Məhkəmə qərarları › İş №3(3-6)-1290/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1290/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1290/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Qərardan şikayət verən orqan (şəxs) barəsində DIN DYPI tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş, eyni zamanda şikayətə yaşadığı yer üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması barədə vəsatət təqdim etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə inzibati xətanın törədildiyi yerin Bakı şəhəri Yasamal rayonu ərazisi olması əsas gətirilərək şikayət aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayətçinin yaşayış yeri üzrə baxılması barədə vəsatətinə üstünlük verilməli olması əsas gətirilərək materiala Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmalı olduğu qeyd edilmiş və məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Materialı nəzərdən keçirib hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətinə dair material baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, IXM 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.1-1-ci maddəsinə əsasən 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Bu norma göstərir ki, yaşayış yeri üzrə baxılma ümumi aidiyyət qaydasını dəyişən alternativ imkandır və onun tətbiqi yalnız müvafiq məhkəmənin qiymətləndirməsindən asılıdır. IXM-in 132.1.1-ci maddəsinə əsasən isə şikayətə baxmağa hazırlıq zamanı işin aidiyyət məsələsi, o cümlədən təqdim olunmuş vəsatətlərə münasibət bildirilməsi həmin işə baxmağa səlahiyyətli məhkəmə tərəfindən həll edilməlidir. Qanunun mənasına görə əvvəlcə iş ümumi aidiyyət qaydasına uyğun olaraq müəyyən edilmiş məhkəməyə təqdim olunmalı, bundan sonra isə həmin məhkəmə tərəfindən vəsatətə baxılaraq onun təmin edilib-edilməməsi məsələsi həll edilməlidir. Bu yanaşma həm də “qanunla müəyyən edilmiş məhkəmə” prinsipinin, habelə prosessual ardıcıllığın təmin olunmasına xidmət edir. Iş materiallarından görünür ki, törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi Bakı şəhəri Yasamal rayonu, Zahid Xəlilov küçəsində baş vermişdir. Bu səbəbdən işin ərazi aidiyyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə aiddir. Bu halda şikayətçinin yaşayış yeri üzrə baxılmasına dair vəsatətinə hüquqi qiymət verilməsi də məhz həmin məhkəmə tərəfindən həyata keçirilməlidir. Başqa sözlə, vəsatətə baxılması səlahiyyəti işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəməyə məxsusdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi isə işin ərazi aidiyyəti qaydasına riayət etməmiş, həmçinin vəsatətə münasibət bildirmədən material Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Odur ki, hazırkı material səlahiyyətli məhkəmə kimi vəsatətə hüquqi qiymət verilməsi və təmin olunduğu təqdirdə birbaşa Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi üçün məhz Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) DIN DYPI tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə dair material vəsatətə hüquqi qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar