Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1302/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Qərarından şikayət verilən orqan yanında X29 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X17 iştirakı ilə, X72 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Bançini Françeskonun nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X72 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə Bançini Françeskonun şikayəti təmin edilməmiş və Qərarından şikayət verilən orqan yanında X29 Xidmətinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı "inzibati tənbeh vermə haqqında” elektron qərarı dəyişdirilmədən saxlanımışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarından Bançini Françeskonun nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qurum tərəfindən ##.##.2025-ci il tarixli MN******* saylı elektron qərar qanunla müəyyən edilmiş 24 saatlıq müddət ərzində vəzifəli şəxsin cavab qurumla elektron qaydada məktublaşdığı EMAS sistemi üzərindən elektron kabinetində yerləşdirilməmişdir. Vəzifəli şəxs elektron qərar haqqında ##.##.2025-ci il tarixində poçt vasitəsilə məlumatlandırılmışdır. Bu hal İXM- nin 38.6-cı maddəsinə imperativ qaydada inzibati məsuliyyəti birbaşa istisna edir. Birinci instansiya məhkəməsi bu hüquqi faktı araşdırmadan, hər hansı münasibət bildirmədən şikayəti rədd etmişdir. Təqsirin olmaması (Texniki inteqrasiya problemi): İşçilərlə əmək müqavilələri ##.##.2025-ci il tarixində imzalanmışdır. Lakin EMAS (e-sosial) sistemi bu məlumatları İcbari Sığorta Bürosunun elektron bazasına İSB.az saytına 19-20 avqust tarixlərində inteqrasiya etmişdir. Yəni işəgötürən ## ###### 2025-ci il tarixində işçilər barədə sığorta müqaviləsi bağlamaq imkanından məhrum olmuşdur. Çünki EMAS sistemi üzərindən bağlanan əmək müqavilələri İSB.az icbari sığorta bürosunun rəsmi saytına integrasiya edilməmişdir. İşə götürən Sığortaçı (Paşa Həyat Sığorta) ilə yalnız inteqrasiyadan sonra, ##.##.2025-ci ildə müqavilələri bağlamış, ##.##.2025-ci ildə isə müqavilələri Sığortaçı təsdiq edə bilmişdir. Adı çəkilən işçilərin əmək müqavilələrinin EMAS sistemindən İSB-yə nə zaman inteqrasiya edildiyini müəyyən etmək üçün tərəflərindən verilən vəsatət təmin edilməmişdir və işin bu halı məhkəmə tərəfindən araşdırılammışdır. Müdafiə tərəfi inteqrasiyanın dəqiq saatını müəyyən etmək üçün sorğu göndərilməsi barədə vəsatət versə də, məhkəmə bu texniki gecikməni "kommersiya marağı" adlandıraraq əsassız hesab etmişdir. Halbuki, gecikməyə səbəb işəgötürənin hərəkətsizliyi deyil, dövlət informasiya sistemləri arasındakı inteqrasiya ləngiməsi olmuşdur ki, bu da şəxsin təqsirini istisna edir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bançini Françesko və nümayəndəsi (vəkili) nümayəndə2 məhkəmə iclasına gəlməmişlər və məhkəməyə elektron ərizə ünvanlayaraq qərardan şikayət edən şəxs Franchesco Banchini Apellyasiya Məhkəməsində icraatında məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı inzibati xəta haqqında protokol tərtib etmiş Qərarından şikayət verilən orqan yanında X29 Xidmətinin nümayəndəsi X17 bildirdi ki,apellyasiya şikayətini qəbul etmirlər, əsassız hesab edirlər. Belə ki, sistem üzərindən aşkar edilmişdir. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işdə qeyd oluan işçiləri arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması nəticəsində Bançini Françesko İXM-nin 469- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu fakt sistem üzərində aşkar edilmişdir. Müqaviləni bağlasa da, onu elektron formada edib inteqrasiya etməlidirlər. Lakin bu tələblər edilməmişdir. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixində Elektron İnzibati Xəta haqqında qərardan görünür ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (VÖEN: 1302740061) X7. X14, X30, X31. X8, X9, İsmayılova Mətanət Səccət qızı, X19, X20, Əhədov İmran Zahid oğlu, X26, X32, X15, X21, Tağızadə Əli İsmayıl oğlu, X2 de Leon Xxx, X27, X33, X22, X40, X11, X3, X4, X41, X16, X42, X23, X24, X25, Xanlarzadə İsmayıl Ceyhun oğlu, Cəfərli İlahə Taleh qızı, X34, X44, X6, X12, X13 və X52 arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması nəticəsində Bançini Françesko İXM-nin 469- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna İcbari Sığorta Bürosunun cavabından görünür ki, Büronun informasiya sistemində axtarış zamanı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" növü üzrə müraciətinizdə qeyd edilən X7 adına ##.##.2025-ci il tarixində sığorta müqaviləsinin qüvvədə olduğu, X13 barədə hər hansı məlumatın mövcud olmadığı və siyahıda qeyd olunan digər 35 şəxsə aid sözügedən icbari növ üzrə həmin tarixdə sığorta müqaviləsinin olmadığı aşkar edilmişdir. Bildirir ki, yuxarıda qeyd edilən tarixdə sığorta müqaviləsi mövcud olmayan 35 şəxsə dair məlumatların “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (VÖEN: 1302740061) sistemə daxil edilmə (qeydiyyat), sığortaçı və sığortalı tərəfindən imzalanma, həmçinin sığorta haqqının faktiki ödəniş tarixlərini əks etdirən Excel faylı əlavə olaraq təqdim edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasənİşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Qeyd: Şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılması nəzərdə tutulmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.1-1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Qanununun 9.1.-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla hesab etmişdir ki, qanunvericilik əmək müqaviləsi bağladığı hər bir işçi ilə bağlı icbari sığorta müqaviləsi bağlamağı, işçinin sığortalanması barədə müvafiq məlumatları əmək müqaviləsində göstərməyi işəgötürənin birbaşa vəzifəsi kimi və məcburi şərt olaraq müəyyən etmişdir. Lakin, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsinin məhkəmədəki çıxışlarından məlum olur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti mütəmadi olaraq qanunvericiliyin tələblərini pozaraq, əmək müqaviləsi bağladığı işçiləri icbari sığorta müqavilələri qüvvəyə minmədən işlərin görülməsinə cəlb etmişdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə icbari sığorta müqaviləsi işçilərin peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü zamanı onların özlərini və ailələrini maddi təminatla təmin etməklə yanaşı, işəgötürənlər üçün qanuni məsuliyyətdən azad olmaq və iş yerində təhlükəsizliyi təşviq etmək baxımından əhəmiyyətlidir, çünki bu, sığorta hadisəsi baş verdikdə maliyyə ödənişlərini təmin edir. Hazırki halda həm şikayət vermiş şəxsin nümayəndəsinin, həm də məhkəmə iclasına dəvət edilmiş İcbari Sığorta Şirkətinin nümayəndəsinin izahatlarından məlum olur ki, xxxx MMC tərəfindən işçilərin icbari sığorta müqavilələri qüvvəyə minmədən işə cəlb edilməsi faktiki olaraq həmin işçiləri yuxarıda qeyd olunan təminatlardan məhrum etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, əmək münasibətlərinə işəgötürən qismində daxil olmuş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Bançini Françesko əmək müqaviləsi bağladığı və elektron qərardan qeyd edilən işçilərin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmadığı, bununla da həmin MMC-nin direktorunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, vəzifəli şəxs Bançini Françesko tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu baxımdan səlahiyyətli orqan haqlı olaraq onu həmin maddə ilə təqsirli bilib inzibati qaydada tənbeh etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Bançini Françeskoya istinad olunan inzibati xətanı törətməsində təqsirinin sübuta yetirildiyi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayəti rədd etmişdir. İrəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşimaqla özünümüdafiə üsulu kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir.. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bançini Françeskonun nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. X72 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1302/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1302/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver