Məhkəmə qərarları › İş №3(3-6)-1279/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1279/2026

30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1279/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, ##.##.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 10-11 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru, R İsmayılov Fariz Rəhman oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə ## ##### 2026-cı il tarixli, İXP ******* nömrəli protokol tərtib edilərək inzibati xəta haqqında material ilə birlikdə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, həbsdə saxlamanın əvvəlinin ## ##### 2026-cı il tarixdən, saat 16:10-dan hesablanması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının dəyişdiriməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunmuş video görüntüdən bəlli olur ki, sosial şəbəkədə yayımlanan qayda pozuntusu törədən avtomobil “Toyota Camry” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. “CHANGAN EADO PLUGİN HIBRID” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yalnız sərnişin kimi əyləşmişdir. Lakin bu sübut məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə qərarında hadisənin baş vermə tarixi və protokola dair müxtəlif məlumat əks olunmuşdur. Belə ki, hadisənin baş vermə tarixi ## ##### 2026-cı il tarixdə saat 18:56 qeyd olunsa da, şəxsin barəsində inzibati qaydada tutma protokolu ## ##### 2026-cı il tarixdə saat 16:10 dan hesablanmışdır. Məhkəmə tərəfindən qərarda belə bir kobud pozuntuya yol verilmişdir. Faktiki olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdən inzibati qaydada tutulmuşdur. Hadisənin ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilməsi qeyri mümkün idi. Bu hal Xətai Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs baş vermiş hadisənin qeydə alınmasında özünü təqsirli bilərək, ilk dəfə inzibati xəta törətdiyini, törətdiyi əməldən peşman olduğunu bildirsə də, bu hala da məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 511.1.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## ###### 2026-cı il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarixdə saat 18:56-da Xətai rayonu, 8 Noyabr prospektində idarə etdiyi “CHANGAN EADO PLUG-İN HIBRID” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən AR İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulan xətanı törətmiş və barəsində protokol tərtib edilmişdir. Xətai Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş qərardan görünür ki, vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sosial şəbəkələrdə paylaşılan video görüntü əsasında onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olduğu nəzərə alınaraq qeyd olunan fakt əsasında inzibati araşdırma başlanılmışdır. ##.##.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 16:10da inzibati qaydada tutulmuşdur. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmiş və barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Hazırki iş üzrə birinci intansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona istinad edilən inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin etirafedici ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş ## ##### 2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutları bir daha qiymətləndirərək və inzibati xəta hadisəsini əks etdirən video-materiala baxış keçirərək verilmiş apellyasiya şikayətinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “CHANGAN EADO PLUGİN HIBRID” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildə yalnız sərnişin kimi əyləşməsi, yəni ona istinad olunan inzibati xətanı törətməməsi barədə dəlillərin öz təsdiqini tapmadığını və inzibati xətanın törədilməsini istina edən hər hansı əsaslı sübutun müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırma aparmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmə həmçini hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi səmimi peşmançılığını, təqsirinin dərəcəsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin qərarı ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilən inzibati tənbeh növünün və həddinin dəyişdirilməsi üçün hər hansı bir əsas görmür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar