Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1315/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 və Protokol tərtib edən orqanlarn nümayəndəsi nümayəndə1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş materialdan və materialda olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 142305.00 ABŞ dolları məbləğində vəsaiti ## ##### 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 142305.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsitini geri qaytarmamışdır. Xəta ## ##### 2025-ci il tarixində hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş həmin ## ### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli protokol baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xətanın obyekti olmuş 142305.00 ABŞ dolları məbləğinin iyirmi faizi - 28461.00 ABŞ dolları məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkili) X3 apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qərarında qeyd olunmuşdur ki, “işdə olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən “xxxx” ASC-dəki bank hesabından ## ##### 2023-cü il tarixdə 142305.00 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il ərzində həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlər müvəkkil banka təqdim edilməməsi müəyyən edilmişdir. Bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalan”nın müvafiq tələbləri pozulmuşdur. Həqiqətdə isə müqavilədə göstərilən mallar vaxtında ölkəyə idxal edilmiş, lakin məlum olmayan səbəblərə görə Mərkəzi bankın bundan xəbəri olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatımız olmadığı üçün, məhkəmə iclasında iştirak edə bilmədik. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin məhkəmədə iştirakı təmin edilmədiyindən zəruri sənədləri məhkəməyə təqdim etmək imkanından məhrum olunduq. Bununla da məhkəmədə öz hüquq və mənafelərini müdafiə etmək imkanından məhrum olunduq və sübutları məhkəməyə təqdim edə bilmədik. Müvafiq sənədlər tərəfimizdən məhkəməyə/ təqdim edildikdə bəlli olacaq ki, əməllərimizdə ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın pozulması və beləliklə də İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı xəta aşkar edilmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadına əsasən həmin Məhkəmənin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən şikayət vermə müddəti üzrlü səbəbdən buraxılmış hesab edilərək, həmin hüquqi şəxsə münasibətdə prosessual müddət bərpa edilmişdir. Hazırda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 apellyasiya şikayəti müdafiə edərək bildirdi ki, mallar vaxtında ölkəyə idxal edilmişdir və bununla bağlı sənədləri banka təqdim etmişlər. Bank həmin sənədləri də qəbul etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Hazırda məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi nümayəndə1 məhkəmə çıxışında və məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etdi ki, təqdim edilmiş iki gömrük bəyannaməsinə əsasən xaricə köçürülmüş 142305.00 ABŞ dolları məbləğinin 135.000 ABŞ dolları hissəsinin idxalını təsdiq edir, qalan hissə isə 10.000 ABŞ dolları ekvivalenti məbləğindən aşağı olduğundan əməllərində inzibati xəta tərkibi mövcud deyildir. Təqdim edilmiş sənədlər bank tərfindən də təsdiq olunmuşdur. Odur ki, məhkmədən şikayətin təmin edilməsinə etiraz etmirlər. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakıçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə verilmiş apellyasiya şikayəti təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqdim etdiyi ************** saylı və 01231000175307 X8 müəyyən olunur ki, Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 142305.00 ABŞ dolları məbləğində olan vəsait Bank hesabından ## ##### 2023cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, 135.000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar qanunla müəyyən olunmuş 02 (iki) il ərzində Azərbaycan Respublikasına idxal olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. Göründüyü kimi, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2020-ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş dəyişikliklərdən sonra müvafiq sənədlərin təqdim edilməsi müddəti iki il, idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində müəyyən edilmişdir. İnzibati iş materiallara əsasən də göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC “xxxx” ASC-də olan hesabından ## ##### 2023-cü il tarixində 142305.00 ABŞ dolları məbləğində olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankının ## ###### 2020-ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinin tələbləri baxımından hal-hazırki vaxtda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qaydalar pozulmamışdır. Belə ki, idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində müəyyən edilmişdir. İş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş 142305.00 ABŞ dolları məbləğində olan vəsait hesabına idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olmadığından inzibati xəta hadisəsi baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Ona görə də göstərilənlərə əsasən hesab edirəm ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş ## ### 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1315/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1315/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver