Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1287/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası IXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsindən daxil olmuş ## ###### 2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə saat 01:00 radələrində «BAIC X7» minik markalı **ZQ*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini duracaqda saxlayarkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməklə avtomobili duracaqda saxlamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Hakim tərəfindən kobud prosessual pozuntuya yol verilmişdir. Iş materiallarında mövcud olan video görüntülərdən açıq şəkildə görünür ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzəri örtülmüşdür. Bu fakt inzibati xətanın obyektiv tərəfinin mövcudluğunu təsdiq edir. Məhkəmə bu sübutlara lazımi hüquqi qiymət verməmişdir. Inzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, nəqliyyat vasitəsinin istismarı ilə bağlı qaydaların pozulmasına görə məsuliyyət, bir qayda olaraq, nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə düşür. Nömrə nişanının örtülməsi faktı mövcud olduğu halda, bu halın baş verməsinə görə məsuliyyətin tamamilə istisna edilməsi əsassızdır. Şahid Şahid ifadəsi təkbaşına şəxsin təqsirsizliyini tam sübuta yetirən mötəbər sübut kimi qəbul edilə bilməz. Onun ifadəsi digər sübutlarla müqayisəli və tənqidi şəkildə qiymətləndirilməli idi. IXM-nin 342.9-cu maddəsi üzrə məsuliyyət üçün nişanın görünüşünün çətinləşdirilməsi faktının özü kifayətdir. Bu hal baş verdiyinə görə, məhkəmənin “təqsir sübuta yetirilməyib” qənaəti qanunun düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Bununla da hakim işin faktiki hallarını düzgün müəyyən etməyərək səhv nəticəyə gəlmişdir. Göründüyü kimi qeyd edilən hallar mübahisəsiz hallardır və aparılan araşdırma zamanı öz təsdiqini tapmışdır, lakin buna baxmayaraq iş üçün əhəmiyyətli olan hallara hakim qiymət verməmiş isin nəticəsində maraqlı olan şəxsləri iş üzrə şahid qismində cəlb edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən kənarda qoymaq üçün qanunazidd prosessual hərəkətləri icra etmişdir.Birinci instansiya məhkəməsi hüquq normalarını sadalamaqla və ümumi sözlərdən istifadə edərək inzibati xəta haqqında protokol üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan iş üzrə icraata xitam vermişdir. Halbuki təqdim edilmiş sübutlara heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməsini və şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib, proses iştirakçısının fikrini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 342.9-cu maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə ilk növbədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Iş materiallarının qarşılıqlı tədqiqindən görünür ki: ## ###### 2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokolda görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə saat 01:00 radələrində «BAIC X7» minik markalı **ZQ*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etmiş və bu səbəbdən də barəsində Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protkol tərtib edilmişdir. Iş materiallarına əlavə edilmiş 01 ədəd diskə baxış keçirilərkən həqiqətən sözügedən avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən kağız kartonun yapışdırıldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid izahatında bildirmişdir ki, o həqiqətən öz təşəbbüsü ilə vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cərimə yazılmasın deyə həmin şəxsin «BAIC X7» minik markalı **ZQ*** dövlət qeydiyyat nişanlı avtomobilinin dövlət nömrə nişanın üzərinə kağız parçası yapışdırmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər tanımamış və həmin şəxs tərəfindən bununla bağlı ona hər hansı göstəriş verilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus «BAIC X7» minik markalı **ZQ*** dövlət qeydiyyat nişanlı avtomobilə həmin şəxsin özü deyil, onun xəbəri və məlumatı olmadan həmin ərazidə olan kənar bir şəxs tərəfindən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük olan kağız vasitədən istifadə edilmiş və bu hal məhkəmə iclasında tədqiq edilmiş videogörüntü və şahid ifadəsi ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırmadan, işin düzgün həlli üçün lazım olan sübutları toplamadan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə əsassız qərar qəbul etmişdir. Bununla da birinci instansiya məhkəməsi gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə prosessual hüquq pozuntusuna yol vermişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus «BAIC X7» minik markalı **ZQ*** dövlət qeydiyyat nişanlı avtomobilə həmin şəxsin özü deyil, onun xəbəri və məlumatı olmadan həmin ərazidə olan kənar bir şəxs tərəfindən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük olan kağız vasitədən istifadə edilməsinə istinad etməsi düzgün deyil. Şahid qismində dindirilmiş şəxsin ifadəsi inandırıcı olmadığından və şəxsi inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədilə verildiyindən mötəbər sübut hesab edilə bilməz. Həmçinin də hadisənin videogörüntüsündən də müəyyən edilir ki, həmin şəxs avtomobildən karton örtüyü çıxaran yol polis əməkdaşlarına inadkarcasına buna görə şəxsə tənbeh verilməməsini xahiş edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun” 37-ci maddəsinin İ-ci hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsünün vəzifəsi yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun * saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Bununla bərabər xatırlatmaq zəruridir ki, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, bununla bağlı hərəkətləri vaxtında və lazımı qaydada icra etmək öhdəliyi (qanunvericiliklə nəzərdə tutulan digər kompleks tədbirlər) həmin vəzifəli şəxslərə (məhkəmə icraatında isə hakimlərə) aiddir. Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən Inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Işin faktiki hallarından məlum olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən inzibati xəta haqqında tərtib olunmuş protokol IXM-nin 76-cı maddəsinə əsasən sübut qismində çıxış edir. Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2026-cı il tarixdə saat 01:00 radələrində «BAIC X7» minik markalı **ZQ*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etməsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən IXM-in 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmaması nəzərə alınmaqla həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət olan predmet müsadirə edilməklə, cərimə növünün minimum həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. IXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın törədilməsində alət olan kağız karton müsadirə edilməklə, barəsində 500 (beş yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1287/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1287/2026
06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver