Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1283/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəhimov Elmar Eldar oğlu, Məhkəmə iclas katibi Nəcəfova Lamiə Amil qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vəzifəli şəxs və onun nümayəndəsi və vəkili Bakı şəhəri Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun vəkili Nümayəndə, Tələbkar Zərərçəkmiş şəxs, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakları ilə, “xxxx” Mənzil-Tikinti Kooperativinin sədri Vəzifəli şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1200 (min iyi yüz) manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Vəzifəli şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq İ.Müəyyən etdim:
1. Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı ##.##.2026-ci il tarixli və 16(4- **)-**/**** saylı ##.##.2026-cı il tarixli icra sənədlərinin icrası ilə bağlı “xxxx” MTK-nın sədri Vəzifəli şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməmişdir. Bu fakt mənzillərin satışının dayandırılmaması, siyahıya alınma ilə bağlı düzgün məlumatların verilməməsi, 671 mənzilin müqavilə və digər sənədlərinin təqdim edilməməsi ilə təsdiq edilir. Göstərilənlərə əsasən, vəzifəli şəxs Vəzifəli şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı ilə (hakim E.M.Fətəliyev) “xxxx” Mənzil-Tikinti Kooperativinin sədri Vəzifəli şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır.
3. Həmin qərardan Vəzifəli şəxs şikayət verərək Qaradağ rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir.
II.Şikayətin dəlilləri və etirazlar:
4. “xxxx” Mənzil-Tikinti Kooperativinin sədri Vəzifəli şəxs tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırov tələbkarın nümayəndəsi Nazim Seyidovla birlikdə icra hərəkətləri aparmaq üçün iki dəfə xxxx MTK-nın ofisinə gəlmiş, sonuncu gəlişi ##.##.2026-cı il tarixdə olmuşdur. S.Bağırov sonuncu gəlişi zamanı MTK-ya satış qadağan edilməsinə baxmayaraq “xxxx” sosial şəbəkəsində MTKnın mənzil satışlarının davam etməsini iddia etmişdir və şirkətin nümayəndələrindən məsələ ilə bağlı izahatlar almağa başlamışdır. Şirkət təmsilçiləri ona, mənzil satışının məhkəmə qərardadına əsasən dayandırıldığından xəbərdar olduqlarını və belə bir halın olmadığını bildirmişlər. Böyük icra məmuru S.Bağırov şirkətdə mənzil satışı barədə fakt aşkarlamadığına baxmayaraq, MTK-dan məhkəmə qərardan çıxarılanadək mənzil alan şəxslərin mənzillərinin öz mənzillərini satmaları halında MTK-ya müraciət edərək mənzil müqavilələrinin addan-ada keçirilməsi əməliyyatı aparılmasına irad tutmuş, bunu qadağan etdiyini demişdir. Halbuki, Bakı Kommersiya Məhkəməsinin qərardadında konkret olaraq Kooperativ üzvlərinin (mənzil sahiblərinin) öz mənzil paylarının satmasına qadağa qoyulmamış və yalnız Kooperativin satışına qadağa qoyulmuşdur. Əlavə olaraq icra məmuru tərəfindən ##.##.2026-cı il tarixdə tərtib etdiyi Aktda, şəxsiyyəti müəyyən edilməyən anonim şəxsə istinad edilmişdir ki, bu da yolverilməzdir. Qeyd olunmalıdır ki, hazıradək MTK tərəfindən hazıradək 671 mənzil satışı həyata keçirilmişdir ki, bunun da 626-sı Zərərçəkmiş şəxs icraçı direktoru olduğu müddətə həyata keçirilmişdir ki, qeyd olunan satışlarla bağlı siyahı da Qaradağ rayon İcra şöbəsinə təqdim edilmişdir. Qeyd olunan hüquqi normalarda kooperativə üzv qəbul olunan şəxslərin paya malik olmaq və həmin paydan başqasının xeyrinə imtina etməsinə dair hüquqi müddəalar öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, Bakı Kommersiya Məhkəməsinin müvəqqəti təminat tədbiri barəsində qərardadı çıxmamışdan əvvəl MTK-da pay hüququna malik olmuş payçıların sonradan həmin paydan başqa şəxsin xeyrinə imtina etmələri Mənzil Tikinti Kooperativinin hesabına əlavə ödənişin edilməsi ilə nəticələnmir və MTK-nın pay haqqına malik olan üzvlərinin Mülki Məcəllənin sahiblik və istifadə hüquqularının həyata keçirilməsi ilə bağlı müddəları ilə bağlıdır ki, qeyd olunan hüquqların Qaradağ Rayon İcra şöbəsi tərəfindən məhdudlaşdırılması yolverilməzdir. Yəni Bakı Kommersiya Məhkəməsinin məlum qərardadı çıxarıldıqdan sonra MTK tərəfindən yeni mənzillərin alqı-satqısı həyata keçirilməmiş, kooperativdə pay sahibi olan şəxslərin öz iradələrinə əsasən onların paylarından 3-cü şəxslərin xeyrinə imtina olunması ilə bağlı sənədləşmə işləri aparılmışdır ki, bu da alqı-satqı hesab oluna bilməz.
5. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
III. Proses iştirakçılarının izahatları:
6. Apelyasiya icraatında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, MTK tərəfindən Bakı Kommersiya Məhkəməsi tərəfindən məlum qərardad çıxarıldıqdan sonra heç bir satış həyata keçirilməmiş, müfaviq siyahılar icra şöbəsinə təqdim edilmişdir. Kooperativdə pay hüququna malik olan şəxslər tərəfindən öz payından başqa şəxslərin xeyrinə imtina etmələri ilə bağlı hallar olmuşdur ki, bu da alqı-satqı kimi qiymətləndirilə bilməz. Çünki qeyd olunan halda MTK heç bir mənfəət əldə etmir. Bundan başqa, Tiktok sosial şəbəkəsi vasitəsi ilə guya satışın həyata keçirilməsi ilə bağlı qeyd olunanlar həqiqəti əks etdirmir və həmin tiktok səhifəsi “Servis + MTK”nın rəsmi səhifəsi deyildir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Səbuhi Bağırov tələbkarın nümayəndəsi Nazim Seyidovla birlikdə icra hərəkətləri aparmaq üçün iki dəfə xxxx MTK-nm ofisinə gəlmiş, sonuncu gəlişi ##.##.2026-cı il tarixdə olmuşdur. S.Bağırov sonuncu gəlişi zamanı MTK-ya satış qadağan edilməsinə baxmayaraq “xxxx” sosial şəbəkəsində MTK-nm mənzil satışlarının davam etməsini iddia etmişdir və şirkətin nümayəndələrindən məsələ ilə bağlı izahatlar almağa başlamışdır. Şirkət təmsilçiləri ona, mənzil satışının məhkəmə qərardadına əsasən dayandırıldığından əlbəttə ki xəbərdar olduqlarını və belə bir halın olmadığını bildirmişlər. Böyük icra məmuru S.Bağırov şirkətdə mənzil satışı barədə fakt aşkarlamadığına baxmayaraq, MTK-dan məhkəmə qərardan çıxarılanadək mənzil alan şəxslərin mənzillərinin öz mənzillərini satmaları halında MTK-ya müraciət edərək mənzil müqavilələrinin addan-ada keçirilməsi əməliyyatı aparılmasına irad tutmuş, bunu qadağan etdiyini demişdir. Halbuki, Bakı Kommersiya Məhkəməsinin qərardadında konkret olaraq Kooperativ üzvlərinin (mənzil sahiblərinin) öz mənzil paylarının satmasına qadağa qoyulmamış və yalnız Kooperativin satışına qadağa qoyulmuşdur. Əlavə olaraq icra məmuru tərəfindən ##.##.2026-cı il tarixdə tərtib etdiyi Aktda, şəxsiyyəti müəyyən edilməyən anonim şəxsə istinad edilmişdir ki, bu da yolverilməzdir. Qeyd olunmalıdır ki, hazıradək MTK tərəfindən hazıradək 671 mənzil satışı həyata keçirilmişdir ki, bunun da 626-sı Zərərçəkmiş şəxs icraçı direktoru olduğu müddətə həyata keçirilmişdir ki, qeyd olunan satışlarla bağlı siyahı da Qaradağ rayon İcra şöbəsinə təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin müvəqqəti təminat tədbiri barəsində qərardadı çıxmamışdan əvvəl MTK-da pay hüququna malik olmuş payçıların sonradan həmin paydan başqa şəxsin xeyrinə imtina etmələri Mənzil Tikinti Kooperativinin hesabına əlavə ödənişin edilməsi ilə nəticələnmir və MTK-nın pay haqqına malik olan üzvlərinin Mülki Məcəllənin sahiblik və istifadə hüquqularının həyata keçirilməsi ilə bağlı müddəları ilə bağlıdır ki, qeyd olunan hüquqların Qaradağ Rayon İcra şöbəsi tərəfindən məhdudlaşdırılması yolverilməzdir. Yəni Bakı Kommersiya Məhkəməsinin məlum qərardadı çıxarıldıqdan sonra MTK tərəfindən yeni mənzillərin alqı-satqısı həyata keçirilməmiş, kooperativdə pay sahibi olan şəxslərin öz iradələrinə əsasən onların paylarından 3-cü şəxslərin xeyrinə imtina olunması ilə bağlı sənədləşmə işləri aparılmışdır ki, bu da alqı-satqı hesab oluna bilməz. Məhkəmə icraçısı yalnız məhkəmənin qərarında göstərilən tələbləri icra etməlidir. Məhkəmənin müvəqqəti təminat qərarında MTK-nm pay hüququnun ötürülməsinə dair bir qadağa yoxdursa, icra məmurunun bu hərəkəti qanunsuz sayılmalı və səlahiyyətlərini aşmış hesab olunmalıdır. İcra məmuru yalnız kooperativin satışına qoyulan qadağanı icra etməlidir, kooperativ üzvünün pay hüququna sərəncam vermək hüququnu məhdudlaşdırmamalıdır. İcra məmuru bu qanunsuz hərəkətləri ilə mənzil mülkiyyətçilərinin Mülki Məcəllənin 152-ci maddəsində və Mənzil Məcəlləsinin 110-cu maddəsinə əsasən mənzil payının ötürmək hüququnu qanunsuz olaraq məhdudlaşdırır. Məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
7. Apelyasiya icraatında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Vəzifəli şəxs nümayəndəsinin dedikləri ilə razı olduğunu bildirmişdir.
8. Apelyasiya icraatında iştirak edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1 bildirmişdir ki, Bakı şəhəri Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı ##.##.2026-ci il tarixli və 16(4- **)-**/**** saylı ##.##.2026-cı il tarixli icra sənədlərinin icrası ilə bağlı “xxxx” MTK-nın sədri Vəzifəli şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməmişdir. Bu fakt mənzillərin satışının dayandırılmaması, siyahıya alınma ilə bağlı düzgün məlumatların verilməməsi, 671 mənzilin müqavilə və digər sənədlərinin təqdim edilməməsi ilə təsdiq edilir. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı ##.##.2026ci il tarixli və e-**(*-**)-**/**** saylı ##.##.2026-cı il tarixli icra sənədləri mövcuddur. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı ##.##.2026-cı il tarixli icra sənədində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunun başlanğıcının şimal hissəsi ünvanında “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli, 16 mərtəbəli yaşayış kompleksindəki binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin satışının 1 ay müddətində həmin MTK-nın sədri və digər satış hüququna malik olan şəxslərə qadağan edilməsi, satılmış mənzillərin və qeyri-yaşayış sahələrinin 1 ay müddətində siyahıya alınması qeyd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı ##.##.2026-ci il tarixli icra sənədinə əsasən isə, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan-Xəcasən yolunun başlanğıcının şimal hissəsi ünvanında “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli, 16 mərtəbəli yaşayış kompleksindəki binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin satışı “xxxx” MTK-nın sədri və satış hüququna malik olan digər şəxslərə qadağan edilməli və satılmış mənzilləri və qeyri-yaşayış sahələri siyahıya alınmalıdır. İkinci icra sənədi üzrə olan müvəqqəti təminat tədbirinin yekun məhkəmə aktının qanuni qüvvəyə minənə qədər tətbiq edilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)- **/**** saylı ##.##.2026-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar “xxxx” MTK-ya getdikləri zaman tərəfərə icra sənədinin və qanunvericiliyin tələbləri, hüquq və vəzifələri izah olunmuşdur. Bundan başqa satış menecerləri mənzillərin satışlarından xəbərdar olmuşlar. “xxxx” MTK-nın “xxxx” sosial şəbəkəsinin “Diamanti Residence” adlanan rəsmi səhifəsində mənzillərin satışının həyata keçirilməsi üçün reklamlar aparıldığı iş materiallarında mövcuddur. Qaradağ Rayon İcra şöbəsi tərəfindən həmin satışların həyata keçirilib-keçirilmədiyini müəyyən etmək üçün sənədlər tələb edilmiş, lakin sənədlər tam formada icra şöbəsinə təqdim edilməmişdir. xxxx” MTK-ya gedilərək ## ###### 2026-cı il tarixdə Akt tərtib olunaraq əvvəlcə Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı ##.##.2026- ci il tarixli icra sənədi barədə məlumat verilmişdir. Həmin tarixdə “xxxx” MTK tərəfindən satılmış mənzillərin və qeyri-yaşayış sahələrinin siyahının verilməməsinə səbəb qismində bildirilmişdir ki, əvvəlki satışları həyata keçirən subyekt həmin sənədləri özü ilə aparmış və buna görə də həmin sənədləri əldə etmək mümkün olmamışdır. ##.##.2026-cı il tarixdə tələbkar Zərərçəkmiş şəxs 15 vərəqdən ibarət satış cədvəli və satış barədə 1 vərəqdən ibarət ümumi cədvəli, həmin məlumatların doğruluğunun təsdiq edilməsi barədə ərizəni Qaradağ Rayon İcra Şöbəsinə təqdim etmişdir. Həmin cədvəldə olan siyahıda “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli 16 mərtəbəli yaşayış kompleksindən ibarət binalarda ümumi 856 mənzilin olduğu, mənzillərdən 626 mənzilin artıq satıldığı, satılmamış mənzillərin sayının 230 olduğu müəyyyən edilmişdir. Hal-hazırda xxxx” MTK tərəfindən mənzillərin satışı həyata keçirilməkdə davam edir və satışları həyata keçirən satış menecerləri “xxxx” MTK-nın rəsmi işçiləridir. Alqı-satqı müqavilələri icra şöbəsinə təqdim edilmədiyinə görə həmin mənzillərin satıldığı qənaətinə gəlmək mümkün olmuşdur. Həmin alqısatqı müqavilələri hələ də Qaradağ Rayon İcra şöbəsinə tam formada təqdim edilməmişdir. xxxx” Mənzil Tikinti Kooperativinə baxış keçirilən zaman yeni müştərilər gəlmiş və mənzillərin alqı-satqısı həyata keçirilmişdir. Tələbkar tərəfindən təqdim edilən siyahı ilə qarşı tərəfin təqdim etdiyi siyahı ziddiyyət təşkil etdiyindən, 75 alqı-satqı müqaviləsi tələb edilmişdir. Lakin həmin müqavilələrdən sadəcə 57-si təqdim edilmişdir. Buradan da görünür ki, xxxx” MTK tərəfindən pozuntuya yol verilmişdir. Göstərilən hallar icra nümayəndəsinin qanuni göstərişlərinə əməl olunmadığını sübut edir. Məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
9. Apelyasiya icraatında iştirak edən tələbkar Zərərçəkmiş şəxs şikayətin təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
IV. İşin faktiki halları və hüquqi məsələlər: 10.İşin materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib hesab edirəm ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Kommersiya e-**(*-**)-**/**** saylı ##.##.2026-ci il tarixli və **(*-**)-**/**** saylı ##.##.2026-cı il tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir.
12. Qaradağ Rayon İcra şöbəsinin ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin **(*-**)-**/**** saylı ##.##.2026-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır.
13. Bakı şəhəri Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı ##.##.2026-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən yolunun başlanğıcının şimal hissəsi ünvanında “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli, 16 mərtəbəli yaşayış kompleksindıki binalarda mənzilərin və qeyri-yaşayış sahələrinin satışı xxxx MTK-nın sədri və satış hüququna malik olan digər şəxslərə 1 ay müddətinə qadağan edilməsi və satılmış mənzillərin və qeyri-yaşayış sahələri 1 ay müddətinə siyahıya alınması qət edilmişdir.
14. Qaradağ Rayon İcra şöbəsinin ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı ##.##.2026cı il tarixli icra sənədi üzrə icraata başlanmışdır.
15. Bakı şəhəri Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı ##.##.2026-cı il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan-Xocasən yolunun başlanğıcının şimal hissəsi ünvanında “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli, 16 mərtəbəli yaşayış kompleksindəki binalarda mənzilərin və qeyri-yaşayış sahələrinin satışı xxxx MTK-nın sədri və satış hüququna malik olan digər şəxslərə qadağan edilməsi və satılmış mənzilləri və qeyri yaşayış sahələri siyahıya alınması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi “xxxx” MTK-nın sədri Vəzifəli şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab etmişdir ki, onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir.
13. Hesab edirəm ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərəinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırmış, hüquqi faktlara düzgün qiymət vermişdir.
14. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
15. Həmin Qanunun 3.2-ci maddəsinə görə isə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
16. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
17. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xətadır və Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur.
18. İnzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər.
19. Qeyd olunmalıdır ki, qəsdən törədilən inzibati xəta və ya ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və göstərilən hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur.
20. Beləliklə, xxxx” MTK-nın sədri Vəzifəli şəxs Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli icra vərəqələri ilə qoyulmuş qadağalara məhəl qoymadan mənzillərin satışına davam etmiş və həmin icra sənədlərində qeyd olunan siyahının yoxlanılması üçün tələb olunan alqı-satqı müqavilələrini icra məmuruna təqdim etməkdən imtina etmişdir. xxxx” MTK tərəfindən ## ##### 2025 və ## ###### 2026-cı il tarixlərdə tərtib olunmuş alqı-satqı müqavilələrindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocəsən yolu ünvanında inşa edilən 8 girişli, 16 mərtəbəli, yaşayış kopleksinin 12 mərtəbəli binaının giriş 2, yaşayışın 9-cu mərtəbəsi, 2 otaqlı (2A), ** saylı mənzil əvvəlcə ## ##### 2025-ci il tarixdə payçı adlandırılan Nəcəfov İlham Hidayət oğlunun adına rəsmiləşdirilmişdir. Sonradan həmin ** saylı mənzilin ## ###### 2026-cı il tarixdə payçı Nəcəfov İlham Hidayət oğlu tərəfindən yeni payçı Soltanova İradə Hətəm qızına satılması barədə alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli icra vərəqəsi verildikdən sonra ** saylı mənzilin alqı-satqısı “xxxx” MTK tərəfindən aparılmışdır. ** saylı mənzilin altı-satqısı barədə ## ##### 2025-ci il tarixli müqavilədə mənzilin qiyməti 171020 manat, həmin ** saylı mənzilin alqısatqısı barədə ## ###### 2026-cı il tarixli müqavilədə isə mənzilin qiyməti 80480 manat olduğu qeyd edilmişdir. Hər iki müqavilədə ** saylı mənzilin qiymət fərqləri arasında bu qədər kəskin ziddiyətləri vardır, xüsusən də köhnə müqavilədə göstərilən ** saylı mənzilin qiyməti yeni müqavilədə göstərilən mənzilin qiymətindən iki dəfədən çox baha göstərilmişdir. Həmçinin “xxxx” MTK-nın satış menecerləri X2 və X9 “xxxx” MTK tərəfindən “TikTok” sosial şəbəkəsində “Diamanti Residence” profil adı altında mənzillərin satışının aparıldığını təsdiqləmişlər. Qaradağ Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən “xxxx” MTK tərəfindən mənzillərin satışının həyata keçirilməsi həmin MTK-da yerində aşkar edilmiş, hətta “xxxx” MTK-da mənzillərin satışı barədə elanlar barədə maraqlanan vətəndaşa mənzillərin satışı şərtləri həmin MTK-nın satış menecerləri tərəfindən izah edilmiş və vətəndaşa mənzillərin satışı bukleti verilmişdir. Tələbkar Zərərçəkmiş şəxs tərəfindən də “xxxx” MTK tərəfindən mənzillərin satışının həyata keçirildiyi bildirilmişdir. Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xxxx” MTK-dan mənzillərin alqı-satqısı barədə müqavilələrin tələb olunması Bakı Kommersiya Məhkəməsinin icra vəqəsi verildikdən sonrakı tarixlərdə həmin mənzillərin satışlarının aparılıb-aparılmadığının müəyyən edilməsi üçün əhəmiyyətə malikdir. Ona görə də, icra məmuru tərəfindən həmin alqı-satqı müqavilələrinin istənilməsi icra sənədindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Burada məqsəd icra sənədinin icra məmuru tərəfindən qanuni üsullarla icrasının təmin edilməsidir, icra məmuru həmin müqavilələri istəməklə icra vərəqəsi verildikdən sonra “xxxx” MTK tərəfindən mənzillərin satışının davam etdirilib-etdirilməməsini, “xxxx” MTK-nın icra sənədini icra edibetməməsini yoxlamaq istəmişdir. Tələbkar Zərərçəkmiş şəxs və “xxxx” MTK-nın Qaradağ Rayon İcra Şöbəsinə təqdim etdikləri satılmış mənzillərin və qeyri-yaşayış sahələrinin siyahıları arasında kifayət qədər ziddiyətlər vardır. “xxxx” MTK-nın sədri Vəzifəli şəxs mənzillərin satışı hüququna malik şəxslərdən biridir. Hətta Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli icra vərəqəsi üzrə “xxxx” MTK tərəfindən satılmış mənzillərin siyahısı da vaxtında Qaradağ Rayon İcra Şöbəsinə təqdim edilməmişdir. Bu barədə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli icra vərəqələrində də göstərilmişdir. Bütün bunlar, “xxxx” MTK tərəfindən Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli icra vərəqəsi verildikdən sonra da mənzillərin satışının davam etdirildiyini təsdiq edir. Bununla da birinci instansiya məhkəməsinin qərarının ləğv olunması barədə şikayətinin dəlillərinin əsassız olduğu apelyasiya icraatında müəyyən olunmuşdur.
21. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
22. İşin faktiki hallarını təkzib edən dəlillər apelyasiya icraatında müəyyən edilməmişdir.
23. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
24. Göründüyü kimi, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi faktı öz təsdiqini tapmış və işə baxan məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, “xxxx” Mənzil-Tikinti Kooperativinin sədri Vəzifəli şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir.
25. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir.
26. Qeyd olunanlara əsasən belə qənaətə gəlirəm ki, Servis MTK-nin vəzifəli şəxsi Vəzifəli şəxs məhkəmə tərəfindən qoyulmuş konkret qadağalardan xəbərdar olduğu halda icra məmurunun qanuni tələblərini icra etməməsi və sənədlərin təqdim olunmasından yayınması faktı işdəki rəsmi aktlar və protokollarla təkzibedilməz şəkildə təsdiqini tapır. Şikayətçinin “paydan imtina” prosessini satışdan fərqləndirməyə çalışaraq məsuliyyətdən yayınmaq cəhdləri hüquqi əsasa malik deyil, çünki qüvvədə olan təminat tədbiri mənzil fondu üzərində hər hansı sərəncam verilməsini birmənalı qadağan edir. Beləliklə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan irəli sürülən dəlillər həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. 27.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDIM:
Şikayət təmin edilməsin. “xxxx” Mənzil-Tikinti Kooperativinin sədri Vəzifəli şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Hakim Elmar Rəhimov