Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1311/2026 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçi – “Medleks” Vəkil Bürosunun vəkili Hacıyev İntiqam Məcid oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından müdafiəçi Hacıyev İntiqam Məcid oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru X1 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs küçədə ictimai qaydanı pozaraq xırda xuliqanlıq hadisəsi törətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin ## ##### 2026cı il tarixdən saat 13:40-dan hesablanması qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarını dəyişdirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində iki yüz manat cərimə tətbiq olunması, bu mümkün olmadığı halda isə inzibati həbs müddətinin ən aşağı həddə endirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsinin iclasında törətdiyi əmələrə görə səmimi peşmanlığını bildirmişdir. Xətai Rayon Məhkəməsinin müvafiq qərarında da bu fakt öz təsdiqini tapmaqdadır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 30 gün müddətinə həbsdə saxlanılması onun səhhətində olan problemləri daha da ağırlaşdıracaq və bərpaolunmaz vəziyyətə gətirəcəkdir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir neçə il öncə infarkt keçirmiş, hazırda onun müalicəsi davam etməkdədir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər gün mütəmadi olaraq dərman vasitələri qəbul etməli, bununla da yarana biləcək digər səhhəti problemlərin qarşısını almalıdır. Həmçinin müvəkkilimin hər on gündən bir ayaq qığırdaqlarında yeyilmə olduğu üçün ayaq nahiyyəsinə iynə vurulur (müvafiq tibbi sənəd qoşmaya əlavə olunur). Bunlarla yanaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mədəsində olan xorayla, eləcə də zobla əlaqədar olaraq müalicə alır və müxtəlif dərman vasitələri qəbul edir (xəstəliklə əlaqədar sənədlər qoşmaya əlavə olunur). Eyni zamanda təqdim edəcəyimiz sənədlərdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qan dəyərlərində xolestrinin olduğu da əks olunur. Müvəkkilimin həbsdə qalması isə qeyd olunanların həyata keçirilməsini qeyri-mümkün etməklə onun səhhətinin pisləşməsinə gətirib çıxara bilər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində iki azyaşlı övladı vardır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbsdə qalması onun övladlarının təlim tərbiyəsində iştirakından məhrum etməkdədir. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs övladları da atalarına bağlı olmaqla demək olar günün hər saatında atalarını görmək istəyirlər. İndiki halda, yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həbsdə saxlanılması uşaqların psixi vəziyyətinə mənfi təsir etməkdədir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həyat yoldaşı da nevroloji problemlərdən əziyyət çəkməkdədir. Həyat yoldaşının həbsdə qalması onun vəziyyətini daha da ağırlaşdırmaqla yanaşı, mənəvi iztirab, psixoloji sarsıntı keçirməyinə səbəb olur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs anası Təranə Sadıqova ## #### 2024-cü il tarixdə rəhmətə getmişdir. Bu da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəziyyətinə xeyli dərəcədə təsir göstərmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs atası müharibə veteranı olmaqla birlikdə, keçmiş Polis əməkdaşı və hazırda polis pensiyaçısıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü də keçmiş polis əməkdaşıdır. İşlədiyi müddətdə daim dövlətinə, milətinə, xalqına sədaqətlə xidmət etmiş və fəaliyyəti dövründə yüksək qiymətləndirilmişdir (qoşmaya əlavə olunur). Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əliliyi olan qardaşı var və onun bütün ehtiyaclarını Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşılamaqdadır (qoşmaya əlavə olunur). Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 30 gün həbsdə qalması onun öz səhhətinin pisləşməsi ilə yanaşı ailəsinin də çətin vəziyyətdə qalmasına səbəb olacaqdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səmimi peşmanlığını nəzərə alsa da, qeyd olunan digər halara diqqət yetirməmişdir. Halbuki xəstəliklə bağlı göstərilənlər və ailə vəziyyəti ilə bağlı halar da məsuliyyəti yüngüləşdirən hallar qismində nəzərə alınmalı idi. Birinci instansiya məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş ən yüksək həddə inzibati tənbehi tətbiq etməsi tamamilə əsassızdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və müdafiəçisi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, mübahisələndirilən qərarın ləğv edilməsini, eyni zamanda cəzasının yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, apellyasiya instansiya məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə apellyasiya qaydasında verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışlarını dinləyib, hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, bununla belə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)- ****/**** saylı qərarı inzibati tənbehlə bağlı hissədə dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru X1 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs küçədə ictimai qaydanı pozaraq xırda xuliqanlıq hadisəsi törətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununlada o, ictimai qaydanı kobud surətdə pozmaqla və polis işçisinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamaqla İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətdiyindən barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Birinci instansiya məhkəməsində çıxış edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, ## ##### 2026-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən “Sevgilim” parkında səs-küy salmış, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra o, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Beləliklə o, törətdiyi əməldən peşmanlıq hissi keçirdiyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların tərkibi vardır. Bu xətaların məhkəmədə tədqiq olunmuş dəlillərlə onun tərəfindən törədilməsi sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 510.1-ci maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai yerdə - park ərazisində səs-küy salaraq ictimai qaydanı pozmuş, habelə polis əməkdaşlarının ictimai qaydanın mühafizəsi ilə bağlı qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hallar inzibati xəta haqqında protokol, səlahiyyətli şəxsin izahatı və barəsində icraat aparılan şəxsin öz etirafedici izahatı ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsin məhkəmə iclasında özünü təqsirli bilməsi və törətdiyi əmələ görə səmimi peşmançılıq ifadə etməsi onun əməlini təsdiq edən mühüm sübutlardan biridir və digər sübutlarla uzlaşmaqla, onun təqsirini şübhədən kənar dərəcədə sübuta yetirir”. Apellyasiya instansiya məhkəməsi şəxs barəsində tətbiq edilmiş inzibati tənbehin növü ilə razılaşsa da, tənbehin həddi hissəsində birinci instansiya məhkəməsi ilə razılaşmır. Mübahisəsiz müəyyən olunan fakt ondan ibarətdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini ağırlaşdıran hallar həqiqətən müəyyən edilməsə də, onun barəsində məsuliyyətini yüngülləşdirən hallar mövcuddur və bu halların nəzərə alınması zəruridir. Beləliklə, məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlini etiraf etmiş, səmimi peşman olduğunu bildirmiş və birinci instansiya məhkəməsi məhz həmin halı yüngülləşdirici hal kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmanlığını nəzərə aldığını qeyd etsə də, onun barəsində ən ağır inzibati tənbeh tədbiri olan inzibati həbsi ən yuxarı həddə - 30 gün müddətinə tətbiq etmişdir. Yəni həmin yüngülləşdirici halı əslində real olaraq nəzərə almamışdır. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən əvvəllər inzibati xəta törədilməmişdir. Apellyasiya instansiya məhkəməsi müdafiəçinin apellyasiya şikayətində göstərilənləri də diqqətdə saxlamaqla qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səhhətində olan problemlər, himayəsində iki azyaşlı uşağının olması kimi hallar və ailə vəziyyəti həqiqətən nəzərə alınmamışdır. Müdafiə tərəfinin qeyd etdiyi hallar təqdim olunmuş sənədlərlə də təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Beləliklə, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətində qeyd edilən halları da nəzərə alır və inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İnzibati Xətalar Məcəlləsinin 32.1.1), himayəsində iki azyaşlı uşağının olmasını, təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında təsdiqini tapan səhhətindəki problemlərlə bağlı vəziyyəti və məsuliyyətini ağırlaşdıran halların müəyyən olunmaması nəzərə alınmaqla şəxsə törətdiyi inzibati xətaya görə tətbiq edilmiş inzibati həbs növündə əsas tənbehin müddəti endirilməlidir ki, bu da öz növbəsində məhkəmənin qənaətinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərar çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə tətbiq edilmiş inzibati tənbeh tədbirinin müddəti azaldılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Müdafiəçi Hacıyev İntiqam Məcid oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş 30 (otuz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin müddəti 20 (iyirmi) günə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1311/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1311/2026
01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver