Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1299/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) AR İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 18.03,2026-cı il tarixdə elektron qaydada inzibati tənbeh olunduğum barədə məlumat almış. SMS radar portalı vasitəsilə məlumatlara baxdıqda gördü ki, o, EQ******** №-li elektron qərar əsasında İXM- nin 327.1- 1-ci maddəsi ilə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə 100 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Pozuntu **VY*** DQN-lı avtomobillə Sabunçu körpüsü-Zabrat istiqamətində ##.##.2026-cı il tarixdə qeydə alınıb. Lakin dəqiq bilir ki, həmin tarixdə həmin yerdə heç bir yol hərəkəti pozuntusuna yol verməmişdir. Portalda olan fotoşəkillərə baxdıqda görünür ki, o, sağa dönmə işığını yandırıb körpüdən sağa dönməyə doğru hərəkət edir. "Avtobus zolağı"na isə oraya keçməyə icazə verilən qırıq-qırıq nişanlama xəttindən keçmişdir. Bu səbəbdən heç bir yol hərəkəti qaydasını pozmamış, barəsində yazılmış cərimə qərarı isə səhvdir. İXM-nın 327.1-1-ci maddəsinin dispozisiyasına görə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla. 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi inzibati xəta sayılır. Burada mənə münasibətdə "açar sözlər" "Yol hərəkəti hacıcıında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla sözləridir. Belə ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin IV hissəsinə əsasən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Beləliklə, hesab edir ki, o, qanunla yol verilən qaydada və yerdə "avtobus zolağı" ilə hərəkət etməklə yol hərəkəti qaydasını pozmadığına görə inzibati xəta tərkibi və hadisəsi olmadığından barəsində qəbul edilmiş cərimə qərarı aşağıda göstərilən İXM-nın tələblərinə uyğun olaraq ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi və qeyd edilən qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qərarından narazı qalan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş protokol görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində saat 18.10 radələrində Sabunçu körpüsü - Zabrat istiqamətində ** VY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkətini davam etdirmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Görüntüdən də görünür ki, sağa dönmək üçün Qərardan şikayət verən orqan (şəxs) həmin zolağa girməsinə icazə verən nişandan deyil, daha əvvəl daxil olmuşdur. Bunu təsdiq edən görüntüyə məhkəməyə baxış keçirilmişdir. Qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində saat 18.10 radələrində Sabunçu körpüsü - Zabrat istiqamətində ** VY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkətini davam etdirmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Qanunun 36-cı maddəsində sürücünün vəzifələri sırasında göstərilir ki, sürücü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Həmin Qanunun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində saat 18.10 radələrində Sabunçu körpüsü - Zabrat istiqamətində ** VY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXMnin 327.1-1-ci maddəsində nəzərdə tutulan ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkətini davam etdirmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şikayətdə qeyd olunan hallar qərarın ləğv edilməsi üçün əsas deyildir. Şikayətçi sağa manevr etdiyi üçün həmin yola girməkdə haqlı olduğunu bildirsə də görüntüdən qırıq-qırıq xəttin olmadığı görünmüş və qayda pozuntusunun olması təsdiqini tapmışdır. Bu qeyd olunanlar iş materiallarında olan kamera görüntüləri (foto şəkillər) ilə öz təsdiqini tapmışdır, Qərardan şikayət verən orqan (şəxs) xətanın qeydə alınması zamanı idarə etdiyi nəqliyyat vasitəsi ilə ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmadan yalnız sərnişini mindirmək və ya düşürmək üçün həmin zolağa keçib dayanmaq və dərhal da hərəkətə başlayıb zolağı tərk etməli olduğu halda, zolağı tərk etməyib, hərəkəti həmin zolaqla davam etdirmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1299/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1299/2026
12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver