Məhkəmə qərarları › İş №3(3-6)-1297/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1297/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1297/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclasının katibi X2, səlahiyyətli orqan Qərarından şikayət verilən orqan yanında X3 Xidmətinin nümayəndəsi Əliyev Elçin İsmayıl oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından Haşımov İlqar Cəbrayıl oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayətçi Haşımov İlqar Cəbrayıl oğlu Qərarından şikayət verilən orqan yanında X3 Xidməti tərəfindən qəbul edilmiş MN ******* saylı, ## ######## 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın əsassız olmasını nəzərə alaraq qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Haşımov İlqar Cəbrayıl oğlu həmçinin Qərarından şikayət verilən orqan yanında X3 Xidməti tərəfindən qəbul edilmiş MN ******* saylı, ## ######## 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə müddətinin bərpa edilməsi barədə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan şikayətçi Haşımov İlqar Cəbrayıl oğlu şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, Qərarından şikayət verilən orqan yanında X3 Xidməti tərəfindən qəbul edilmiş MN ******* saylı, ## ######## 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir (qərarın surəti əlavə edilir). Qeyd edilən qərarla bağlı bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2025-ci il tarixli MN******* nömrəli inzibati xəta haqqında qərarı qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Hesab edir ki, səlahiyyətli orqan tərəfindən heç bir sübut olmadan, eləcə də qanunvericiliyin tələbləri pozulmaqla barəsində əsassız inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında icraat barədə ona heç bir məlumat verilməmiş, xüsusilə qəbul edilmiş qərar ünvanına göndərilməmişdir. Qeyd edilən qərarın mövcudluğunu 2026-cı ilin əvvəlində ASAN Ödəniş portalından öyrənmişdir. Həmin qərarı bir neçə dəfə rəsmi qaydada müraciət etsələr də, əldə edə bilməmişlər (sorğu məktubları əlavədə). Bundan sonra telefon əlaqəsi zamanı X3 əməkdaşları qeyd edilən qərarın elektron olduğunu və yalnız ƏMAS sistemindən əldə edə biləcəyini, həmin qərarı rəsmi qaydada göndərə bilməyəcəklərini qeyd etmişlər. ##.##.2026-cı il tarixdə ƏMAS sistemi üzərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarını rəsmi qaydada əldə etmişdir. Göründüyü kimi həmin qərardan üzrsüz səbəblərdən dolayı vaxtında şikayət edə bilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Əliyev Elçin İsmayıl oğlu məhkəməyə qərarın çatdırılmasına dair sənədlər təqdim edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımı qaydada məlumat verilməsinə baxmayaraq Haşımov İlqar Cəbrayıl oğlu məhkəməyə gəlməmiş, ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının tərəf iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilik şəxsə hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat vermiş, barəsində çıxarılmış hər hansı məhkəmə aktından narazı qaldığı təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətlər ərzində onu mübahisələndirmək, işinə yuxarı istansiya məhkəməsi tərəfindən yenidən baxılmasını imkanını tanımış, üzürlü səbəblər olduqda isə hətta qanunvericiliklə nəzərdə tutulmuş müddətlər ötürülmüş olsa belə onların bərpasını nəzərdə tutmuşdur. Səlahiyyətli orqanın nümayəndəsinin təqdim etdiyi sənədlərdən görünür ki, mübahisələndirilən elektron qərar barədə şikayətçi Asan Pay sistemi vasitəsilə ## ######## 2025-ci il tarixində məlumatlandırılmış, eyni zamanda, Qərarından şikayət verilən orqan yanında X3 Xidməti tərəfindən qəbul edilmiş MN ******* saylı, ## ######## 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ## ###### 2025-ci il tarixində Haşımov İlqar Cəbrayıl oğlunun elektron kabinetinə yerləşdirilmişdir. Buna baxmayaraq, şikayətçi apellyasiya şikayətini ## #### 2026-cı il tarixdə birinci instansiya məhkəməsinə təqdim etmiş, bununla da şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddəti ötürmüşdür. İş materiallarından da göründüyü kimi, qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən üzrsüz səbəbdən 4 aydan da çox müddət keçmiş və şikayətçi bu müddət ərzində şikayət vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Belə olduğu halda, birinci instansiya məhkəməsi buraxılmış müddətin bərpa edilməməsinə dair vəsatəti təmin etməməklə haqlı olmamışdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qərardan müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Belə ki, Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, vəsatətdə göstərdiyi hallar apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəblərə görə buraxmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərardadından verilmiş apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Şikayət təmin edilməsin. Şikayətçi Haşımov İlqar Cəbrayıl oğlunun Qərarından şikayət verilən orqan yanında X3 Xidməti tərəfindən qəbul edilmiş MN ******* saylı, ## ######## 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpa olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar