Məhkəmə qərarları › İş №3(3-6)-1281/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1281/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1281/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam oğlunun (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam oğlu) iştirakları ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam oğlunun müdafiəçisi (bundan sonra – müdafiəçi) olmuş Vəkil verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Şöbəsinin (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 510 və 535.1-ci maddələri ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim X1) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam oğlunun ## ##### 2026-cı il tarix, saat 15:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində, “Salyan yolu” adlanan yerin yaxınlığında yerləşən, işlədiyi mağazanın qarşısına karton tullantısını atmasının həmin ərazidə xidmətdə olmuş səlahiyyətli orqanın əməkdaşları tərəfindən aşkar edilməsindən sonra buna görə ona irad bildirilərkən, yüksək səslə danışmaq, mobil telefonu ilə səlahiyyətli orqanın əməkdaşlarını videoçəkilişlə qeydə almaq və sonuncuların qanuni hərəkətlərinə narazılıq etməklə polisin qanuni tələbinə qəsdən tabe olmaması müəyyən edilmiş, bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam oğlunun əməlində Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmamasına görə barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, 150 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Müdafiəçi həmin məhkəmə qərarından şikayət verib, onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam oğlunun Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair hissədə ləğv edilməsi və həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam oğlunun polis əməkdaşlarının ona yaxınlaşıb yerə tullantı atmasını iddia etmələri ilə razılaşmadığı üçün etiraz olaraq və özünü müdafiə məqsədilə videoçəkiliş aparmasını əsassız olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisin qanuni tələblərinə tabe olmama kimi qiymətləndirilmişdir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol bütövlükdə, məhkəmə qərarı isə həmin hissədə qanunsuz və əsassızdır. Apellyasiya məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam oğlu verdiyi şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslərə iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirdiyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam oğlunun (özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillə bağlı olan hissələri istisna olmaqla) və səlahiyyətli orqanın iş üzrə baş vermiş hadisə barədə raport tərtib etmiş əməkdaşı X2 məhkəmə iclasında verdikləri izahatları, eləcə də səlahiyyətli orqanın təqdim etdiyi, hadisə zamanı qeydə alınmış videogörüntüyə əsaslanmaqla, düzgün olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə nəticəyə gəlmişdir. Həmin nəticə işin faktiki hallarına uyğun olmaqla, qanuni və əsaslıdır. Bunun məntiqi nəticəsi olaraq, müdafiəçinin verdiyi şikayətin dəlili əsassızdır. Azərbaycan Respublikasının İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İslam oğlunun müdafiəçisi olmuş Vəkil verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar