Məhkəmə qərarları › İş №3(3-6)-1273/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1273/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1273/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşımaları departamentinin rəisi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşımaları departamentinin rəisi Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəis X4 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Xidmət tərəfindən «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində işə baxılması zamanı məhkəmənin göstərdiyi bütün hallar işin materialları və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Xidmətin Mərkəzi-X5 təqdim etdiyi sənədlər əsasında müəyyən olunaraq sübuta yetirilmişdir. Məhkəmə nə səbəbdənsə öz qərarında həmin mötəbər, etibarlı və təkzibolunmaz sübutlara əsaslanmaq istəməmişdir. Belə ki, müəssisə tərəfindən təqdim edilmiş 2025-ci ilin oktyabr-noyabr ayı üzrə “Sərnişin daşıma departamentinin İstismar Xidmətinin Qatar briqadaları”nın iş tabelindən olan çıxarışdan görünür ki, X2 2025-ci ilin oktyabr ayının 12-də 14 saat 13 dəqiqə, 29 oktyabr tarixində 14 saat işə cəlb edilmişdir. Həmçinin noyabr ayının 7-də 14 saat, 23 noyabr tarixində 14 saat, 28 noyabr tarixində 14 saat işə cəlb edilmişdir. Habelə, X2 tabeldən göründüyü kimi noyabr ayında ümumilikdə 184 saat 31 dəqiqə işə cəlb edilmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunmuş 2025-ci ilin istehsalat təqvimindən görünür ki, noyabr ayı üçün 143 saat iş vaxtı müəyyən edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verərək, rəis tərəfidən verilmiş şikayətin dəlillərinə əsaslanaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Xidmət tərəfindən «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətlərini müdafiə edərək, dəlillərinə uyğun izahat verərək, məhkəmədən şikayətlərin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşımaları departamentinin rəisi Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayətlər ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyərək, belə hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəis X4 tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, işə götürən tərəfindən X2 2025-ci ilin oktyabr və noyabr aylarında əmək qanunvericiliyinin tələbləri pozulmaqla iş vaxtından artıq işlərə cəlb edilməsi əsas gətirilərək Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində inzibati cərimə tətbiq edilmişdir. «xxxx» Qapalı Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış ## #### 2024-cü il tarixli əmək müqaviləsininin 4.5-ci bəndindən görünür ki, işçiyə iş vaxtından artıq vaxtda, istirahət, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab edilməyən bayram günlərində işlədikdə “...” manat məbləğdə və ya “...” qayda ilə hesablanmış Əmək Məcəlləsində nəzərdə tutulandan artıq əlavə əmək haqqı verilməsi nəzərdə tutulmuşdur. Sərnişin daşımaları departamentinin istismar xidmətinin qatar briqadalarının sərnişin vaqonunun bələdçisi X2 2025-ci il noyabr ayı üzrə əmək haqqı hesablama cədvəlindən çıxarışdan görünür ki, X2 normadan artıq saata görə əlavə 369 manat 0.80 qəpik əmək haqqı ödənilmişdir; X2 ## ######## 2025-ci il tarixli ərizəsindən görünür ki, 2025-ci ilin oktyabr ayı üzrə iş vaxtından artıq işə cəlb edilməyinə razılıq vermişdir. X2 ## ####### 2025-ci il tarixli ərizəsindən görünür ki, 2025-ci ilin noyabr ayı üzrə artıq iş saatlarına cəlb edilməyə və işləməyə etiraz etmədiyini bildirmişdir. İşçilərin iş vaxtından artıq iş saatlarına cəlb edilmələrinin tənzimlənməsi barədə ## ######## 2025-ci il tarixli *** nömrəli əmrdən görünür ki, zərurət yarandıqda Sərnişin daşımaları departamentinin müvafiq işçilərinin cari ilin oktyabr ayı üzrə iş vaxtından artıq işə cəlb edilməsinin təmin edilməsi, yaranmış zərurətlə əlaqədar işçilərin iş vaxtından artıq işə cəlb olunma halları baş verdiyi təqdirdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniş həyata keçirilməsinin Departamentin İnsan Resursları Şöbəsinə tapşırılması əmr edilmişdir. İşçilərin iş vaxtından artıq iş saatlarına cəlb edilmələrinin tənzimlənməsi barədə ## ####### 2025-ci il tarixli *** nömrəli əmrdən görünür ki, zərurət yarandıqda Sərnişin daşımaları departamentinin müvafiq işçilərinin cari ilin noyabr ayı üzrə iş vaxtından artıq işə cəlb edilməsinin təmin edilməsi, yaranmış zərurətlə əlaqədar işçilərin iş vaxtından artıq işə cəlb olunma halları baş verdiyi təqdirdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniş həyata keçirilməsinin Departamentin İnsan Resursları Şöbəsinə tapşırılması əmr edilmişdir. «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin ## ###### 2026-cı il tarixli arayışından görünür ki, X2 2025-ci ilin oktyabr ayı üzrə ümumi əməkhaqqı 694,34 (altı yüz doxsan dörd manat otuz dörd qəpik) AZN hesablanmış, işçinin növbəli iş rejimində işləməsinə görə vəzifə maaşı 428,45 (dörd yüz iyirmi səkkiz manat qırx beş qəpik) AZN, gecə növbəsinə görə 16,77 (on altı manat yetmiş yeddi qəpik) AZN, normadan artıq iş saatına görə 52,27 (əlli iki manat İyirmi yeddi qəpik) AZN, əmək qabiliyyətini müvvəqəti itirilməsinə görə 134,14 (yüz otuz dörd manat on dörd qəpik) AZN, boşdayanma saatlarına görə 62,71 (altmış iki manat yetmiş bir qəpik) AZN təşkil etmişdir. X2 2025-ci ilin noyabr ayı üzrə ümumi əməkhaqqı 1037,95 (min otuz yeddi manat doxsan beş qəpik) AZN hesablanmış, işçinin növbəli iş rejimində işləməsinə görə vəzifə maaşı 430,59 (dörd yüz otuz manat əlli doqquz qəpik) AZN, gecə növbəsinə görə 24,75 (iyirmi dörd manat yetmiş beş qəpik) AZN, bayram günü işə cəlb edilməsi ilə əlaqədar 104,21 (yüz dörd manat iyirmi bir qəpik) AZN, əmək qabiliyyətini müvvəqəti itirilməsinə görə 108,60 (yüz səkkiz manat altmış qəpik) AZN, normadan artıq iş saatına görə 369,80 (üç yüz altmış doqquz manat səksən qəpik) AZN təşkil etmişdir. X2 ## ####### 2025-ci il tarixli ərizəsindən görünür ki, o, yaranmış istehsalat zərurəti ilə əlaqədar 2025-ci ilin noyabr ayında "xxxx" Qapalı Səhmdar Cəmiyyətində sərnişin vaqonunun bələdçisi kimi iş vaxtından artıq işləmişdir. Normadan artıq işləməyi onun əvvəlcədən yazılı razılıq ərizəsi və işəgötürənin müvafiq əmri əsasında həyata keçirilmişdir. İşlədiyi artıq iş saatlarına görə ona işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş əlavə ödənişlər tam ödənilmişdir. Bununla bağlı ADY-nin Sərnişin daşımaları departamentinə, ümumilikdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı heç bir şikayəti, narazılığı, iş və pul tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı qərara əsasən işə götürən tərəfindən X2 2025ci ilin oktyabr və noyabr aylarında əmək qanunvericiliyinin tələbləri pozulmaqla iş vaxtından artıq işlərə cəlb edilməsi əsas gətirilərək Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə, inzibati xəta haqqında qərarı, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşımaları departamentinin rəisi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə hesab etmişdir ki, şikayətçi və onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş X2 ## ######## 2025-ci il tarixli və ## ####### 2025-ci il tarixli ərizələrindən görünür ki, X2 ərizə verərərək 2025-ci ilin oktyabr və noyabr ayları üzrə artıq iş saatlarına cəlb edilməyə və işləməyə etiraz etmədiyini bildirmiş, həmçinin ## ######## 2025-ci il tarixli *** nömrəli və ## ####### 2025-ci il tarixli *** nömrəli əmrlərdən görünür ki, zərurət yarandıqda sərnişin daşımaları departamentinin müvafiq işçilərinin cari ilin oktyabr və noyabr aylarıı üzrə iş vaxtından artıq işə cəlb edilməsinin təmin edilməsi, yaranmış zərurətlə əlaqədar işçilərin iş vaxtından artıq işə cəlb olunma halları baş verdiyi təqdirdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ödəniş həyata keçirilməsinin Departamentin İnsan Resursları Şöbəsinə tapşırılması əmr edilmişdir. Bundan əlavə, «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin ## ###### 2026-cı il tarixli arayışından görünür ki, X2 2025-ci ilin oktyabr ayı üzrə normadan artıq iş saatına görə 52,27 (əlli iki manat iyirmi yeddi qəpik) manat, 2025-ci ilin noyabr ayı üzrə bayram günü işə cəlb edilməsi ilə əlaqədar 104,21 (yüz dörd manat iyirmi bir qəpik) manat və normadanartıq iş saatına görə 369,80 (üç yüz altmış doqquz manat səksən qəpik) manat əmək haqqı ödənilmişdir. Göründüyü kimi ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı qərarda istinad edilən işə götürən tərəfindən X2 2025-ci ilin oktyabr və noyabr aylarında əmək qanunvericiliyinin tələbləri pozulmaqla iş vaxtından artıq işlərə cəlb edilməsi şikayətçi və onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər ilə təkzib edilir. Bundan əlavə, məhkəmə iclasında şahid qismində izahatı alınmış X2 izahatında bildirmişdir ki, o, yaranmış istehsalat zərurəti ilə əlaqədar 2025-ci ilin noyabr ayında "xxxx" Qapalı Səhmdar Cəmiyyətində sərnişin vaqonunun bələdçisi kimi iş vaxtından artıq işləmişdir. Normadan artıq işləməyi onun əvvəlcədən yazılı razılıq ərizəsi və işəgötürənin müvafiq əmri əsasında həyata keçirilmişdir. İşlədiyi artıq iş saatlarına görə ona işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş əlavə ödənişlər tam ödənilmişdir. Bununla bağlı, xxxx Sərnişin daşımaları departamentinə, ümumilikdə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı heç bir şikayəti, narazılığı, iş və pul tələbi yoxdur. Yuxarıda qeyd olunan hallar və şikayətçinin ərizəsində göstərdiyi xüsusatlar araşdırılmadan, zəruri araşdırma aparılmadan, X2 ilə «xxxx» Qapalı Səhmdar Cəmiyyəti arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilmədən, bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmadan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik– davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşımaları departamentinin rəisi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Bu səbəbdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, işə baxan hakim «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin sərnişin daşımaları departamentinin rəisi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin təsdiq olunmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətlərdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar