Məhkəmə qərarları › İş №3(3-6)-1278/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1278/2026

30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1278/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İnzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, X1 Rafiqovnanın nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, ## ###### 1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: *******, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, əlilliyi olmayan, Bakı şəhəri, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol baxılması üçün həmin tarixdə Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 112.922 manat Liu Cəmiləyə alınıb verilməlidir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Həbs müddətinin əvvəli ## ##### 2026-ci il tarixdən hesablanmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, qərarla razı olmadığını bildirərək məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti müdafiə edərək bildirdi ki, qarşı tərəflər razılığa gəldiyini bildirərək məhkəmədən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini, bu mümkün olmadığı təqdirdə təyin edilmiş həbs cəzasının cərimə cəzası ilə əvəz edilməsini xahiş etdi. Məhkəmə iclasında X1 Rafiqovnanın nümayəndəsi (vəkili) Nümayəndə hüquqlarının müdafiə etdiyin şəxsin ərizəsini təqdim edərək yaranmış borcdan qismən 10.000 min manat ödəniş edilməsini bildirdi. Məhkəmədən şikayətin təmin edilməsinə etiraz etmədi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, təyin edilmiş 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, ibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Baxılan məsələ üzrə işin bütün faktiki hallarını araşdıraraq hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzbati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək, inzibati qaydada tənbeh etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ***/**** saylı icra sənədinə əsasən iddiaçı X5 xüsusi mülkiyyətində olan, Xaçmaz rayonu, Maksudkənd kənd ərazisində yerləşən, qeydiyyat nömrəsi 2817019370, reyestr nömrəsi 302013071727 olan 1.14 ha torpaq sahəsi, qeydiyyat nömrəsi 2817019351, reyestr nömrəsi 302013000948 olan 3.31 ha torpaq sahəsi və qeydiyyat nömrəsi 2817019371, reyestr nömrəsi 302013070034 olan 1.12 ha torpaq sahəsi cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alınaraq iddiaçı X4 geri qaytarılmalıdır. Cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 112.982 (yüz on iki min doqquz yüz səksən iki) manat iddiaçı X5 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında ## #### 2024-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icranı könüllü olaraq icra etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında ## #### 2024-cü il tarixli bildirişdən görünür ki, ## #### 2024-cü il tarixli qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı icra vərəqəsində göstərilən tələbin könüllü icra olunması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İlk olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün hüquqi qiymət verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib sonuncu barəsində törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafeyini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin, o cümlədən pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alınmaqla inzibati tənbeh olaraq 10 (on) gün müddətinə inzibati qaydada həbs tətbiq etmişdir. Lakin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən olunmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 Rafiqovnaya icra sənədinə əsasən olan borcundan 10.000 manat bank hesabına ödəmişdir. Bununla bağlı tələbkar məhkəməyə ərizə təqdim etmişdir. Həmçinin ərizədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 3 ay ərzində qətnamənin icra olunmayan hissəsini icra edəcəklərinə dair vəd verilmişdir. Buna əsasən apellyasiya şikayətinin təmin olunmasına etiraz etmir. İş materiallarına əlavə edilmiş ## ##### 2026-cı tarixli qəbzlərdən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə ümümi 10.000 manat tələbkara ödəniş etmişdir. Hazırda da apellyasiya icraatında X1 Rafiqovnanın nümayəndəsi (vəkili) Nümayəndə da ərizədə göstərilənləri təsdiq edərək apellyasiya şikayətin təmin edilməsinə etiraz etmədi. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində birinci instansiya məhkəməsində qərar qəbul olunarkən onun inzibati məsuliyyətindən azad olunması üçün əsaslar olmasa da, hazırda onun zərərçəkmiş şəxsə (tələbkara) borcdan 10.000 manat ödədiyindən və zərərçəkmiş tərəfin apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyindən ona təyin edilmiş inzibati həbs növündə tənbeh tədbiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla inzibati cərimə tənbeh tədbiri ilə əvəz edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati həbs tənbeh tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi qanunvericilik (İXM-nin 31.4-1-ci) şəxsə münasibətdə inzibati qaydada tətbiq ediləcək cərimə həddini inzibati qaydada tutulmuş şəxs barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq olunmaması ilə müəyyən etməklə yanaşı, cərimə tənbeh tədbirinin yuxarı həddi kimi dörddə üçündən çox ola bilməməsi şərtləndirmişdir. Belə olan halda məhkəmə şəxsin inzibati tutma altında olmaqla, barəsinə birinci instansiya məhkəməsi tərəfindən inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsini nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs daha az miqdarda cərimə növündə tənbeh tətbiri tətbiq oluna bilər. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayəti təmin edilməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək, təyin edilmiş həbs növündə tənbeh tədbiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla cərimə tənbeh tədbiri ilə əvəz edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134 və 135.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: İnzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin olunmuş 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 200 (iki yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbiri ilə əvəz edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş inzibati həbs tənbeh tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Mərkəzinə göndərilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar