Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1291/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlu, Məhkəmə iclas katibi X1 iştirakları ilə, müəyyən e t d i m: «xxxx Bank olmayan kredit təşkilatı» ASC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Iş materiallarında olan ##.##.2026-cı il tarixli, IXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «xxxx Bank olmayan kredit təşkilatı» ASC nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmuş, həmçinin mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da «xxxx Bank olmayan kredit təşkilatı» ASC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə «xxxx Bank olmayan kredit təşkilatı» ASC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin direktoru apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin baş ofisi ##.##.2026-cı il tarixindən digər ünvana, yəni Globus Plazanın 16-cı mərtəbəsinə köçmüşdür. Inzibati orqan tərəfindən isə həmin məktub şirkətin köhnə ünvanına göndərilmişdir. Bundan başqa, inzibati orqan tərəfindən təqdim edilmiş iş materiallarından görünür ki həmin məktub Məmmədov soyadlı şəxs tərəfindən qəbul edilmişdir, həmçinin qeyd edilmişdir ki, həmin şəxs şirkətin rəhbər şəxsidir, şirkətin isə o soyadda rəhbər şəxsi yoxdur, hazırda şirkətin direktoru və qanuni nümayəndəsi Turan Ismayılovdur. Məhkəməyə ünvanlandığımız Etiraz və Ərizədə onsuz da həmin soyadlı şəxsin bizim əməkdaşımızın olmadığını, məktub qəbul edilən zaman şirkətin ofisinin digər ünvanda olmasını qeyd etmişik. Bildirirəm ki, məktubu qəbul edən şəxsin hüquqi şəxsin əməkdaşının olmamasına dair məhkəməyə müvafiq Ərizə ilə müraciət olunmuşdur, həmin məktub elektron məhkəmə sisteminə ##.##.2026 və ##.##.2026-cı il tarixində sistemə vurulmuşdur. ##.##.2026-cı il tarixində hüquqi şəxsin Baş ofisinin digər ünvanda fəaliyyət göstərməsi onu sübut edir ki, həmin vaxt köhnə ofisdə 2 hüquqi şəxsin məsul şəxsinin həmin ünvanda olması mümkün deyildir. Bildirmək istəyirəm ki, ümumi qəbul edilmiş praktikaya əsasən hüquqi şəxsin ofisi bağlı olduğuna görə, Azərpoçt əməkdaşları tərəfindən bundan öncə məktubları daimi qəbul edən şəxsin adı qeyd olunaraq sistemə qəbul edilmiş kimi daxil edilir, baxmayaraq ki həmin məktubdan hüquqi şəxsin xəbəri belə olmur, halbuki sorğuya cavab verməməyə məsuliyyətin nədən ibarət olmasına dair hüquqi şəxsdə məlumat möcvuddur. Hesab edirəm ki, bundan mötəbər sübut məhkəməyə təqdim oluna bilməz, rəsmi kabinetdən hüquqi şəxs tərəfindən lazımi məlumatlar məhkəməyə verilmişdir. Bundan başqa bildirmək istəyirəm ki, hüquqi şəxs olaraq inzibati orqanın sorğularına cavab verməyəyə görə müvafiq inzibati məsuliyyətin yaranmasını bilə-bilə həmin sorğulara cavab verməməsi absurd məsələdir. Eyni inzibati orqan tərəfindən eyni tərkibli digər inzibati xətanın törədilməsinə görə Yasamal rayon Məhkəməsinin icraatında 3(5-104)-1764/2026, 3(5-104)-2643/2026, 3(5-104)- 2743/2026, 3(5-104)-2775/2026 və *(*-***)-****/**** saylı işlər olmuşdur. Yasamal rayon Məhkəməsinin Qərarlarına əsasən, hüquqi şəxsin əməllərində inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilmişdir. Həmin Qərarlardan inzibati orqan tərəfindən şikayət verilməmiş, Qərarlar qanuni qüvvəsini almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Bakı şəhəri Yasamal RPI-nin «xxxx Bank olmayan kredit təşkilatı» ASCnin rəhbərliyinə ünvanladığı sorğudan görünür ki, həmin ASC-dən mülkiyyətində olan «Chevrolet Cruze minik» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2026-cı il tarixdə, saat 12:29-da idarə edən sürücü barədə Bakı şəhəri Yasamal RPI-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPI-nin «xxxx Bank olmayan kredit təşkilatı» ASC-nin rəhbərliyinə ünvanladığı sorğu ##.##.2026-cı il tarixdə «xxxx Bank olmayan kredit təşkilatı» ASC-nin məsul şəxsi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Hüquqi şəxs tərəfindən apellyasiya şikayətinin dəlili qismində eyni məhkəmə tərəfindən analoji xarakterli işlərə baxılarkən əməldə inzibati xəta tərkibinin olmaması ilə icraata xitam verildiyi, lakin hazırkı iş üzrə tənbeh tətbiq edildiyi bildirilsə də, məhkəmə şikayətin həmin dəlilini əsaslı hesab etmir. Ona görə ki, tərəfin özünün də apellyasiya şikayətinə qoşma olaraq əlavə etdiyi həmin qərarların da məzmunundan görünür ki, qeyd edilən həmin inzibati işlər üzrə icraata xitam verilmiş olsa belə, həmin işlər hazırkı inzibati iş üzrə analoji xarakter daşımamışdır. Həmin qərarlardan da aydın olur ki, məhkəmə iş üzrə icraata xitam verərkən səlahiyyətli orqan tərəfindən tərtib edilmiş protokolda əks olunmuş məlumatlarla səlahiyyətli orqana ünvanlanmış sorğunun ünvana çatdırılmaması göstərilməklə müvafiq inzibati işlər üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, hazırda mübahisələndirilən qərarla analoji mahiyyət daşıması qeyd edilən həmin qərarlar heç də analoji xarakter daşımamışdır. Həmçinin, həmin qərarlar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımamışdır. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx Bank olmayan kredit təşkilatı» ASC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi Azərbaycan Respublikası IXM-in 339-cu və 347-ci maddəsi ilə tənbeh etmişdir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi «xxxx Bank olmayan kredit təşkilatı» ASC barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, cəmiyyətin təqsirinin dərəcəsini və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırılaşdıran halların müəyyən olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş yeganə tənbeh növü olan cərimə tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası IXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin «xxxx Bank olmayan kredit təşkilatı» ASC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1291/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1291/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver