Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1286/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Əli Irfan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıqova Ləman Şahmar qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1, Şikayət vermiş şəxsin müdafiəçisi nümayəndə3 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsindəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilib iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə şikayətin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardan narazı qalan səlahiyyətli orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 ilə “X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) arasında bağlanmış ##.##.2025-ci il tarixli müddətli əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Lakin hakim qərarında X2 ilə "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru arasında ##.##.2025-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozularaq ##.##.2025-ci il tarixdə, həmin Məcəllənin 68.2-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsinə dair əmri vermək səlahiyyəti Uğur Altınısıka aid olduğunu qeyd etmişdir. Bildirilir ki, "Səlahiyyətlərin verilməsinə dair" bildirişə əsasən "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Uğur Altınısıka əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xitam əmrlərinin daxil edilməsi, əmək müqaviləsinə dəyişiklik edilməsi, yeni əmək müqaviləsinin daxil edilməsi, əmək müqaviləsi bildirişlərinin imzalanması və s. səlahiyyətləri verilmişdir. Qeyd edilənlərdən belə bir nəticəyə gəlinir ki, Uğur Altınısık Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yalnız əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xitam əmrlərinin ƏMAS sisteminə daxil edilməsi səlahiyyəti verilmişdir. Həmçinin həmin bildirişdə də işəgörürənin Qərardan şikayət verən orqan (şəxs) olduğu göstərilir və DƏMX tərəfindən aparılan araşdırmada da bu fakt öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən araşdırma və sübutların qiymətləndirilməsi obyektiv aparılmamışdır. Məhkəmə sadəcə bir tərəfin, xüsusilə vəzifəli şəxsə münasibətdə qərardan şikayət vermiş şəxsin özünümüdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qanunazidd qərar çıxarmışdır. Qərardan şikayət verən orqan (şəxs) əməlində IXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur və sübuta yetirilmişdir. Eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışına uyğun əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik şəxs olduğundan, Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Qərardan şikayət verən orqan (şəxs) təqsiri yuxarıda qeyd olunmuş mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək və şikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya icraatında iştirak edən barəsində inzibati xəta üzrə iş aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmədən apellyasiya qaydasında verilmiş şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materialını araşdırıb, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini iş materialına əsasən müqayisəli şəkildə yoxlayıb və proses iştirakçılarını dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 müraciətinə əsasən onunla “X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işəgötürəni arasında bağlanılmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozularaq xitam verildiyi üçün "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsi ilə təqsirli bilinərək 1.700 manat məbləğində cərimə edilmişdir. Inzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, pozuntunun aradan qaldırılması üçün 30 gün vaxt müəyyən olunmuşdur. “Səlahiyyətlərin verilməsinə dair” bildirişdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) səlahiyyət müddəti ##.##.2025-##.##.2026-cı il tarixləri əhatə edir. “Səlahiyyətlərin verilməsinə dair” bildirişdən görünür ki, Uğur Altınısıkın səlahiyyət müddəti ##.##.2025-##.##.2026-cı il tarixləri əhatə edir. "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Uğur Altınısıka əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xitam əmrlərinin daxil edilməsi, əmək müqaviləsinə dəyişiklik edilməsi, yeni əmək müqaviləsinin daxil edilməsi, əmək müqaviləsi bildirişlərinin imzalanması və s. səlahiyyətləri verilmişdir. "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (Uğur Altınısık tərəfindən) ilə X2 arasında bağlanmış ## #### 2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, tərəflər arasında T.Həsənovun Nümayəndəlikdə sürücü vəzifəsində işə götürülməsi barədə ##.##.2025-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (Uğur Altınısık tərəfindən) ilə X2 arasında bağlanmış ## #### 2025-ci il tarixli əmək müqaviləsinə dəyişikliyin surətindən görünür ki, tərəflər arasında T.Həsənovun Nümayəndəlikdə sürücü vəzifəsində işə götürülməsi barədə ##.##.2025ci il tarixinədək 03 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. “Əmək müqaviləsinə xitam verilməsi barədə” Uğur Altınısık tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli, ****/** saylı əmrdən görünür ki, "Kəlbəcər-Laçın avtomobil yolunun km 0-37,7 hissəsinin tikintisi" bölməsində "Sürücü, yük avtomobili" vəzifəsində işləyən X2 ilə bağlanılmış **DQUL******* nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2."b" - əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən ##.##.2025ci il tarixindən xitam verilmişdir. Işçinin ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinə qədər istifadə edilməmiş 7.08 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi əmr edilmişdir. Birinci instansiya məhkəməsi inzibati iş üzrə icraata xitam verərkən mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə təqsirli bilinərək 1.700 manat məbləğində cərimə edilsə də, bu qərarda iddia edilən pozuntu, yəni X2 ilə "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işəgötürəni Uğur Altınısık arasında bağlanılmış müddətli əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilməsinə dair əmri Uğur Altınısık imzalamışdır. Beləliklə, faktla bağlı Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanın subyekti olmadığından onun məsuliyyətə cəlb edilməyi qanunsuz olmuşdur. Bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın əvvəlcə subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi mötəbər sübutlarla müəyyən olunmalı, habelə bu halların təsdiq olunması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası IXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Inzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Inzibati araşdırmanı aparan və qərar qəbul edən orqan X2 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi barədə nəticəyə gəlsə də, “Səlahiyyətlərin verilməsinə dair” bildirişdən görünür ki, Uğur Altınısıkın səlahiyyət müddəti ##.##.2025-##.##.2026-cı il tarixləri əhatə edir. "X3 Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Uğur Altınısıka əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xitam əmrlərinin daxil edilməsi, əmək müqaviləsinə dəyişiklik edilməsi, yeni əmək müqaviləsinin daxil edilməsi, əmək müqaviləsi bildirişlərinin imzalanması və s. səlahiyyətləri verilmişdir. Belə olduğu halda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xətanın törədilməsi və bunda hüquqi şəxsin təqsirinin olması müəyyən və təsdiq olunmamışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, şikayətdə mübahisələndirilən məsələyə birinci instansiya məhkməsində münasibət bildirilərək hüquqi qiymət verildiyindən, məhkəmə təkrarən həmin məsələyə münasibət bildirilməsinə zərurət görmür. Beləliklə, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə onun təqsirliliyi təkzib olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin IXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, işin bütün hallarının məcmusuna ətraflı baxıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) barəsindəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilib iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası IXM-nin 128-134, 138.1.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsindəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilib iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli apellyasiya qaydasında verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1286/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1286/2026
07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver