Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1312/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X5 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin qəbul etdiyi ## ###### 2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin ## ###### 2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir . Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, özünə məxsus XCMG QY25K5D markalı, **-QC-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı nəqliyyat vasitəsini ## ###### 2026-cı il tarixdə saat 21:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ərazisində idarə edərkən guya iri qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyi iddia edilmişdir. Nəticədə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən, barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsində qeyd etmişdir ki, həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində onun yük avtomobili deyil, xüsusi təyinatlı avtokran olduğu göstərilir və həmin nəqliyyat vasitəsi tikinti və digər istehsalat sahələrində yüklərin müəyyən hündürlüyə qaldırılması üçün istifadə olunur, yükdaşıma məqsədi daşımır. Həmçinin qeydiyyat şəhadətnaməsində avtomobilin icazə verilmiş maksimal kütləsinin 32 ton 500 kq olduğu göstərilmişdir, həmin nəqliyyat vasitəsi ölkəyə gətirilərkən gömrük nəzarətindən keçirilmiş və dövlət qeydiyyatına alınarkən onun Azərbaycan Respublikasının avtomobil yollarında hərəkət etməsi nəzərə alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2009-cu il tarixli *** saylı qərarının müddəaları düzgün şərh edilməmişdir. Mübahisələndirilən nəqliyyat vasitəsi xüsusi təyinatlı avtokrandır və onun hüquqi rejimi klassik yükdaşıma fəaliyyəti həyata keçirən nəqliyyat vasitələrindən fərqlənir. Həmin nəqliyyat vasitəsi ilə yük daşınması həyata keçirilmədiyi halda, ona münasibətdə "yüklə birlikdə kütlə“ meyarlarının tətbiqi formal xarakter daşıyır və inzibati məsuliyyət üçün əsas yarada bilməz. Məhkəmə isə bu fərqləndirməni aparmadan, yalnız üçoxlu nəqliyyat vasitələri üçün müəyyən edilmiş 25 tonluq limiti əsas götürmüş və həmin limitin konkret olaraq hansı kateqoriyalı nəqliyyat vasitələrinə şamil edildiyini araşdırmamışdır. Halbuki normativ aktın sistemli şərhi göstərir ki, çəki məhdudiyyətləri tətbiq edilərkən nəqliyyat vasitəsinin növü, təyinatı və faktiki istifadəsi mütləq nəzərə alınmalıdır. Bundan əlavə, qərarın 1.1-ci maddəsi onun müxtəlif normativ hüquqi aktlara və beynəlxalq müqavilələrə uyğun hazırlandığını təsbit edir ki, bu da həmin qaydaların tətbiqi zamanı proporsionallıq və məqsədəuyğunluq prinsiplərinin nəzərə alınmasını zəruri edir. Mövcud halda isə bu prinsiplər gözlənilməmiş, nəqliyyat vasitəsinin texniki xüsusiyyətləri və təyinatı nəzərə alınmadan inzibati məsuliyyət tətbiq edilmişdir. Belə ki, həmin Qərarın 2.1-ci bəndinə əsasən Iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hərəkət vaxtı və hərəkət sürətinə münasibətdə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi ilə razılaşdırmaqla həyata keçirilir. Bundan başqa Məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2009-cu il tarixli *** saylı qərarı tətbiq edilsə də, həmin normativ aktın müddəaları konkret işin hallarına düzgün şamil edilməmişdir. Belə ki, məhkəmə nəqliyyat vasitəsini formal olaraq üçoxlu nəqliyyat vasitəsi kimi qiymətləndirərək 25 tonluq çəki məhdudiyyətini tətbiq etmişdir. Halbuki, qeyd olunan normativ aktda nəqliyyat vasitələrinin kateqoriyaları yalnız ox sayına görə deyil, həm də texniki xüsusiyyətlərinə (asqı növü, oxların konstruksiyası və s.) görə fərqləndirilir. Iş materiallarında isə idarə etdiyi nəqliyyat vasitəsinin konkret olaraq hansı kateqoriyaya aid olduğu müəyyən edilməmiş və buna uyğun çəki limiti əsaslandırılmamışdır. Qeyd etmək vacibdir ki, XCMG QY25K5D markalı, **-QC-*** dövlət qeydiyyat nişanlı kran xüsusi təyinatlı nəqliyyat vasitəsidir, yük daşıyan nəqliyyat vasitəsi deyil. Onun faktiki çəkisi nəqliyyat vasitəsinin texniki sənədlərində göstərilən konstruktiv kütlə ilə uyğunluq təşkil edir. Inzibati orqan tərəfindən “normadan artıq yük vurulması” iddia edilsə də, nəqliyyat vasitəsinə əlavə yük vurulmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir, çünki mübahisəsiz hal ondan ibarətdir ki, bu nəqliyyat vasitəsi yük daşıyan nəqliyyat vasitəsi deyil. Bu səbəbdən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan hüquq pozuntusunun obyektiv tərəfi sübuta yetirilməmişdir. Eyni zamanda, nəqliyyat vasitəsinin çəkisinin müəyyən edilməsi zamanı istifadə olunmuş ölçü vasitələrinin texniki vəziyyəti, kalibrlənməsi və ölçmənin düzgün aparılması məsələləri məhkəmə tərəfindən araşdırılmamışdır ki, bu da sübutların etibarlılığına şübhə yaradır. Beləliklə, iş üzrə nəqliyyat vasitəsinin düzgün hüquqi kateqoriyası müəyyən edilməmiş, tətbiq edilən çəki limiti əsaslandırılmamış, inzibati xətanın tərkib elementləri tam sübuta yetirilməmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə iş üzrə şahid qismində dindirdiyi şəxslər protokolda adları qeyd edilən şəxslər deyil. Bununla da məhkəmə prosessual pozuntu etmişdir. Apellyasiya icraatı zamanı çıxış edən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ## ###### 2026-cı il tarixli TP******* nömrəli tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il saat 01:40-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ünvanında “XCMG QY25K5D” markalı, **-QC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində inzibati cərimə olunmuşdur. Iş materiallarında olan “Texniki yoxlamanın nəticələrinin qeyd olunması sənədindən” müəyyən olunur ki, avtomobil kran tam texniki müayinədən keçirilmiş, kran 25% əlavə yüklə statik və 10% əlavə yüklə dinamik test edilmişdir. Test zamanı kranın metalkonstruksiyasında səthi qüsur aşkar edilməmişdir və avtomobil kranın təhlükəsizlik qaydalarına əməl etməklə tədris keçmiş operator tərəfindən istismar oluna biləcəyi qeyd edilmişdir. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” müəyyən olunur ki, “XCMG QY25K5D” markalı, **-QC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4r, tipi – avtokrandır, qeydiyyat tarix i– ## ###### 2025-ci ildir, yüksüz kütləsi – 32.370 kq, maksimal kütləsi – 32.500 kq-dır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı məlumatından müəyyən olunur ki, **-QC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 32.950 kq-dır. Inzibati orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” aktın fotoşəkilindən müəyyən olunur ki, **-QC-*** dövlət qeydiyyat nişanlı “kran” markalı üçoxlu nəqliyyat vasitəsi T/X və tərəzidə 33 ton göstərdiyindən ##.##.2026-cı il tarixdə duracağa yerləşdirilmişdir. Inzibati orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs) “XCMG QY25K5D” markalı, **-QC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edərək tələblərə riayət etməmişdir. Şikayətə əlavə edilmiş fotoşəkillərdən inzibati xəta hadisəsinin törədildiyi yerin görütüntülərinin olduğu müyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yollarıilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri” nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin # #### 2009 - cu il tarixli 104 № Qərarının: 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. 1.9-cu maddəsinə əsasən bu Qaydanın müddəaları müdafiə ehtiyacları, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinə şamil olunmur. Bu halda hərəkət marşrutu haqqında Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinə operativ qaydada məlumat verilir, nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkəti və süni qurğulardan keçməsi Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin məlumatları nəzərə alınmaqla həyata keçirilir. 2.1-ci maddəsinə əsasən Iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə xüsusi icazənin rəsmiləşdirilməsi və verilməsi Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hərəkət vaxtı və hərəkət sürətinə münasibətdə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi ilə razılaşdırmaqla həyata keçirilir. 2.3-cü maddəsinə əsasən digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik və ya ətrafdakılar üçün təhlükə yaradan əlverişsiz yol-iqlim şəraitində, habelə yol hərəkətinin intensiv olduğu hallarda iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələri ilə daşımaların həyata keçirilməsinə yol verilmir. 2.4-cü maddəsinə əsasən, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsi yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq həyata keçirilir. 2.6-cı maddəsinə əsasən aşağıdakı hallarda iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələri hökmən müşayiət edilir: 2.6.2. müşayiət avtomobili ilə 2.6.2.1.nəqliyyat vasitəsinin eni 3,5 metrdən artıq olduqda; 2.6.2.2. nəqliyyat vasitəsinin avtoqatarın uzunluğu 30 metrdən artıq olduqda; 2.6.2.3. nəqliyyat vasitəsinin ümumi kütləsi 80 tondan artıq olduqda; 2.6.2.4. hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını qismən tutduqda; 2.6.2.5. daşınma prosesində iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitəsinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol hərəkətinin tənzimlənməsi üzrə əlavə tədbirlərin həyata keçirilməsinə zərurət olduqda. 4.2-ci maddəsinə əsasən, hərəkətdə olan iri qabaritli və (və ya) ağır çəkili nəqliyyat vasitələrinin qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini ölçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin electron tərəziləri və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələri ilə, habelə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş halda Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birgə xüsusi ölçü alətləri, cihazları və tərəzilər vasitəsilə yoxlanılır. Qərarına əlavə edilmiş * nömrəli cədvələ əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) aşağıda müəyyən edilmiş hədləri aşmamalıdır: yük avomobilləri- ikioxlu avtomobil üçün 18 t, üç oxlu avtomobil üçün 25 t, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün 26 t, dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobil 32 t. Qərara əlavə edilmiş * nömrəli cədvələ əsasən nəqliyyat vasitəsinin oxuna düşən yükün icazə verilən kütləsi (çəkisi) aşağıda müəyyən edilmiş hədləri aşmamalıdır: üç oxlu oxlar, bir meyilli təkərlərə malik qoşqular və ya yarım qoşqular üçün ox kütlələrinin cəmi oxlar arası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır: 0,5 m - dən 1 m -ə qədər 15 t, 1 m-dən 1, 3 m-ə qədər 18. 3 t, 1, 3 m - dən 1,8 m - ə qədər 21 t, 1, 8 m-ə bərabər və ya çox 24 t; üç oxlu oxlar, iki meyilli təkərlər ə malik qoşqular və ya yarım qoşqular üçün ox kütlələrinin cəmi oxlararası aşağıdakı məsafələrə uyğun olaraq aşağıdakı göstəriciləri aşmamalıdır : 0, 5 m - dən 1 m - ə qədər 16, 5 t, 1 m - dən 1, 3 m - ə qədər 19, 5 t, 1, 3 m - dən 1, 8 m - ə qədər 22, 5 t 1, 8 m - ə bərabər və ya çox 25, 5 t. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə- fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şikayətdə qeyd olunmuşdur ki, avtomobil yükdaşıyan nəqliyyat vasitəsi deyil. Lakin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində yalnız yük deyil, çəkinin müəyyən həddən artıq olması inzibati xəta tərkibinin yaranması üçün kifayət edir. Ona görə məhkəmə normativ hüquqi aktı düzgün tətbiq etmişdir. Bundan başqa şikayətdə şahidin dindirilməsi qeyd edilsə də, məhkəmə qərarında şahid ifadəsi ümumiyyətlə göstərilməmişdir. Məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq onları əsassız hesab edir. Bu səbəbdən və yuxarıda qeyd edilənlərdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin qəbul etdiyi ## ###### 2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1312/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1312/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver