Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1304/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi – Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, ##.##.2025-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən MN ******* saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, ##.##.2025-ci il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, ##.##.2025-ci il tarixli qərardan verdiyi şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır.. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək Müfəttişliyi tərəfindən ünvanıma hər hansı sorğu, tələb daxil olmamışdır. Varsa onu məhkəməyə təqdim etsin. Digər tərəfdən maddi imkanı yoxdu, bu cərimələrdən sonra şirkətləri fəaliyyət göstəmir, cərimələr imkan vermir. Bu ağırlıqda onu əlavə yükləmək insafdan deyil. Məhkəmə o qədər insafsız qərar çıxarmışdır ki, hətta yüksən cəriməni belə azaltmamışdır. Halbuki DƏMX sorğu sənədlərinin hansı ünvana göndərilməsi, kim tərəfindən qəbul edilməsi ilə bağlı hər hansı xəbəmaməyə məhkəmə öz qərarında istinad etmir, bu halda hansı məsuliyyətdən söhbət gedə bilər. Poçt izlənməsində sorğunun hansı ünvana göndərilməsini, kimə təqdim edilməsini müəyyən etmək mümkün deyil və poçt izlənməsi sənədin çatdırılma üsulu deyil. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X2 məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçısının çıxışını dinləyib hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarından görünür ki, vətəndaş X1 “xxxx" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığı müraciətə müvafiq orqan tərəfindən baxılır. İş materiallarına əlavə edilmiş İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən vətəndaş X1 şikayəti əsasında AR ƏM 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “xxxx” MMC-yə ##.##.2025-ci il tarixli *-**-*/*-H-*****/**** saylı məktubda göstərilən sənədlərin 7 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə təqdim edilmədiyi üçün hüquqi şəxsin direktoru Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, ##.##.2025-ci il tarixli protokol əsasında qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin poçt göndərişşlərinin izlənməsinə dair elektron portaldan çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış c il tarixli *-**-*/*-H-*****/**** saylı məktub ##.##.2025-ci il tarixdə hüquqi şəxsə çatdırılıbdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən. əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, müfəttişliyin tələb etdiyi “zəruri məlumatlar”ın yalnız forma etibarilə deyil, məzmunca da təqdim olunmasını tələb edən Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələbləri MMC tərəfindən icra edilməmişdir. “xxxx” MMC-nin vəzifəli şəxsi tərəfindən vətəndaş şikayəti əsasında araşdırılma aparılması üçün X3 Xidmətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ##.##.2025-ci il tarixli məktubu ilə tələb olunan sənədləri 7 iş günü ərzində təqdim etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmçinin qeyd olunur ki, əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə həmçinin inzibati qaydada tənbeh olunmuş vəzifəli şəxsin irəli sürüyü dəlillərə münasibətdə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta barədə icraata xitam verilməsi ilə əlaqədar nə apellyasiya şikayətində, nə də məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş şikayəti təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı səlahiyyətli orqanın gəlmiş olduğu qənaətlə razılaşaraq sonuncunun həmin qərardan vermiş olduğu şikayəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İrəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir və şikayət formal xarakter daşimaqla özünümüdafiə üsulu kimi qiymətləndirilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(***)-*****/**** nömrəli, ##.##.2026cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIRAM: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, ##.##.2025-ci il tarixli qərardan verdiyi şikayət təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1304/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1304/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver