Məhkəmə qərarları › İş №3(3-6)-1294/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1294/2026

05.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1294/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X6 iştirakları ilə, müəyyən e t d i m: Bakı şəhəri Yasamal rayon X2 Şöbəsindən daxil olmuş IXP ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-nin istifadəsində olan “Ford Transit” markalı, **JH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı ildə Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmiş, bununla da Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon Polis Idarəsinin X2 Şöbəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından Inzibati Xətalar Məcəlləsinin 53.1.2- ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin direktoru apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin baş ofisi ## ###### 2026-cı il tarixindən digər ünvana, yəni Globus Plazanın 16-cı mərtəbəsinə köçmüşdür. Inzibati orqan tərəfindən isə həmin məktub şirkətin köhnə ünvanına göndərilmişdir. Bundan başqa, inzibati orqan tərəfindən təqdim edilmiş iş materiallarından görünür ki, həmin məktub Məmmədov soyadlı şəxs tərəfindən ## ###### 2026-cı il tarixində qəbul edilmişdir, lakin onun adının qeyd edilməməsi həmin məktubun məhz kim tərəfindən qəbul edilməsi aydın olmamışdır, yalnız məhkəmə qərarında məlum olmuşdur ki, həmin məktub Məmmədov Vidadi tərəfindən qəbul edilmişdir. Bildirmək istəyirəm ki, Məmmədov soyadlı həmin şəxsin həmin tarixdə məktubu qəbul etməsi mümkün deyildir, çünki ## ###### 2026-cı il tarixindən hüquqi şəxsin ofisi Globus Plazaya köçürülmüşdür, şəxs də əmək fəaliyyətini yeni ünvanda davam etdirir. Bildirmək istəyirəm ki, ümumi qəbul edilmiş praktikaya əsasən hüquqi şəxsin ofisi bağlı olduğuna görə, xxxx əməkdaşları tərəfindən bundan öncə məktubları daimi qəbul edən şəxsin adı qeyd olunaraq sistemə qəbul edilmiş kimi daxil edilir, baxmayaraq ki həmin məktubdan hüquqi şəxsin xəbəri belə olmur, halbuki sorğuya cavab verməməyə məsuliyyətin nədən ibarət olmasına dair hüquqi şəxsdə məlumat mövcuddur. Məmmədov adlı əməkdaşın bildirdiyinə görə həmin məktubu onun qəbul etməyi fiziki olaraq mümkün deyildir, əgər lazımdırsa xəbərnamənin üzərinə çəkilən imzanın (əgər varsa) Məmmədov Vidadi adlı əməkdaşın olmamasının sübut edilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsinə etiraz etmir. Bundan başqa, Yasamal rayon Polis Idarəsinə hüquqi şəxsin baş ofisinin yeni ünvana, yəni Globus Plazaya köçürülməsinə dair öncədən ətraflı məlumat verilmişdir. Hesab edirəm ki, bundan mötəbər sübut məhkəməyə təqdim oluna bilməz, rəsmi kabinetdən hüquqi şəxs tərəfindən lazımi məlumatlar məhkəməyə verilmişdir. Bundan başqa bildirmək istəyirəm ki, hüquqi şəxs olaraq inzibati orqanın sorğularına cavab verməyəyə görə müvafiq inzibati məsuliyyətin yaranmasını bilə - bilə həmin sorğulara cavab verməməsi absurd məsələdir. Eyni inzibati orqan tərəfindən eyni tərkibli digər inzibati xətanın törədilməsinə görə Yasamal Rayon Məhkəməsinin icraatında 3(5-104)-1764/2026, 3(5-104)-2643/2026, 3(5-104)-2743/2026, 3(5-104)-2775/2026 və 3(5- 104)- ****/**** saylı işlər olmuşdur. Yasamal Rayon Məhkəməsinin qərarlarına əsasən, hüquqi şəxsin əməllərində inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilmişdir. Həmin qərarlardan inzibati orqan tərəfindən şikayət verilməmiş və qərarlar qanuni qüvvəsini almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Yasamal rayon Polis Idarəsinin X2 Şöbəsinin sorğu məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis Idarəsinin X2 Şöbəsi tərəfindən “Ford Transıt yük” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-dən xahiş olunmuşdur. -Inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, IXP ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-nin istifadəsində olan “Ford Transit” markalı, **JH*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ## ###### 2026-cı ildə Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törədilmişdir. Hüquqi şəxsin ünvanına sorğu göndərilmiş, lakin hüquqi şəxs qanunda nəzərdə tutulmuş müddətdə sorğuya cavab verməmiş, bununla da Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 339.1 və 347ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. - DIN-in DYP Web portaldan çıxarışdan görünür ki, “Ford Transıt yük” markalı, **-JH- *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir. -DIN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrəsi, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. -SX*********AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal rayon Polis Idarəsinin X2 Şöbəsinin sorğu məktubu “Məmmədov Vidadi” adlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. -Məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ## ##### 2026-cı il tarixli, 3(5-104)- ****/**** saylı müraciətə baxılmasının nəticəsi barədə məktubdan görünür ki, sistem üzərindən araşdırma və F-8 çatdırma vərəqinə baxış zamanı məlum olmuşdur kı, ## ###### 2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi vasitəsilə X2 Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bokt ASC-yə ünvanlanan SX077026256AZ ştrix kodlu məktub, ## ###### 2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bokt ASC-nin əməkdaşı Vidadi Məmmədova təhvil verilmişdir. Sözügedən məktubun xəbərnaməsi isə ## ###### 2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi tərəfindən X2 Idarəsinin Abbasov soyadlı əməkdaşına təqdim edilmişdir. Birinci instansiya məhkəməsi toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASCnin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-nin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata münasibətdə isə xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərdə müəyyən edilmişdir ki, səlahiyyətli orqan Bakı şəhəri Yasamal rayon DYPŞ tərəfindən barəsində inzibati icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-yə istifadəsində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC tərəfindən qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qedy edir ki, iş materialları ilə Bakı şəhəri Yasamal rayon X2 Şöbəsi tərəfindən barəsində inzibati icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC-yə istifadəsində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BOKT ASC tərəfindən qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməməsi sübuta yetirilmişdir. Apellyasiya şikayətinin dəlillərində isə inizbati xətanı istisna edən heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. 27-ci maddəsinin VI-İ hissəsinə əsasən Bu Qanunun 27-ci maddəsinin II hissəsinin 1ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsinin sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. 27-ci maddəsinin XIII hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə qeyd edilən inzibati xətanı törətməsi inzibati iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar CəmiyyətiInzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilməsi barədə qanuni və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar