Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1275/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və zərərçəkmiş şəxs (tələbkar) X2 nümayəndəsi (qızı) Nümayəndə iştirakı ilə, ## #### 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2023-cü il tarixli icra sənədi üzrə borclu tərəfindən qanuni tələblər yerinə yetirilməmişdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (sədrlik edən, hakim İlahə Abbasova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat manat məbləğində cərimə edilmişdir. Həmin qərardan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə şikayət verərək, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını qeyd edib daha ağır inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilimiş qərar qanunvericiliyin tələblərinə uyğun çıxarılmamış, işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. İş üzrə icra materialları və faktiki hallar tam və obyektiv şəkildə araşdırılmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öhdəliyi yerinə yetirməməsi ilə bağlı hallar qəsd kimi qiymətləndirilmiş, lakin bunun obyektiv səbəbləri araşdırılmamışdır. İcra prosesi zamanı borclu şəxsin real maliyyə vəziyyəti və imkanları nəzərə alınmamışdır. İş üzrə sübutlar tam təhlil edilmədən nəticəyə gəlinmişdir. Qərar ədalətli araşdırma prinsiplərinə uyğun qəbul edilməmişdir və nəticə etibarı ilə hüquqi əsaslaşdırma kifayət qədər güclü deyildir. Apellyasiya məhkəməsinin ## ### 2026-cı il tarixdə keçirilən baxış iclası zamanı iş üzrə barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixə, saat 09:35-ə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmiş məhkəmə iclasına gətirilməsi qərara alınmış, həmin tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məhkəmə baxış iclasında təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə şikayətini müdafiə edərək təmin edilməsini, borclu tərəfindən hazırki vaxta kimi hər hansı bir ödəniş olunmadığını göstərərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh verilməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, tələbkar tərəfindən verilmiş şikayət təmin edilməli, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada cərimə edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilməli, inzibati həbsin başlanğıcı şəxsin tutulduğu andan hesablanmalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2023cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 48.250 (qırx səkkiz min iki yüz əlli) manat pul vəsaiti və ödənilmiş 234 (iki yüz otuz dörd) manat dövlət rüsumu alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “İcraata ödənişinin alınması haqqında” ## #### 2023-cü il tarixli qərarından görünür ki, *(***)-****/**** saylı, ## ##### 2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21 və 31.1-ci maddələrinə əsasən inzibati tənbeh inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır və bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh onun şəxsiyyətinə, törətdiyi inzibati xətanın xarakterinə və təqsirinin dərəcəsinə, işin hallarına, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən normalarına uyğun olmamışdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində inzibati xəta üzrə işə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, qətnamə barədə məlumatı olmamışdır. Belə ki, qətnaməni onun qeydiyyatda olduğu usta qəbul etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkarın nümayəndəsinə 1000 manat pul vəsaitini dərhal, qalan məbləği 6 ay ərzində ödəyə biləcəyini bildirmişdir. İş materiallarından görünür ki, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli məhkəmə iclaslarının yeri və vaxtı barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istifadəsində olan +994********** nömrəsinə SMS xəbərdarlıq göndərilmiş, barəsində gətirilmə barədə qərardad qəbul edilərək icraya yönəldilmiş, buna baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya məhkəmə iclasında müəyyən edildi ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırki günə kimi icra sənədi üzrə tələbkara verməli olduğu 48.250 (qırx səkkiz min iki yüz əlli) manat pul vəsaitindən heç bir ödəniş etməmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilməli, inzibati həbsin başlanğıcı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutulduğu andan hesablanmalı və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Xətai RPİ-ə həvalə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134 və135-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. ## #### 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati həbsin başlanğıcı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutulduğu andan hesablansın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1275/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1275/2026
12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver