Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1277/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsi tərəfindən verilmiş *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. ##.##.2026-ci il tarixli MN seriyalı ******** nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunan sənədlərə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdən hesablamaqla sonraki artımlar nəzərə alınmaqla hər ay 2025ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment və ##.##.2023-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 100 (yüz) manat sabit pul məbləğində vəsait tutularaq iddiaçı İlhaszadə Şəbinə Namiq qızının xeyrinə ödənilməlidir. Bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmiş, inzibati həbsin başlanğıcı ## ##### 2026-cı il tarixdən, saat 12:00-dan hesablanmışdır. Qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs apellyasiya qaydasında şikayət verərək, barəsində təyin edilmiş inzibati həbs tənbeh tədbirinin daha yüngül növü cərimə ilə əvəz edilməsi və həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırda heç bir yerdə işləmir və hər hansı sabit gəlir mənbəyi yoxdur. Maddi vəziyyətinin ağır olması səbəbindən icra sənədi üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməkdə çətinlik çəkmişdir. Bununla yanaşı qeyd edir ki, mütəmadi olaraq iş axtarışındadır və bu məqsədlə artıq müvafiq məşğulluq orqanına rəsmi qaydada müraciət etmişdir. Bu hal onun öhdəliklərdən boyun qaçırmaq niyyətində olmadığını, əksinə, gəlir əldə edərək borcun ödənilməsini təmin etmək istədiyini göstərir. Valideynlik məsuliyyətinin fərqində olduğunu bildirir və övladının saxlanılması üçün üzərinə düşən aliment öhdəliyini yerinə yetirməyə çalışır. Mövcud şəraitdə 500 (beş yüz) manat məbləğində ödəniş edə biləcəyini qeyd edir. Eyni zamanda bildirir ki, inzibati həbsdə qalması onun iş tapmaq və gəlir əldə etmək imkanlarını daha da məhdudlaşdırır ki, bu da gələcəkdə aliment öhdəliyinin icrasına mənfi təsir göstərə bilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməsini, həbsdən azad edilərsə qısa zaman ərzində işləyərək aliment borcunu ödəyəcəyini qeyd edərək barəsində təyin edilmiş inzibati həbs tənbeh tədbirinin daha yüngül növü cərimə ilə əvəz edilməsi və həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə tələbkar və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-ci maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, təyin edilmiş 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair ## ##### 2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, ibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Baxılan məsələ üzrə işin bütün faktiki hallarını araşdıraraq hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzbati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək, inzibati qaydada tənbeh etmişdir İş materiallarında olan n Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)- ****/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən ##.##.2023cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdən hesablamaqla sonraki artımlar nəzərə alınmaqla hər ay 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment və ##.##.2023-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 100 (yüz) manat sabit pul məbləğində vəsait tutularaq iddiaçı İlhaszadə Şəbinə Namiq qızının xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata ##.##.2025-ci il tarixdə başlanılmış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası haqqında bildirişin təqdim edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Təqdim edilmiş materiallar məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən ##.##.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixdən hesablamaqla sonraki artımlar nəzərə alınmaqla hər ay 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment və ##.##.2023-cü il təvəllüdlü X1 3 yaşı tamam olanadək cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay 100 (yüz) manat sabit pul məbləğində vəsait tutularaq iddiaçı İlhaszadə Şəbinə Namiq qızının xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Yasamal rayon İcra şöbəsi tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq o, icra sənədini icra etməmişdir. İlk olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün hüquqi qiymət verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib sonuncu barəsində şəxsiyyəti nəzərə alınmaqla inzibati tənbeh olaraq 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tətbiq etmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsi qərar qəbul edərkən onun ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, bu günə qədər aliment borcundan müəyyən qədər ödəniş etməsini, əməlin ictimai təhlükəliliyini nəzərə almayaraq şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq etmişdir. Qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati həbs növündə tənbeh tədbiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla inzibati cərimə tənbeh tədbiri ilə əvəz edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati həbs tənbeh tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi qanunvericilik (İXM-nin 31.4-1-ci) şəxsə münasibətdə inzibati qaydada tətbiq ediləcək cərimə həddini inzibati qaydada tutulmuş şəxs barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq olunmaması ilə müəyyən etməklə yanaşı, cərimə tənbeh tədbirinin yuxarı həddi kimi dörddə üçündən çox ola bilməməsi şərtləndirmişdir. Belə olan halda məhkəmə şəxsin inzibati tutma altında olmaqla, barəsinə birinci instansiya məhkəməsi tərəfindən inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsini nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs daha az miqdarda cərimə növündə tənbeh tətbiri tətbiq oluna bilər. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək, təyin edilmiş həbs növündə tənbeh tədbiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla cərimə tənbeh tədbiri ilə əvəz edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134 və 135.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli bilindiyi İXMin 528.1-ci maddəsi ilə 08 (sıkkiz) gün müddətə təyin edilmiş inzibati həbs cəzası İXM-in 31.4- 1-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbiri ilə əvəz edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş inzibati həbs tənbeh tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Mərkəzinə göndərilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1277/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1277/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver