Məhkəmə qərarları › İş №3(3-6)-1274/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1274/2026

06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1274/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Fərhadov İbrahim Nəbi oğlunun iştirakı ilə, Fərhadov İbrahim Nəbi oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 333.1-ci maddəsi ilə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin həmin orqana geri qaytarılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadından Bakı şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi Fərhadov İbrahim Nəbi oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadı ilə Fərhadov İbrahim Nəbi oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin həmin orqana geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsi apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən vətəndaş Fərhadov İbrahim Nəbi oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məhkəmə birinci instansiya məhkəməsinin qərarının məzmununa uyğun olaraq onunla əsaslandırılmışdır ki, hakim inzibati xəta haqqında materialı geri qaytararkən İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə istinad etsə də, həmin maddənin tətbiqi üçün zəruri olan əsas şərti - çatışmazlıqların məhkəmə baxışı zamanı aradan qaldırıla bilməməsini əsaslandırmamışdır. Mövcud nöqsanlar aradan qaldırıla bilən xarakter daşıyır, işin mahiyyəti üzrə baxılmasına mane olmur, məhkəmə iclasında aradan qaldırıla bilərdi. Qanunun tələbinə görə, yalnız aradan qaldırılması mümkün olmayan qüsurlar olduqda materiallar geri qaytarıla bilər. Hazırkı iş üzrə isə materiallar işə mahiyyəti üzrə baxılması üçün kifayətlidir, mövcud çatışmazlıqlar aradan qaldırıla bilən xarakter daşıyır, hakim isə bu imkanları araşdırmamışdır. Bu isə maddənin formal deyil, mahiyyətinə zidd tətbiqidir. Qəbul edilmiş qərardadda texniki səhvə yol verilmiş, lakin həmin səhvin aradan qaldırılması və yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməmişdir. Hazırkı işdə məhkəmə: tərəfə hər hansı bildiriş göndərməmiş, əlavə sənəd təqdim etmək imkanı yaratmamış, qüsurların aradan qaldırılması üçün heç bir prosessual hərəkət etməmişdir. Bu isə həm “prosessual qənaət”, həm də “ağlabatan müddət” prinsiplərinin pozulmasıdır. Hakimin formal əsaslarla materialları geri qaytarması nəticəsində inzibati xətaya hüquqi qiymət verilməmiş, inzibati məsuliyyət məsələsi açıq qalmış, işin mahiyyəti üzrə baxılması qeyri-müəyyən müddətə təxirə salınmışdır. Bu hal hüququn tətbiqində effektivliyin itirilməsinə və inzibati icraatın məqsədlərinin pozulmasına gətirib çıxarır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin hakimi bu məsələ ilə bağlı bütün zəruri prosessual tədbirləri görmək əvəzinə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri əsassız olaraq geri qaytarmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxsi dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, “Fərhadov İbrahim Nəbi barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair ##.##.2026-cı il tarixli İXP ******* saylı inzibati protokol tərtib olunmuş, lakin məhkəməyə təqdim olunmuş materiallara sürücülük vəsiqəsi əlavə edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadına əsasən eyni əsaslarla material geri qaytarılsa da, qeyd olunan nöqsanlar aradan qaldırılmayaraq təkrar məhkəməyə göndərilmişdir. Daxil olmuş protokol və ona əlavə edilimiş sənədlərin əsli deyil, surəti əlavə edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir”. Göründüyü kimi, iş materiallarında Fərhadov İbrahim Nəbi oğlunun İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən kifayət qədər sübutlar mövcud deyil. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın ləğv edilməsi üçün hər hansı əsaslar müəyyən edilmir və işin göstərilən səbəbdən səlahiyyətli orqana qaytarılması qanunazidd deyil. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən, məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərardadı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 109.1.6-cı maddələrinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 94.2-ci maddəsinə əsasən, sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərardan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır. Göründüyü kimi, Fərhadov İbrahim Nəbi oğlunun İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə tərtib edilməsi üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadda həmin natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi artıq materialları bir dəfə geri qaytarmaqla, səlahiyyətli orqana qüsuru aradan qaldırmaq imkanı vermişdir. Yol Polisi isə bu imkandan istifadə etməyib və eyni səhvi təkrarlayaraq materialları yenidən göndərmişdir. Demək olar ki, ikinci dəfə geri qaytarma halından görünür ki, bu tamamlanması mümkün olan sadə qüsur deyil, sistemli natamamlıqdır. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi məhz sürücülük hüququ ilə bilavasitə bağlı olan inzibati xətanı nəzərdə tutduğundan, sürücülük vəsiqəsinin işdə olmaması, materialların surətinin göndərilməsi xəta tərkibinin əsas elementlərini sübuta yetirmək üçün zəruri olan ilkin sənədin yoxluğu deməkdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar