Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1314/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin (bundan sonra - səlahiyyətli orqan) qəbul etdiyi ## ###### 2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025ci il tarix, saat 10:00-da idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Babək prospektində nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayandırması və ya durdurmasının müəyyən edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 346.5 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından apellyasiya qaydasında şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verdiyi şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə səlahiyyətli orqan və birinci instansiya məhkəməsi onun barəsində qərar qəbul edərkən, onun əlil olmasını və iş üzrə idarə etdiyi avtomobili göstərilən ərazidə texniki nasazlıq səbəbindən saxladığını nəzərə almamışdır. Buna görə də həmin qərarları qanunsuz və əsassız hesab edir. Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edib, inzibati xəta haqqında iş üzrə təyin edilmiş apellyasiya məhkəməsi iclasına səhhəti ilə əlaqədar gələ bilməyəcəyini göstərib, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya qaydasında verdiyi şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə tətbiq edilir. - 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327- 1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə səlahiyyətli orqanın təqdim etdiyi fotoşəkillər əsasında Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarix, saat 10:00da idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, Babək prospektində nəqliyyat vasitələrinin kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayandırması müəyyən edildiyinə, Qərardan şikayət verən orqan (şəxs) göstərilən tarix, vaxt və yerdə həmin avtomobili texniki nasazlıq səbəbindən saxladığını təsdiq edən hər hansı sübutu birinci və apellyasiya instansiyası məhkəmələrinə təqdim etmədiyinə və səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) barəsində törətdiyinə görə təqsirli bilindiyi, Azərbaycan Respublikası İXM-in 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi müəyyən edilsə də, törətdiyinə görə təqsirli bilindiyi, Azərbaycan Respublikası İXM-in 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi müəyyən edilmədiyinə görə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar qanuni və əsaslıdır. Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1314/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1314/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver