Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1313/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X8 və qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Qərarından şikayət verilən orqan hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə verdiyi şikayətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin (bundan sonra – səlahiyyətli orqan) onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 192.3-cü maddəsi ilə qəbul etdiyi ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim X7) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilmiş, onun barəsində səlahiyyətli orqanın qəbul etdiyi ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və həmin inzibati xətaya haqqında iş üzrə icraata xitam verilmişdir. X4 Xidmətinin hüquq idarəsi həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və səlahiyyətli orqanın qəbul etdiyi ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırmışdır ki, “X2 Line” MMC-nin işçilərinə aid, qüvvədə olan əmək müqaviləsinin daxil edilməsi barədə bildirişlərdə işəgötürən qismində Qərardan şikayət verən orqan (şəxs) Əliabala oğlu göstərilmişdir. Araşdırma zamanı həmin Cəmiyyət tərəfindən işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqından (400 manat) aşağı əmək haqqının verilməsi müəyyən edilmişdir. Buna görə də Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X8 şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini, Qərardan şikayət verən orqan (şəxs) isə izahatında şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 192.3-cü maddəsində işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş üzrə səlahiyyətli orqan qəbul etdiyi ## ####### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla “X2 Line” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) özü və X6 ilə bağladığı əmək müqavilələrində onlara ödənilməli olan əmək haqqı məbləğlərini minimum əmək haqqından az göstərilməsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası İXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbirini tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin yuxarıda göstərilən müvafiq nəticəyə gələrkən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin ## ###### 2026cı il tarixli məktubu ilə “X2 Line” MMC-nin təsisçisinin ## ###### 2022-ci il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) həmin Cəmiyyətin direktoru vəzifəsindən azad edilməsinin müəyyən edilməsinə görə iş üzrə səlahiyyətli orqanın inzibati xəta hadisəsinin törədilməsini iddia etdiyi ## ####### 2025-ci il tarixdə Qərardan şikayət verən orqan (şəxs) həmin Cəmiyyətin direktoru vəzifəsini icra etməməsinə, bu səbəbdən sonuncunun Azərbaycan Respublikası İXMin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməməsinə əsaslanması qanuni və əsaslı olmuşdur. Beləliklə, səlahiyyətli orqanın verdiyi şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1313/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1313/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver