Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1300/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, Protokol tərtib edən orqanlar nümayəndəsi nümayəndə1 iştirakı ilə, “ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından “ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Protokol tərtib edən orqanlar tərəfindən “ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ###### 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 58500 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş və ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 58500 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə “ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli biliib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 58500 (beş yüz səksən beş min) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında olan 11700 (on bir min yeddi yüz) ABŞ dolları, yəni (Protokol tərtib edən orqanlar müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 19890 (on doqquz min səkkiz yüz doxsan) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından “ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ************** nömrəli yük gömrük bəyannamələrinin tərtibi zamanı müqavilə məlumatlarının daxil edilməsi hissəsində texniki ə uyğunsuzluq baş vermişdir. Belə ki, qeyd olunan yük gömrük bəyannaməsində müqavilə tarixi və nömrəsi texniki səhv nəticəsində düzgün əks etdirilməmişdir. Yük gömrük bəyannaməsi ilə ödəniş sənədləri arasında yeganə uyğunsuzluq yük gömrük bəyannaməsinin 44-cü sətrinin (təqdim olunan sənədlər) 4011 bəndində müqavilə nömrəsinin səhv qeyd olunmasıdır. İnvosyda (avans ödənişində) müqavilə nömrəsi "PL******** saylı göstərilməsinə baxmayaraq, broker texniki səhvə yol verərək bəyannamələrdə müqavilə nömrəsini "PL20240315" qeyd etmişdir. Bəyannamədəki digər məlumatlara diqqət edilərsə, ölkəyə idxal olunan malların sənədlərindəki məlumatlarla (hesab faktura, nəqliyyatın nömrəsi və sair) bəyannamədəki məlumatlar tam eynidir. Bu da onu göstərir ki, malların alışı üçün MMC tərəfindən ölkədən kənara edilən 31243 ABŞ dolları müqabilində alınan mallar ************** nömrəli yük gömrük bəyannaməsi əsasında ölkəyə idxal olunmuşdur. Göstərilənlərə əsasən, ************** nömrəli yük gömrük bəyannaməsinin 44-cü sətrinin (təqdim olunan sənədlər) 4011 bəndində müqavilə nömrəsinin "PL20240305" nömrə ilə dəyişdirilməsi barədə Bakı Baş Gömrük İdarəsinə ## #### 2026-cı il tarixdə rəsmi müraciət olunmuşdur. Məktub Gömrük Komitəsində icra mərhələsində olduğundan və prosedur olaraq cavab məktubunun təqdim edilməsi mümkün olmamışdır. Hər bir halda mallar ölkəyə idxal edilmişdir. Bundan əlavə, müqavilə şərtlərinə əsasən malların ödənişi əvvəlcədən ümumi məbləğ üzrə həyata keçirilir. Mallar yola salındıqdan sonra faktiki çəki müəyyən edilir və hər partiya üzrə yekun miqdara uyğun olaraq yeni invoyslar təqdim olunur. Bu isə əvvəlcədən ödəniş üçün təqdim edilən invoys ilə sonradan gömrük rəsmiləşdirilməsi üçün təqdim edilen invoys arasında fərqin yaranmasını obyektiv və iqtisadi baxımdan əsaslandırır. Məhkəmə iclasında iştirak edən Protokol tərtib edən orqanlar nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi nümayəndə2 məhkəməyə məlumat təqdim edərək məhkəmə iclasında iştirak edə bilmədiyini bildirib şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə lazımi qaydada rəsmi məlumatlandırılmasına baxmayaraq MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir, məhkəmə iclasın nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayətini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## ###### 2024-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, “ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “CAN LTD. POLATLAR GIDA TEKS.İNŞ. AKR. NAK. ITH. IHR. TİC. LTD. ŞTİ” şirkətinə 58500 ABŞ dolları vəsaitin köçürülməsinə dair “xxxx” ASC-yə ödəniş tapşırığı verimişdir. “xxxx” ASC tərəfindən ## ###### 2026-cı il tarixli Protokol tərtib edən orqanlar ünvanlanmış məktubdan görünür ki, “ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyəti ## ###### 2024-cü il tarixində 58500 ABŞ dolları vəsaiti xaricə köçürmüş, ödəniş günündən 2 (iki) il keçməsinə baxmayaraq malların ölkəyə daxil olduğunu təstiqləyən sənədləri banka təqdim etməmişdir. Protokol tərtib edən orqanlar tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 58500 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş və ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 58500 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2026cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. “ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə göndərilmiş ərizələrdən görünür ki, ************** nömrəli yük gömrük bəyannamələrinin tərtibi zamanı müqavilə məlumatlarının daxil edilməsi hissəsinde texniki xarakterli uyğunsuzluq baş vermişdir. Belə ki, qeyd olunan yük gömrük bəyannaməsində müqavilə tarixi və nömrəsi texniki səhv nəticəsində düzgün əks etdirilməmişdir. Yük gömrük bəyannaməsi ilə ödəniş sənədləri arasında yeganə uyğunsuzluq yük gömrük bəyannaməsinin 44-cü sətrinin (təqdim olunan sənədlər) 4011 bandində müqavilə nömrəsinin səhv qeyd olunmasıdır. Invosyda (avans ödənişində) müqavilə nömrəsi “PL20240305” saylı göstərilməsinə baxmayaraq, broker texniki səhvə yol verərək bəyannamələrdə müqavilə nömrəsini “PL20240315” qeyd etmişdir. Bəyannamədəki digər məlumatlara diqqət edilərsə, ölkəyə idxal olunan malların sənədlərindəki məlumatlarla (Hesab Faktura, Nəqliyyatın nömrəsi və sair) bəyannamədəki məlumatlar tam eynidir. Bu da onu göstərir ki, malların alışı üçün Cəmiyyət tərəfindən ölkədən kənara edilən 31243 ABŞ dolları mügabilində alınan mallar ************** nömrəli yük gömrük bəyannaməsi əsasında ölkəyə idxal olunmuşdur. ************** nömrəli yük gömrük bəyannaməsinin 44-cü sətrinin (təqdim olunan sənədlər) 4011 bəndində müqavilə nömrəsinin “PL20240305” nömrə ilə dəyişdirilməsi barədə barədə Bakı Baş Gömrük İdarəsinə ## #### 2026-cı il tarixdə rəsmi müraciət olunmuşdur. Hazırda həmin məktubun icra olunmasını gözləyirlər. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. Beləliklə, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan “ALİZADEH” MMCnin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tamamilə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi qənaətinə gələrkən tutmuş olduğu mövqeni əsaslı və mötəbər hesab edir. Belə ki, Protokol tərtib edən orqanlar Heyəti tərəfindən təsdiq edilmiş qaydalardan da müəyyən olunduğu kimi, ölkədən çıxarılan valyuta vəsaitinin qarşılığı olaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlər müvafiq orqana qanunvericiliklə müəyyən olunmuş müddət ərzində təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Protokol tərtib edən orqanlar İdarə Heyətinin ## ###### 2016-cı il tarixli **/* saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3cü bəndinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, “ALİZADEH” MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hallar inzibati xəta haqqında işin icraatını istisna etmir və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməməklə işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz, məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. İrəli sürülən dəlillər isə hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd kimi qiymətləndirilməklə özünü müdafiə xarakteri daşımaqla əsassızdır və nəzərə alınmır. Apellyasiya şikayətində qeyd edilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Bu baxımdan verilmiş apellyasiya şikayəti formal mülahizələrə əsaslanmaqla hüquqi şəxsin məsuliyyətdən yayınma cəhdinə xidmət edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ““ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyəti 58500.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ## ###### 2024-cü il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Həmçinin qeyd edilməlidir ki, “ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə göndərilmiş mülahizədə ************** nömrəli yük gömrük bəyannamələrinin tərtibi zamanı müqavilə məlumatlarının daxil edilməsi hissəsində texniki xarakterli uyğunsuzluq baş verdiyi, bəyannamədə müqavilə tarixi və nömrəsinin texniki səhv nəticəsində düzgün əks etdirilmədiyini, yük gömrük bəyannaməsi ilə ödəniş sənədləri arasında yeganə uyğunsuzluq YGB-nin 44-cü sətrinin 4011 bandində müqavilə nömrəsinin səhv qeyd olunması olduğunu, invosyda (avans ödənişində) müqavilə nömrəsi “PL20240305” saylı göstərilməsinə baxmayaraq, brokerin texniki səhvə yol verərək bəyannamələrdə müqavilə nömrəsini “PL20240315” qeyd etdiyini, Cəmiyyət tərəfindən ölkədən kənara köçürülən 31243.00 ABŞ dolları müqabilində alınan malların ************** nömrəli YGB əsasında ölkəyə idxal olunduğunu, həmin YGB-nin 44-cü sətrinin (təqdim olunan sənədlər) 4011 bəndində müqavilə nömrəsinin “PL20240305” nömrə ilə dəyişdirilməsi barədə Bakı Baş Gömrük İdarəsinə ## #### 2026-cı il tarixdə rəsmi müraciət olunladıqlarını və məktubun icrasını gözlədiklərini bildirsələr də, məhkəmə iclasında toplanmış sübutlarla “ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış mülahizədə göstərilə dəlillər Protokol tərtib edən orqanlar nümayəndəsi nümayəndə3 elektron qaydada məhkəməyə ünvanladığı mülahizə ilə təkzib edilmiş və 01241000223224 sorğu nömrəli yük gömrük bəyannaməsinin hazırda baxılan iş üzrə heç bir əlaqəsinin olmaması müəyyən edilmişdir. Bundan başqa MMC tərəfindən məhkəməyə əlavə vaxt verilməsi ilə bağlı vəsatət daxil olmuş, məhkəmə uzatma qərardadı qəbul edərək icraatı 1 ay müddətinədək uzatsa da, MMC tərəfindən zəruri sübut və sənəd məhkəməyə təqdim edilməmişdir”. Birinci instansiya məhkəməsi həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İXM-in 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”-nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2024-cü il tarixli qərardadın istinad edərək qeyd etmişdir ki, “vasitəçiliklə bağlı işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olub-olmaması, müqavilənin görüntü üçün bağlanıbbağlanmaması, vasitəçilik haqqında müqavilənin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılmalıdır. İş materialları araşdırılarkən tərəflər arasında vasitəçilik münasibətlərini müəyyən etmək mümkün olmamış, tərəflər arasında ancaq malların alınması nəzərdə tutulduğu müəyyən edilmişdir. Bu vəziyyətdə məhkəmənin vəzifəsi həmin müqavilə üzrə malların ölkəyə idxal olunub-olunmamasını və ya pul vəsaitinin geri qaytarılıbqaytarılmamasını yoxlamaqdır ki, təqdim edilmiş sənədlərdən də bunu müəyyən etmək mümkün olmur”. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi malların idxal olunduğunu qeyd etsə də, iş materiallarında olan sənədlər və məhkəmə iclasında təqdim edilmiş bəyannamədəki məlumatlar üst-üstə düşmədiyindən məhkəmə həmin sənədlərin məhkəmədə səhih tədqiqinə əsaslanmaqla hesab edir ki, bu hal iş materialları ilə heç bir halda təsdiq edilmir. Bundan əlavə, iş materiallarından aydın olur ki, işin apellyasiya baxışından iki ay öncə - ## #### 2026-cı il tarixdə MMC tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, onlar tərəfindən ## #### 2026-cı il tarixdə Bakı şəhər Baş Gömrük İdarəsinə müraciət edilmiş, lakin hazırkı apellyasiya baxışında da iddia edilən “texniki yanlışlıq” uzun müddətdir aradan qaldırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin həmin ərizədən sonra qəbul edilən ## #### 2026cı il tarixli *(*-**)-****/**** saylı qərardadından görünür ki, materiala baxılma müddəti 01 (bir) ayadək uzadılmışdır. Hazırda apellyasiya baxışında da MMC-nin nümayəndəsi tərəfindən məhkəmə iclasının qeyri-müəyyən müddətə təxirə salınması xahiş olunsa da, 02 (iki) ay sonra məhkəmə prosesinin birinci instansiya məhkəməsində olduğu kimi təkrarən konkret müddət göstərilmədən təxirə salınmasını tələb etmək məhkəmə icraatının lüzumsuz uzadılması, məhkəmə baxışını ləngitmək məqsədi kimi qiymətləndirilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsində baxış zamanı Mərkəzi Bankın nümayəndəsi nümayəndə3 tərəfindən ərizə təqdim edilmiş və qeyd etmişdir ki, “"ALİZADEH" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş yazılı mülahizədə avans ödənişinə görə müvafiq malların 01241000223224 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə ölkəyə idxal olunduğu və adıçəkilən bəyannamədəki yeganə uyğunsuzluğun müqavilə məlumatları olduğu göstərilir. Bununla əlaqədar həmin bəyannamə elektron gömrük portalı vasitəsilə kağız vasitəsilə çap edilmiş və bəyannamənin hazırkı inzibati xəta işi üzrə avans ödənişinə hansısa aidiyyəti müəyyən edilməmişdir. Belə ki, avans ödənişi “CAN LTD. POLATLAR GIDA TEKS.İNŞ. AKR.NAK.İTH. IHR.” adlı Türkiyə şirkətinə ödənilsə də, malgöndərən qismində “xxxx” adlı Çin şirkətidir. Eyni zamanda, bəyannamənin təkcə müqavilə (bəyannamənin **** nömrəli xanası) deyil, həmçinin invoys məlumatlarının (**** nömrəli xana) da avans ödənişinin həyata keçirildiyi müqavilə və invoys məlumatları ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilir. Eyni zamanda, 01241000223224 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə ölkəyə idxal olunmuş mallarla işdəki invoysda qeyd olunmuş mallar fərqlidir. Belə ki, bəyannamə ilə ölkəyə “dupil mismarı”nın idxal olunduğu qeyd olunur. Lakin işdəki invoysda polad hissələrin ölkəyə idxalından bəhs edilir. Göründüyü kimi, nümayəndə tərəfindən təqdim olunmuş bəyannamə heç bir halda avans ödənişinə uyğunluq təşkil etmir. Bu səbəbdən də, iş üzrə inzibati tənbeh tətbiq edilməsini və işə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edirik”. Göründüyü kimi, Mərkəzi Bankın nümayəndəsi bildirib ki, həmin bəyannamənin uyğunsuzluğu təkcə müqavilə nömrəsində deyil, invoys məlumatları (8001 xanası) da fərqlidir, malgöndərən fərqli ölkənin (Çin) şirkətidir, hətta malların özü fərqlidir (“dupil mismarı” – polad hissələr). Artıq bu halda “texniki səhv” arqumenti əsassız olur, “texniki səhv”in mövcudluğunun israrına yönəlmiş dəlillər təkzib olunur və nəticə dəyişməzdir. Həmçinin apellyasiya şikayətindən görünür ki, MMC iddia edir ki, ölkədən kənara köçürülən 31243 ABŞ dolları müqabilində mallar idxal olunub. Lakin ## ###### 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “ALİZADEH” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 58500 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüdür. Beləliklə, məhkəmə hazırkı mərhələdə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini istisna edən heç bir hal aşkar etmir. Həmçinin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin apellyasiya şikayətində qeyd etdiyi hallarla bağlı qeyd edir ki, apellyasiya şikayətində göstərilnlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyil. İnzibati xəta törətmiş “ALİZADEH” MMC barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi “ALİZADEH” MMC-nin barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, cəmiyyətin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş tənbeh növü olan cərimənin minimum həddini tətbiq etmişdir ki, bu da öz növbəsində İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göründüyü kimi, “ALİZADEH” MMC tərəfindən ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüş vəsait hesabına alınan malların vəsaitin köçürüldüyü gündən iki il müddətində ölkəyə idxal olunmasını təsdiq edəcək sənədlər nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə hazırkı vaxtadək təqdim olunmamışdır. “ALİZADEH” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, “ALİZADEH” MMC tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan və “ALİZADEH” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən mübahisələndirilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. “ALİZADEH” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1300/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1300/2026
20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver