktiki olaraq pozan əməl mövcud olduqda. Məhkəmə və ya inzibati orqan mütləq şəkildə sübut etməlidir ki: 1. Hansı konkret hərəkət və ya hərəkətsizlik törədilmişdir; 2. Həmin hərəkət ictimai qaydanı necə və hansı formada pozmuşdur; 3. Hadisə harada, nə vaxt və kimlərin iştirakı ilə baş vermişdir; 4. Yaranan təhlükə real olmuşdur, yoxsa yalnız ehtimal xarakteri daşımışdır; 5. Şəxsin təqsiri (qəsd və ya ehtiyatsızlıq) subut edilmişdir. Qanunvericiliyə əsasən bu şərtlərdən hətta birinin belə sübut olunmaması 579-cu maddənin qanunsuz tətbiqi deməkdir. Təqdim edilmiş MN ******* saylı qərarda: guya törədilmiş konkret əməl aydın və dəqiq təsvir olunmamışdır; ictimai təhlükənin nədən ibarət olduğu göstərilməmişdir; şahid ifadələri, foto, video və ya digər sübutlar qeyd edilməmişdir; yalnız maddənin nömrəsi göstərilməklə kifayətlənilmişdir. Bu hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 26, 53 və 570-ci maddələrinin tələblərinin kobud şəkildə pozulmasıdır və qəbul edilmiş qərarın ləğvi üçün ciddi hüquqi əsas yaradır. İnzibati məsuliyyətin yaranması üçün şəxsin təqsiri sübut olunmalıdır. Lakin barəsində qəbul edilmiş müəyyən edilmiş, hüquqi qiymət verilməmişdir. Təqsirin sübut edilməsi inzibati orqanın vəzifəsi olduğu halda, bu vəzifə yerinə yetirilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və Ədliyyə Nazirliyinin MN ******* nömrəli ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən "Şəhid Ailələri, Əlillər və X5" ictimai birliyinin vəzifəli şəxsi kimi Qərardan şikayət verən orqan (şəxs) “Qeyri-hökumət təşkilatları haqqında” Qanunun 10.4-cü maddəsinin tələbinə zidd olaraq birliyin üzvlərinin reyestrinin aparılmasını təmin etmədiyi, bununla da İnzibati Xətalar Məcəlləsinin 579-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı (ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılmamasına) törətdiyi müəyyən edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 579-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və bu barədə ##.##.2026-cı il tarixdə qəbul edilmiş **-*-*-*/***-****-* nömrəli qərar və toplanmış materiallar inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Ədliyyə Nazirliyinə göndərilmişdir. Nazirliyin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli ##.##.2026-cı il tarixli Qərarı ilə birliyin vəzifəli şəxsi Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-nin 579-cu maddəsinə əsasən 1000 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Nazirliyin qəbul edilmiş qərarından Qərardan şikayət verən orqan (şəxs) məhkəmə qaydasında verdiyi şikayət əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Məhkəmə qərarında “təqsirlilik sübuta yetirilməmişdir” qənaətinə gəlsə də, iş materiallarında olan Prokurorluq tərəfindən aparılmış araşdırmanın nəticələri və şahid ifadələri kifayət qədər mötəbər sübutlar hesab olunur. İXM-in 76-cı maddəsinə əsasən, sübutlar işin obyektiv halları nəzərə alınmaqla, tam və hərtərəfli araşdırılmalıdır. Belə ki, Prokurorluq tərəfindən aparılmış araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) ictimai birliyinin üzvlərin reyestrinin aparılmaması ilə bağlı şahid ifadəsi versə də məhkəmə bunu nəzərə almamış, habelə sonradan məhkəmə baxışı zamanı tərtib olunan üzvlərin reyestrinin təqdim olunması faktını reyestrin aparılması kimi qiymətləndirmişdir. İXM-in 579-cu maddəsinin tərkibi formal xarakter daşıyır. Yəni qanunvericiliklə nəzərdə tutulmuş müvafiq hərəkətlərin (və ya hərəkətsizliyin) baş verməsi xətanın yaranması üçün kifayətdir. İşdə olan faktlar göstərir ki, Birlik qanunla müəyyən edilmiş öhdəliklərini icra etməmiş, yəni üzvlərinin reyestrini aparmamışdır. Prokurorluq və Nazirlik tərəfindən aparılan icraat zamanı şəxsin bütün prosessual hüquqları təmin edilmiş, sübutlar qanunvericiliyin tələblərinə uyğun toplanmışdır. Məhkəmənin bu sübutları yetərsiz sayması hər hansı hüquqi əsasa söykənmir. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini əsassız hesab edərək məhkəmədən şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə , inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr Baş İdarəsinin rəis müavini İsmayılov Seymur Bəhram oğlu tərəfindən tərtib edilmiş ## ###### 2026- cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “Şəhid ailələri, Əlillər və X5” İctimai Birliyinin təxminən 50000 nəfərdən çox üzvü olsa da, həmin üzvlərin reyestri aparılmamışdır, qanunla müəyyən eidlmiş qaydada dövlət qeydiyyatına alınmamış dəyişiklik əsasında fəaliyyəti həyata keçirmişdir. Bununlada onun Azərbaycan Respublikası İXM-nin 579- cu maddəsində nəzərdə tutulan əməli törətməsi əsas gətirilərək barəsində vəzifəli şəxs kimi 1000 (min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “Azərbaycan Respublikası Şəhid Ailələri Əlillər və X4 İctimai Birliyinin Baş İdarəsi”nin sədri Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş çıxarışlardan görünür ki, ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılması həyata keçirilmişdir. İş materiallarında olan və inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün əsas olmuş ##.##.2025-ci il tarixli şahidin dindirilməsi haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) ona ünvanlanmış “Rəhbəri olduğunuz İctimai Birliyin üzvlərinin qeydiyyatı hansı qaydada aparılır?” sualına cavab olaraq rəhbəri olduğu İctima Birliyin təxminən 50.000 nəfərdən çox üzvü olduğunu və həmin üzvlərin qeydiyyatının İctimai Birliyin Baş İnzibati binasında aparılmadığını, inzibati binanın hazırda 22 rayon şöbəsi olduğunu, üzvlərin qeydiyyatının həmin şöbələrdə aparıldığını və hər bir üzvün şəxsi işi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə xitam verərkən qeyd etmşdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin Qərardan şikayət verən orqan (şəxs) həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 579-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, icraatda vəzifəli şəxsin iştirakı təmin edilməmiş və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmənin həmin mövqeyi ilə razılaşmayan səlahiyyətli orqanın apellyasiya şikayətinin əsas dəlili qismində Prokurorluq tərəfindən aparılmış araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ictimai birliyinin üzvlərin reyestrinin aparılmaması ilə bağlı şahid ifadəsi verilsə də, birinci instansiya məhkəməsinin bunu nəzərə almaması, habelə sonradan məhkəmə baxışı zamanı tərtib olunan üzvlərin reyestrinin təqdim olunması faktını reyestrin aparılması kimi qiymətləndirməsi göstərilmişdir. Məhkəmə iş materiallarını bir daha araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək apellyasiya şikayətinin göstərilən dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İnzibati Xətalara Məcəlləsinin 579-cu maddəsinə əsasən, qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış dəyişikliklər (təsis sənədlərində edilmiş və ya hüquqi şəxslərin dövlət reyestrində əvvəllər qeydə alınmış faktların sonrakı dəyişikliyi) əsasında hər hansı fəaliyyətin həyata keçirilməsinə, ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılmamasına, sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş gəlirin təşkilatın məqsədlərinə yönəldilməməsinə, könüllü fəaliyyətə cəlb edilmiş şəxslərlə müqavilələrin bağlanılmamasına, nizamnaməsində (əsasnaməsində) nəzərdə tutulmuş məqsədlərə zidd fəaliyyət göstərməsinə görə - vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Belə ki, İnzibati Xətalara Məcəlləsinin 579-cu maddəsinin dispozisiyasından göründüyü kimi qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış dəyişikliklər (təsis sənədlərində edilmiş və ya hüquqi şəxslərin dövlət reyestrində əvvəllər qeydə alınmış faktların sonrakı dəyişikliyi) əsasında hər hansı fəaliyyətin həyata keçirilməsinə, eləcə də ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılmamasına görə inzibati məsuliyyət müəyyən olunmuşdur ki, hazırki iş üzrə Prokurorluq tərəfindən aparılmış araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) rəhbəri olduğu İctimai Birliyin üzvlərin qeydiyyatının İctimai Birliyin Baş İnzibati binasında aparılmaması, İctimai Birliyin hazırda 22 rayon şöbəsi olması və üzvlərin qeydiyyatının həmin şöbələrdə aparılması məzmununda ifadə verməsi ümumiyyətlə ictimai birliyin üzvlərinin qeydiyyatının aparılmaması və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış dəyişikliklər əsasında fəaliyyətin həyata keçirilməsi kimi şərh oluna bilməz. Həmçinin məhkəmə hesab edir ki, iş materiallarında ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılmasını təsdiq edən çıxarışlar mövcud olduğu halda apellyasiya şikayətində üzvlərin reyestrinin sonradan məhkəmə baxışı zamanı tərtib olunaraq təqdim olunması faktı göstərilsə də, həmin dəlili təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmadığından və iş materiallarında inzibati xətanın törədilməsini təsdiq edən digər əsaslı sübutlar müəyyən olunmadığından birinci instansiya məhkəməsi inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir.. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar