Məhkəmə qərarları › İş №3(3-6)-1309/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1309/2026

12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1309/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qərardan şikayət verən orqan (şəxs)1 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və qərardan şikayət verən orqan (şəxs)1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ## ####### 2025ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «xxxx» MMC-nin direktoru qərardan şikayət verən orqan (şəxs)1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qərarından şikayət verilən orqan Risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdir müavini, müdirin vəzifəsini müvəqqəti icra edən Pərviz Məmmədovun İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə onu 1500 manat cərimə etməsi barədə ##.##.2025-ci il tarixli elektron qərarının əsassız, qanunsuz olduğuna görə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MMC-nin direktoru qərardan şikayət verən orqan (şəxs)1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdir müavini, müdirin vəzifəsini müvəqqəti icra edən Pərviz Məmmədov “xxxx” MMC-nin direktoru kimi onu İXM-nin 469-1-ci maddəsi ilə, yəni istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi inzibati xətaya görə 1500 manat cərimə edilməsi barədə ##.##.2025-ci il tarixli elektron qərarı ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** saylı məktubla baş direktoru olduğu “xxxx” MMCnin hüquqi ünvanı olan mənzilin ünvanına göndərilmiş, ##.##.2026-cı ildə valideynlərinə verilmişdir. X4 həbs edilib Bakı İstintaq Təcridxanasında saxlanıldığını bilirdi. Atası Ə.S.Şirvanov həm “xxxx” MMC-nin, həm də nümayəndəsi qismində həmin qərardan şikayət vermiş, lakin buna səlahiyyəti olmadığı göstərilməklə məhkəmə şikayəti geri qaytarmışdır. Həm də məhkəmənin qərardadları da saxlanıldığı Bakı İstintaq Təcridxanasına ona deyil, qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmin qərardadlar ona rəsmi qaydada verilmədiyi üçün o, bu barədə nümayəndəsi atası Ə.Şirvanovdan məlumat aldığı üçün bu şikayəti verir. DƏMX-nin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdir müavini, müdirin vəzifəsini müvəqqəti icra edən P.Məmmədovun “xxxx” MMC-nin direktoru kimi onun İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 1500 (bir min beş yüz) manat inzibati qaydada şərti cərimə etməsi ilə bağlı ##.##.2025-ci il tarixli qərarı əsassız, qanunsuz olduğuna görə aşağıda göstərilənlərə əsasən ləğv edilməlidir: 1. O, 12-ci aydır ki, həbsdədir, bu barədə atası ## #### 2025-ci ildən başalayaraq dəfələrlə DƏMX-nə, onun Bakı şəhər idarəsinə məlumat vermiş, hətta barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərarı onlara göndərmişdir. Onların onu inzibati qaydada 1500 manat cərimə etmələri barədə qərarlar qeyri-qanunidir. Həbsdə olmasaydı bu barədə hesabat verər, tələb edilən ödənişləri ödəyərdi. Lakin həbs olunduğuna, həm də qanunsuz həbs olunduğuna görə iradəsindən asılı olmayaraq qərarda göstərilən məsələləri həll edə bilməmişdir. Heç kim iradəsindən asılı olmayan hər hansı bir əmələ görə məsuliyyətə cəlb edilə bilməz. 2. DƏMX-nin ##.##.2025-ci ildə qəbul etdiyi qərarın 80 gündən sonra ##.##.2026-cı ildə MMC-nin ünvanına göndərilməsinin də səbəbi aydın deyil. 3. Qeyd edilən qanun pozuntusu iradəsindən asılı olmayan səbəblərə görə yarandığına görə və bunda təqsiri olmadığına, MMC-də ondan başqa işçi olmadığına görə haqqında qeyd edilən inzibati xəta ilə bağlı ona cərimə tətbiq edilməsi qanunsuzdur. 4. Məhkəmə də “xxxx” MMC-nin deyil, onun direktoru kimi onun cərimə edildiyini nəzərə alıb şikayəti nümayəndəsi və MMC-nin nümayəndəsi qismində atası Ə.Şirvanovun verdiyi şikayətləri buna səlahiyyəti olmadığı üçün geri qaytarmışdır. Halbuki atası müffətişliyin bir qərardadına baxmış Xətai Rayon Məhkəməsinin hakimi Ş.Əliyevin qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarından MMC-nin nümayəndəsi qismində apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimi Ramin Qaraqurbanlının sədrliyi ilə ##.##.2026-cı ildə onun iştirakı ilə şikayətə baxılmış, hakim Ş.Əliyevin qərarı ləğv edilərək materiallar araşdırılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. 5. Qeyd edilənlərə əsasən DƏMX-nin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdir müavini, müdirin vəzifəsini müvəqqəti icra edən Pərviz Məmmədovun onu İXMnin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 1500 manat cərimə edilməsi barədə ##.##.2025 il elektron qərarı əsassız, qanunsuz olduğuna görə onun ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qərardan şikayət verən orqan (şəxs)1 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi və qərardan şikayət verən orqan (şəxs)1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469- 1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ## ####### 2025ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərara alınmışdır. Həmin qərardan Qərarından şikayət verilən orqan Hüquq İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ## ####### 2025ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında ziddiyətli mülahizələrə əsaslanmışdır. Onun istinad etdiyi qanunvericiliyin müddəalarından qərarın qanuna uyğun olmaması və ya əsassızlığı ilə bağlı məhkəmənin mülahizələrinin qanunvericiliyin tələblərinə və məntiqə uyğun olmadığı müəyyən olunur. Həmçinin məhkəmə işə baxılmasında yalnız barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən onun müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. İnzibati xəta haqqında qərar qəbul etmiş orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq iş üzrə qərardan şikayət verən orqan (şəxs)1 barəsində olan elektron qərar ləğv edilmişdir. Belə ki, dövlət orqanlarının elektron informasiya sistemlərindən əldə olunan rəsmi məlumatlara əsasən Xidmət tərəfindən qərardan şikayət verən orqan (şəxs)1 tərəfindən işçinin icbari sığortalanmasını həyata keçirilmədiyi müəyyən edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olduğu halda işçinin icbari sığortalanmasını təmin etmədiyinə görə, haqlı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469- 1-ci maddəsi ilə barəsində elektron qərar qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən “İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir”. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılması nəzərdə tutulmuşdur. Həmçinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Göründüyü kimi X3 Xidməti iş üzrə səlahiyyətli orqan kimi qanun pozuntusunun və işçinin hüquqlarının bərpası məqsədilə üzərinə düşən bütün vəzifələri qanuni və şəffaf şəkildə icra etmişdir. Məhkəmə isə X3 Xidmətindən fərqli olaraq iş materiallarına qiymət vermədən və araşdırmadan, naməlum səbəblərdən inzibati xəta törətmiş şəxsi əsassız və qərəzli şəkildə müdafiə etmək məqsədi ilə ümumiyyətlə inzibati xəta tərkibinin olmadığını irəli sürüb işçinin hüquqlarını pozan və qanuna zidd olan qərar qəbul etmişdir. qərardan şikayət verən orqan (şəxs)1 tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsinin bağlanılmayaraq IXM-in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan maliyyə və sığorta qanunvericiliyinə, habelə əlavə obyekti sayılan əmək qanunvericiliyinə ziyan vurulmuşdur. Beləliklə, Qərarından şikayət verilən orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənber vermə haqqında qərar tam qanuni və əsaslıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərardan şikayət verən orqan (şəxs)1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı elektron qərara əsasən qərardan şikayət verən orqan (şəxs)1 tərəfindən işçilərin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması əsas gətirilərək qərardan şikayət verən orqan (şəxs)1 Azərbaycan Respublikası İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından göründüyü kimi qərardan şikayət verən orqan (şəxs)1 barəsində həbs qətimkan tədbiri seçilmişdir İş materiallarına əlavə edilmiş şikayətçi qərardan şikayət verən orqan (şəxs)1 atası X1 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış məlumat məktublarında qeyd edilmişdir ki, “həmin MMC-nin baş direktoru və “xxxx” MMC-nin direktoru oğlu qərardan şikayət verən orqan (şəxs)1dir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin rəisinə, onun müavininə 23 iyun, 17 noyabr, ## ###### 2025-ci il tarixlərdə və Dövlət-Əmək Müfəttişliyi Xidmətinin rəsinin müavini Nərminə xanım Mirzəyevaya ## ###### 2026-cı ildə etdiyim rəsmi müraciətlərimdə MMC-nin direktoru qərardan şikayət verən orqan (şəxs)1 ##.##.2025-ci il tarxidən həbsə alındığı, barəsində olan cinayət işinə Xətai rayon məhkəməsində baxıldığı barədə məlumat vermişdir. Həm də onun sənədlərinin böyük bir hissəsi və kopmyuteri ofisindən oğurlanmış, lakin indiyə kimi tapılması təmin edilməmişdir. Qalan sənədlər də kommersiya sirri olduğu üçün ona məxsus yalnız sima ilə açılan kompyuterində olduğundan və o da artıq bir ilə yaxın həbsdə saxlanıldığına görə həmin kompyuterdən, asan xidmətdən, digər elektron və rabitə vasitələrindən istifadə etmək, fəaliyyəti barədə hesabat vermək və məcburi köçürmələri və digər ödənişləri iradəsindən asılı olmayaraq ödəmək imkanından məhrum edildiyi üçün bu barədə dəqiq məlumat verə bilmir, o da bu səbəbdən onlara əməl edə bilmir. Bundan əlavə bildirir ki, “xxxx” MMC-də ondan başqa işçi işləmirdi, “xxxx” MMC-də isə bir işçi olmuş, onun sənədləri tələb edilmiş, lakin həbsdə olduğu üçün vermək imkanına malik olmamışdır. İbtidai istintaq zamanı və məhkəmə icraatında ona və vəkilinə etibarnamə verməyə razılıq verilmədiyi üçün onu təmsil etmək səlahiyyəti olan kimsə olmamışdır. Məhkəmə Hüquq Şurasına şikayət ediləndən sonra məhkəmənin müəyyən məsələlər üzrə etibarnamə verməyə razılıq məktubundan sonra ona bir aylıq müddətinə etibarnamə vermiş və həmin etibarnamə əsasında həmin bir nəfər haqqında müqaviləyə ##.##.2025-ci ildə xitam verilmişdir. “xxxx” MMC aktiv olsa da onda işçi yoxdur. Özü isə həbsxanadadır. Həbsxanada olan şəxsin inzibati xətaya cəlb edilməsinin obyektiv olmadığını sübut etməyə ehtiyac yoxdur. qərardan şikayət verən orqan (şəxs)1 həbsdə olduğundan qeyd edilən inzibati xətanı törətməmiş və törətmək imkanına da malik olmamışdır. O, bir ilə yaxındır ki, istintaq təcridxanasında saxlanılır. Belə bir şəraitdə ondan qanunlara əməl edilməsini tələb etmək absurddur. Şəxs törətmədiyi xətaya görə də inzibati məsuliyyətə cəlb edilə bilməz. qərardan şikayət verən orqan (şəxs)1 həbsxanada olduğu üçün ondan tələb edilən vəzifəni icra etmək imkanına malik olmadığı halda və bu barədə izahatı alınmadan İXMnin 469-1-ci maddəsi ilə, yəni istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi inzibati xətaya görə 1500 manat cərimə edilməsi qeyri-qanunidir, ona görə qərarı ləğv etmələrini təklif edir. Ondan məhkəməyə şikayət veriləcəkdir”. Birinci instansiya məhkəməsi hazırki iş üzrə müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından göründüyü kimi qərardan şikayət verən orqan (şəxs)1 barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin onun azadlıqda olmaması, həmçinin inzibati tənbeh vermə haqqında ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı elektron qərarın tərtib edilməsinə əsas olan halları aradan qaldırmaq iqtidarında olub-olmaması müəyyən edilməmiş, eləcə də şəxsin barəsində qəbul edilən elektron qərarın surəti onun saxlanıldığı Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasına göndərilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən şikayətçi qərardan şikayət verən orqan (şəxs)1 barəsində ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilsə də, şikayətçinin barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmamış, səlahiyyətli orqana ünvanlanan məlumat məktublarında göstərilən hallar nəzərə alınmamış, inzibati xəta hadisəsinin qərardan şikayət verən orqan (şəxs)1 təqsiri ucbatından törədilməsini, habelə onun elektron qərarda qeyd olunan halları aradan qaldırmaq imkanının olmasını təsdiqləyən sənədlər məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək məhkəmənin göstərdiyi xüsusatların araşdırılmasının zəruriliyi qeyd edir və yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanı törətməsinə dair ümumi sözlərlə əsaslandırılmış apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərardan şikayət verən orqan (şəxs)1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. qərardan şikayət verən orqan (şəxs)1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi vaxtdan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar