Məhkəmə qərarları › İş №3(3-6)-1296/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1296/2026

12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1296/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, “xxxx” MMC-nin direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən “xxxx” MMC-nin rəhbəri X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə “xxxx” MMC-nin direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayəti verərək Bakı şəhəri, Xətai rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarını ləğv edərək icra məmurunun təqdimatına xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X4 cavabdehlər “xxxx” firmasına və “xxxx” ASC-yə qarşı“cavabdehlərin ünvan 2 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı, ** nömrəli mənzilin alınması üçün “xxxx”ASC ödədiyi 25.812 manat pulun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən alınaraq ona ödənilməsinə”dair iddia tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı Qərarı ilə təmin edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMMC tərəfindən ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilərək, Ali Məhkəmənin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60 və 71-ci maddələrinə və MPM-in 416,417 və 418.1-ci maddələrinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilməsi xahiş olunmuşdur. Konstitusiya Məhkəməsi iş üzrə sənədləri araşdırmış və yalnız ##.##.2024-cü il tarixdə şikayətin Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul edilməsinə imtina Qərarı qəbul etmişdir. Eyni zamanda Qərarın nəticə hissəsində yeni hallar aşkar edildikdə Ali Məhkəməyə müraciət edilməsini qeyd etmişdir. HazırdaƏmanətlərin Sığortalanması Fondundan arayışəldə edilib və bu arayışın dəlilləri yeni açılmış hal kimi nəzərə alınaraq vəkilə Ali Məhkəməyə əlavə kassasiya şikayəti ilə müraciət edilməsi üçün təqdim edilib. Uzun dövr ərzində tələbkar qanunsuz olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən heç bir mötəbər sübut təqdim etmədən əsassız olaraq pul tələbi iddiasındadır. Göründüyü kimi bank tələbkarın ödədiyi vəsaitin onun bankdan götürdüyü məbləğin (154000 AZN) faizinə silindiyini təsdiq edir. Bundan sonra həmin məbləği Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən tələb etmək nəinki absurddur,hətta qanun pozuntusudur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMMC tərəfindən vəkilə müraciət edilmiş, Vəkil *(***)-****/**** saylı iş üzrə Ali Məhkəmənin Plenumuna yeni açılmış faktlarla bağlı əlavə kassasiya şikayəti vermişdir. “xxxx” MMC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 7, 41.2 və 100-cü maddələrini nəzərə alaraq Ali Məhkəməyə verilmiş kassasiya şikayətinin nəticəsi əldə edilənə qədər iş üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək tərəflərindən Ali Məhkəmənin Plenumuna yeni açılmış faktlarla bağlı əlavə kassasiya şikayəti verildiyindən iş üzrə icraatın dayandırılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq protokolu tərtib edən orqanın nümayəndəsi və tələbkar şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokolu tərtib edən orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, “xxxx” MMC-nin direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən cra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Firmasından ("xxxx" Mənzil Tikinti Kooperativi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti) ünvan 2 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı ** nömrəli mənzilin alınması üçün ödənilmiş 25.812 (iyirmi beş min səkkiz yüz on iki) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2019-cu il tarixli icra sənədinə əsasən borclu xxxx Firmasından ünvan 1 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı ** nömrəli mənzilin alınması üçün ödənilmiş 25.812 manat tutularaq tələbkara ödənməlidir. Könüllü icra müddəti bitsə də, icra məmurunun qanuni tələbləri icra olunmamışdır. Birinci instansiya məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək vəzifəli şəxs barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilərək cavabdeh "xxxx" Firmasından ("xxxx" Mənzil Tikinti Kooperativi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti) ünvan 2 ünvanında inşa edilən yeni yaşayış binasından 3 otaqlı ** nömrəli mənzilin alınması üçün ödənilmiş 25.812 (iyirmi beş min səkkiz yüz on iki) manat pul vəsaitinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı X4 ödənilməsinin qət edilməsi, lakin sözügedən icra sənədi üzrə könüllü icra müddətinin bitməsinə baxmayaraq icra məmurunun qanuni tələbləri icra olunmaması işin mübahisələndirilməyən halları kimi öz təsdiqini tapmışdır. Bununla belə, “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətindən göründüyü kimi əsas dəlillər qismində tələbkarın qanunsuz olaraq və heç bir mötəbər sübut təqdim etmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən pul tələbi iddiasında olduğunu qeyd edərək qanuni qüvvəyə minmiş məhkəmə aktını mübahisələndirmiş və bununla əlaqədar Ali Məhkəmənin Plenumuna yeni açılmış faktlarla bağlı əlavə kassasiya şikayəti verildiyindən məhkəməyə ünvanladığı ərizədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 7, 41.2 və 100-cü maddələrini nəzərə alaraq Ali Məhkəməyə verilmiş kassasiya şikayətinin nəticəsi əldə edilənə qədər iş üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən göstərilmiş dəlillərlə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatın dayandırılmasına hər hansı əsasın mövcud olmadığını qeyd edərək apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırılır: - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirakı mümkün olmadıqda; - inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda. Məhkəmə göstərilən normaların tələbləri baxımından “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 7, 41.2 və 100-cü maddələrini nəzərə alaraq Ali Məhkəməyə verilmiş kassasiya şikayətinin nəticəsi əldə edilənə qədər iş üzrə icraatın dayandırılması tələbinə münasibətdə qeyd edir ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədi icra məmurunun qanuni tələblərinin icra olunmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olmaqla inzibati xəta haqqında iş üzrə icraatın predmetini təşkil edir. Belə ki, istinad olunan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 7, 41.2 və 100-cü maddələri məhz inzibati icraat zamanı həmin normalarda göstərilənlərlə əlaqədar iş üzrə icraatın dayandırılması əsaslarını müəyyən etmişdir və hazırki işə münasibətdə icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin icra olunmamasından irəli gələn inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması məhz İnzibati Xətalar Məcəlləsinin 104-cü maddəsində göstərilənlərlə əlaqədar mümkün ola bilər ki, məhkəmə tərəfindən həmin maddədə göstərilən hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətində “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.7-ci maddəsinə münasibətdə (İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda) iş üzrə icraatın dayandırılması tələbinə münasibətdə bir daha onu qeyd edir ki, baxılan iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədi icra məmurunun qanuni tələblərinin icra olunmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olmaqla inzibati xəta haqqında iş üzrə icraatın predmetini təşkil edir ki, müvafiq icra sənədi üzrə icraatın dayandırılması “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra məmurunun səlahiyyətinə aid edilmişdir. Belə olan halda məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən mübahisələndirilən icra sənədinin hazırda qüvvədə olmaqla həmin sənəd üzrə icra məmurunun qanuni tələblərinin icra olunmamasının iş materiallarında olan sübutlara əsasən öz təsdiqini tapdığını və inzibati xəta haqqında iş üzrə icraatın dayandırılmasına qaanunda göstərilən əsasların mövcud olmadığını nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən etmir. Bundan başqa, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tətbiq edilmiş inzibati tənbeh tədbirini müzakirə edib hesab edir ki, birinci instansiya məhkəməsi onun törətdiyi inzibati xətanın xarakterini və şəxsiyyətini nəzərə alaraq ona qanuni və ədalətli inzibati tənbeh tədbiri təyin etmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, “xxxx” MMC-nin direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “xxxx” MMC-nin direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar