Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1301/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi Əliyev Elçin İsmayıl oğlunun iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi (bundan sonra – səlahiyyətli orqan) qəbul etdiyi inzibati tənbeh vermə haqqında 25 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarla “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) səlahiyyətli orqanın X2 verdiyi müraciət əsasında araşdırma apararkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Cəmiyyətə göndərdiyi ## ###### 2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli sorğu məktubunun çatdırılmasına baxmayaraq, səlahiyyətli orqana göstərilən məktubda qeyd edilmiş sənədlərin 7 iş günü ərzində tam şəkildə təqdim edilməməsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-nin) 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmiş, barəsində 1000 manat məbləğində inzibati cəriməni şərti olaraq tətbiq etmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə verdiyi şikayətində onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim İbrahimova Aytəkin Nazim qızı) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməsi, səlahiyyətli orqanın qəbul etdiyi inzibati tənbeh vermə haqqında 25 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin məhkəmə qərarından X4 Xidmətinin hüquq idarəsi şikayət verib, onun ləğv edilməsi və səlahiyyətli orqanın qəbul etdiyi 25 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, səlahiyyətli orqan X2 müraciəti əsasında araşdırma aparması ilə əlaqədar “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə göndərdiyi ## ###### 2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli məktubunda qeyd etdiyi sənədlərin 7 iş günü müddətində təqdim edilməsini tələb etmiş, həmin Cəmiyyət bu məktubda göstərilən sənədləri tam təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində yalnız sənədlərin təqdim edilməməsinə görə deyil, həmçinin sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğundan, iş üzrə birinci instansiya məhkəməsinin inzibati xəta hadisəsinin olmamasına dair müvafiq nəticəyə gəlməsi qanuna ziddir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi Əliyev Elçin İsmayıl oğlu şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, səlahiyyətli orqanın hazırki iş üzrə Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında 25 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarında göstərilmiş işin faktiki halları ilə eyni olmuş, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC barəsində tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol üzrə icraata Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə xitam verildiyinə və həmin məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanıldığına görə hazırki iş üzrə birinci instansiya məhkəməsi müvafiq qərar qəbul edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslı, səlahiyyətli orqanın verdiyi şikayət əsassızdır. Buna görə də səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1301/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1301/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver