Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1285/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi nümayəndə2 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə "X1 Sanayi ve Ticaret Anonim Şirketi"xxxxbaş direktoru Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə müəyyən edilən inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd edilən qərar qanunsuz və əsassızdır, məhkəmə qaydasında ləğv edilməlidir. X7 Şirkət ilə ##.##.2025-ci il tarixli əmək müqaviləsi ilə 1 aylıq müddətə əmək müqaviləsi bağlamışdır. Müqaviləsinin bitmə tarixi ##.##.2025-ci il olmuşdur. Tərəflər müqavilə müddətinə dəyişiklik etməmiş, bu səbəbdən müqavilə müddəti hər dəfə eyni müddətə uzadılmış hesab olunmuşdur. Işçi ilə əmək münasibətlərinə əmək müqaviləsinin bitməsi əsası ilə ****/** saylı ## ####### 2025-ci il tarixli xitam əmri ilə xitam verilmişdir. ## ####### 2025-ci il tarixdə işçinin işdən çıxarılması ƏMAS sistemi üzərindən qeydiyyatının aparılmasına cəhdlər olunsa da, sistem xəta vermiş, qeydiyyatı aparmaq mümkün olmamışdır. Xəta zamanı ekrana gələn görüntü sübut üçün saxlanmışdır. Dərhal bununla bağlı X4 Xidmətinin 142 çağrı mərkəzinə Şirkətin əlaqə nömrəsi olan ********** nömrəsi ilə məlumat verilmişdir. Həmin gün işəgötürən X2, Insan resursları bölməsinin rəhbəri Afaq Həsənova və Insan resursları üzrə baş mütəxəssis Xədicə Baxşıyevanın iştirakı ilə ƏMAS-da baş vermiş çətinlik, işçinin işdən azad edilməsinin həmin gün elektron qeydiyyata alına bilinməməsi barədə akt tərtib etmişlər. Işçinin xitam əmrinin qeydiyyata alınması növbəti gün mümkün olmuşdur. Bu səbəbdən Işçinin əmək müqaviləsinə xitam verilməsinə dair bildirişi ## ####### 2025-ci il tarixdə görünməkdədir. Işçi ilə faktiki əmək münasibətlərinə ## ####### 2025-ci il tarixdə xitam verilmişdir. Həmin xitama dair əmrin elektron informasiya yerləşdirilə bilinməməsi Işəgötürənin təqsirli əməli nəticəsində deyil, ƏMAS sisteminin işləməməsi səbəbindən baş vermişdir. Xitam əmrinin ƏMAS sisteminə daxil edilməsi şərt olaraq qoyulubsa onun işlək vəziyyətdə saxlanılması da dövlət orqanının vəzifəsi idi. DƏMX hesab edir ki, elektron informasiya sisteminin işlək olmaması səbəbindən xitam əmrinin elektron sistemə yerləşdirilməsinin mümkün olmaması səbəbindən əmr ləğv edilməli işçi ilə işə götürən əmək münasibətlərinə davam etməlidirlər. Bu isə tərəflərin iradə ifadəsinə zidd olduğu kimi hüququn ruhuna da xələl gətirməkdədir. Həmçinin işçinin əmək müqaviləsinə xitam verən, işçinin iş yeri üzrə məsul olan şəxs X2masına baxmayaraq Inzibati tənbeh qərarı Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmişdir. xxxx ƏMAS sistemi üzərində bildiriş mövcuddur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) əməlində (hərəkət və ya hərəkətsizliyində) hər hansı inzibati xəta tərkibi mövcud deyil. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 192.6-cı maddəsi ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsi əsasızdır. Göstərilənlərə əsasən hesab edir ki, barəsində X4 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər Idarəsinin rəisi Islam Həsənzadə şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarının ləğv edilməsi və X4 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, "xxxx" bildirişə əsasən "X1 Sanayi ve Ticaret Anonim Şirketi"xxxxbaş direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X2 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xitam əmrlərinin daxil edilməsi, əmək müqaviləsinə dəyişiklik edilməsi, yeni əmək müqaviləsinin daxil edilməsi, əmək müqaviləsi bildirişlərinin imzalanması və s. səlahiyyətləri verilmişdir. Qeyd edilənlərdən belə bir nəticəyə gəlinir ki, X2 Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yalnız əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xitam əmrlərinin ƏMAS sisteminə daxil edilməsi səlahiyyəti verilmişdir. Həmçinin həmin bildirişdə də işəgörürənin Qərardan şikayət verən orqan (şəxs) olduğu göstərilir və DƏMX tərəfindən aparılan araşdırmada da bu fakt öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən araşdırma və sübutların qiymətləndirilməsi obyektiv aparılmamışdır. Məhkəmə sadəcə bir tərəfin, xüsusilə vəzifəli şəxsə münasibətdə qərardan şikayət vermiş şəxsin özünümüdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qanunazidd qərar çıxarmışdır. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Altıparmak Barışın əməlində IXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və sübuta yetirilmişdir. Eyni zamanda, Qərardan şikayət verən orqan (şəxs) Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışına uyğun əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik şəxs olduğundan, Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Altıparmak Barışın təqsiri yuxarıda qeyd olunmuş mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi nümayəndə2 apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə prosesinə gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə əvvəcədən məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X7 ilə "X1 Sanayi ve Ticaret Anonim Şirketi"xxxxişəgötürəni arasında ##.##.2025- ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozularaq ##.##.2025-ci il tarixdə, həmin Məcəllənin 68-ci maddəsinin II hissəsinin “b” bəndinə əsasən xitam verildiyi üçün "X1 Sanayi ve Ticaret Anonim Şirketi"xxxxbaş direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.800 manat məbləğində cərimə edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilmiş, pozuntunun aradan qaldırılması üçün 30 gün vaxt müəyyən olunmuşdur. Iş materiallarında olan “xxxx” bildirişdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) səlahiyyət müddəti ##.##.2025 – ##.##.2026-cı il tarixlərini əhatə edir. Iş materiallarında olan “xxxx” bildirişdən görünür ki, X2 səlahiyyət müddəti ##.##.2025 – ##.##.2026-cı il tarixlərini əhatə edir. "X1 Sanayi ve Ticaret Anonim Şirketi"xxxxbaş direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X2 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xitam əmrlərinin daxil edilməsi, əmək müqaviləsinə dəyişiklik edilməsi, yeni əmək müqaviləsinin daxil edilməsi, əmək müqaviləsi bildirişlərinin imzalanması və s. səlahiyyətləri verilmişdir. Iş materiallarında olan ## ####### 2025-ci il tarixli aktdan görünür ki, "X1 Sanayi ve Ticaret Anonim Şirketi"xxxx"Sitalçay-1 istehsalat Müəssisəsinin qurulması" layihəsində ekskavator operatoru çalışan X7 əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar ##.##.2025-ci il tarixdə xitam verilməsi nəzərdə tutulurdu. Lakin xitamı rəsmiləşdirmək üçün ƏMAS sistemində çoxsaylı cəhdlərimizə baxmayaraq sistem işləmədi və xitam verilməsi mümkün olmadı. Bununla bağlı X4 Xidmətinin 142 çağrı mərkəzinə məlumat verilmişdir. Həmçinin xəta zamanı çıxan ekran görüntüsü alındı. Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, Inzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin Inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. IXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. IXM-in 192.6-cı maddəsi işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Hazırkı iş üzrə əmək müqaviləsinə əmək qanunvericiliyində nəzərdə tutulan qaydada xitam verilməməsinin səbəbləri aydınlaşdırılmalı, bunun qəsdən törədilib-törədilmədiyinə qiymət verilməli idi. Şirkətin direktoru Qərardan şikayət verən orqan (şəxs) hər layihə üzrə bir əməkdaşa işçiləri işə götürmək, onlarla əmək müqaviləsi bağlamaq və işdən azad etmək səlahiyyətlərini ötürmüşdür. Bu səlahiyyətlər ayrı-ayrı layihələr üzrə məsul şəxslər olan Ugur Altınısık və X2 da ötürülsə də, IXM-nin 192.6-cı maddəsinin tələblərinin pozulması ilə bağlı qərarlardan biri səlahiyyət ötürən şəxs (Qərardan şikayət verən orqan (şəxs)) barəsində, digəri isə səlahiyyət ötürülən (Ugur Altınısık) barəsində tətbiq edilərək ikili yanaşma sərgilənmişdir. Yuxarıdakı qərarların araşıdırılmasına əsas olan şikayətləri verən işçilərin heç birinin müqavilə üzrə işəgötürəni və ya əmək müqaviləsinə xitam verən səlahiyyətli şəxsi Qərardan şikayət verən orqan (şəxs) olmamışdır. IXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 17-ci maddəsinin qeyd hissəsində vəzfiəli şəxs anlayışına izah verilərək qeyd olunur: "Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən qərar qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1285/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1285/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver