Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1293/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X5 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Materialdan görünür ki, Bakı şəhəri Yasamal Rayon X2i Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx” Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə tərtib edilmiş ## ###### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Mirsadiq Seyidov) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X2 Şöbəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx Açıq Səhmdar Cəmiyyəti apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək, “xxxx BOKT” Açıq Səhmdar Cəmiyyətinin əməllərində inzibati xəta tərkibi olmadığına görə inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ## #### 2026-cı il, ## ##### 2026-cı il və ## ##### 2026-cı il tarixlərində Ərizə ilə müraciət olunaraq işin faktiki hallarına dair ətraflı məlumat verilmişdir. Ərizədə qeyd edilmişdir ki, hüquqi şəxsin baş ofisi ## ###### 2026-cı il tarixindən digər ünvana, yəni Globus Plazanın 16-cı mərtəbəsinə köçmüşdür. İnzibati orqan tərəfindən isə həmin məktub şirkətin köhnə ünvanına göndərilmişdir. Bundan başqa, inzibati orqan tərəfindən təqdim edilmiş iş materiallarından görünür ki, həmin məktub Məmmədov soyadlı şəxs tərəfindən ## ###### 2026cı il tarixində qəbul edilmişdir, lakin onun adının qeyd edilməməsi həmin məktubun məhz kim tərəfindən qəbul edilməsi aydın olmamışdır, yalnız məhkəmə qərarında məlum olmuşdur ki, həmin məktub Məmmədov Vidadi tərəfindən qəbul edilmişdir. Məmmədov soyadlı həmin şəxsin həmin tarixdə məktubu qəbul etməsi mümkün deyildir, çünki ## ###### 2026-cı il tarixindən hüquqi şəxsin ofisi Globus Plazaya köçürülmüşdür, şəxs də əmək fəaliyyətini yeni ünvanda davam etdirir. Bildirmək istəyir ki, ümumi qəbul edilmiş praktikaya əsasən hüquqi şəxsin ofisi bağlı olduğuna görə, xxxx əməkdaşları tərəfindən bundan öncə məktubları daimi qəbul edən şəxsin adı qeyd olunaraq sistemə qəbul edilmiş kimi daxil edilir, baxmayaraq ki həmin məktubdan hüquqi şəxsin xəbəri belə olmur, halbuki sorğuya cavab verməməyə məsuliyyətin nədən ibarət olmasına dair hüquqi şəxsdə məlumat möcvuddur. Məmmədov adlı əməkdaşın bildirdiyinə görə həmin məktubu onun qəbul etməyi fiziki olaraq mümkün deyildir, əgər lazımdırsa, xəbərnamənin üzərinə çəkilən imzanın Məmmədov Vidadi adlı əməkdaşın olmamasının sübut edilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsinə etiraz etmir. Bundan başqa, Yasamal rayon Polis İdarəsinə hüquqi şəxsin Baş ofisinin yeni ünvana, yəni Globus Plazaya köçürülməsinə dair öncədən ətraflı məlumat verilmişdir. Hüquqi şəxs olaraq inzibati orqanın sorğularına cavab verməyəyə görə müvafiq inzibati məsuliyyətin yaranmasını bilə-bilə həmin sorğulara cavab verməməsi absurd məsələdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx Açıq Səhmdar Cəmiyyəti məhkəməyə elektron ərizə ünvanlayaraq ## ### 2026-cı il tarixində saat 09:30-a təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı inzibati orqan Bakı şəhəri Yasamal Rayon X2i Şöbəsinə məlumat verilsə də, nümayəndənin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, məhkəmə belə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edilir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X2i Şöbəsinin sorğu məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X2i Şöbəsi tərəfindən “Kia Rio minik” markalı, **- AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyətidən xahiş olunmuşdur. İnzibati xəta haqqında ## ###### 2026-cı il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyətinin istifadəsində olan “Kia Rio” markalı, **AF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ## ###### 2026-cı ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X1 portaldan çıxarışdan görünür ki, “Kia Rio minik” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X1 portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrəsi, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. SX*********AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X2i Şöbəsinin sorğu məktubu xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli, müraciətə baxılmasının nəticəsi barədə məktubdan görünür ki, sistem üzərindən axtarış zamanı məlum olmuşdur kı, X2 İdarəsi tərəfindən ## ###### 2026-cı il tarixində AZ**** saylı poçt şöbəsi vasitəsilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bokt ASC-yə ünvanlanmış SX077021262AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub, ## ###### 2026-cı il tarixində ünvan üzrə xidmət göstərən AZ**** saylı poçt şöbəsinə daxil olmuş, ##.##.2026- cı il tarixində alıcıya təhvil verilmişdir (qəbul edən Vidadi Məmmədov). Sözügedən məktubun xəbərnaməsi ## ###### 2026-cı il tarixində AZ**** saylı poçt şöbəsi tərəfindən göndəriciyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ünvanlanmış ## ##### 2026-cı il tarixli məlumatdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında material üzrə işə baxılması ## ##### 2026-cı il tarixə, saat 15:30-a təyin edilmişdir. Aşağıdakı əsaslara görə hesab edirlər ki, inzibati protokol geri qaytarılmalı və inzibati tənbeh verilməməlidir: Belə ki, məhkəmənin diqqətinə çatdırılır ki, hüquqi şəxsin baş ofisi ## ###### 2026-cı il tarixindən digər ünvana, yəni Globus Plazanın 16-cı mərtəbəsinə köçmüşdür. İnzibati orqan tərəfindən isə həmin məktub şirkətin köhnə ünvanına göndərilmişdir, bununla bağlı inzibati orqana məlumat verilmiş, hazırda məktublar yeni ünvana göndərilir; Bundan başqa, inzibati orqan tərəfindən təqdim edilmiş iş materiallarından görünür ki, həmin məktubda poçtun möhürü vurulmaqla soyadı və adı dəqiq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş məktubla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən X8 və Məmmədov Vidadi İskəndər oğlunun adına “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatlar göndərilmiş, həmin məlumatda isə X8 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyətində investisiya şöbəsinin müdiri, Məmmədov Vidadi İskəndər oğlunun isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyətində maliyyə direktoru olduğu görünür. Birinci instansiya məhkəməsi toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış etirazda qeyd edilənlərə tənqidi yanaşıb hesab etmşdir ki, etirazda göstərilən həmin hallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış etirazda “hüquqi şəxsin baş ofisinin ## ###### 2026-cı il tarixindən digər ünvana, yəni Globus Plazanın 16-cı mərtəbəsinə köçdüyü, inzibati orqan tərəfindən isə həmin məktubun şirkətin köhnə ünvanına göndərildiyi, bununla bağlı inzibati orqana məlumat verildiyi” hissəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, hüquqi şəxsin baş ofisinin yeni ünvana köçməyi barədə inzibati orqanın məlumatlandırılması iş materialları ilə sübut edilmir, barəsində protokol tərtib edilən hüquqi şəxs də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Həmçinin səlahiyyətli orqanın məlumatlanması onun həmin ünvana sorğu göndərməməsi öhdəliyi yaratmır. Əksinə hüquqi şəxs faktiki yerləşdiyi yeri dəyişdikdə hüquqi ünvanın rəsmi reysterdə dəyişməsi üçün müraciət etməlidir. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış etirazda “hüquqi şəxsə ünvanlanmış sorğunu qəbul edən əməkdaşın hüquqi şəxslə bağlığının olmadığı” hissəyə münasibətdə məhkəmə qeyd edir ki, işin bütün hallarının hərtərəfli və obyektiv araşdırılması üçün məhkəmə tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlanaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyəti ilə Vidadi Məmmədov arasında əmək münasibətlərinin mövcud olub-olmamasına münasibət bildirilməsi, həmçinin Vidadi Məmmədov ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyəti arasında əmək müqaviləsinin bağlanıb-bağlanmaması, bağlanmış olduğu halda həmin müqavilənin əhatə etdiyi müddət barədə məlumat verilməsi xahiş edilmiş, həmin sorğuya əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş məktubla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən X8 və Məmmədov Vidadi İskəndər oğlunun adına “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatlar göndərilmiş, həmin məlumatda isə X8 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-də investisiya şöbəsinin müdiri, Məmmədov Vidadi İskəndər oğlunun isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyətində maliyyə direktoru olduğu görünmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərdə müəyyən edilmişdir ki, səlahiyyətli orqan Bakı şəhəri Yasamal Rayon X2i Şöbəsi tərəfindən barəsində inzibati icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyətinə istifadəsində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyətininbarəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata münasibətdə xitam verilməlidir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 347-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx ” Açıq Səhmdar Cəmiyyətinə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx Açıq Səhmdar Cəmiyyətinə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, qəbul edilmiş qərar qanunidir, ləğv olunması üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx Açıq Səhmdar Cəmiyyətinin ünvanına onun istifadəsində olan “Kia Rio” markalı, **AF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi X2 Şöbəsi tərəfindən sorğu verilmiş, lakin hüquqi şəxs tərəfindən qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx” Açıq Səhmdar Cəmiyyətinin barəsində qəbul edimiş ## ###### 2026-cı il tarixli İXP ******* nömrəli tənbeh vermə haqqında protokolunun əsaslı olması və Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 105.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. - 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə işin faktiki hallarına və şikayətin əsaslandığı dəlillərə qiymət verərək belə hesab etmişdir ki, göstərilən hallar müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə sübutlarla təsdiqlənir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Məmmədov soyadlı şəxs tərəfindən ## ###### 2026-cı il tarixində qəbul edildiyi göstərilsə də, lakin onun adının qeyd edilməməsi ilə həmin məktubun məhz kim tərəfindən qəbul edilməsi aydın olmaması, yalnız məhkəmə qərarında həmin məktubun Məmmədov Vidadi tərəfindən qəbul edildiyinin məlum olması, lakin Məmmədov soyadlı həmin şəxsin həmin tarixdə məktubu qəbul etməsi mümkün olmaması, ## ###### 2026-cı il tarixindən hüquqi şəxsin ofisi Globus Plazaya köçürülməsi barədə dəlilləri birinci instansiya məhkəməsində də mübahisələndirilmiş və məhkəmə tərəfindən qeyd edilən fakt ətraflı araşdırılaraq qiymət verilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından yenidən həmin dəlillərə qiymət verilməsinə zərurət olmamışdır. Şikayətdə göstərilən dəlillər işdə olan sübutlarla təkzib edildiyindən məhkəmə hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr əsasında verilib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, şikayət təmin edilməməli, “xxxx” BANK OLMAYAN KREDIT TƏŞKILATI Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA ALDI: “xxxx” BANK OLMAYAN KREDIT TƏŞKILATI Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “xxxx” BANK OLMAYAN KREDIT TƏŞKILATI Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı “xxxx” BANK OLMAYAN KREDIT TƏŞKILATI Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyşdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1293/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1293/2026
12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver